Üzeyir Mehdizadə Özbəkistanı qarışdırdı

Üzeyir Mehdizadə Özbəkistanı qarışdırdıÜzeyir Mehdizadə "Açıq-saçıq, yupkası dar" mahnısı ilə Özbəkistanı qarışdırdı

Sən demə Azərbaycanda çoxlarının bəyənmədiyi və bayağı mahnılarına görə vaxtaşırı tənqid hədəfi seçilən gənc müğənni Üzeyir Mehdizadə Özbəkistanda məşhur imiş.
Bir çox bəstələri, o cümlədən "O yana gedir, bu yana gedir" mahnısı ilə tanınan Üzeyir dünən və srağagün Özbəkistandakı fanatları üçün konsert verib.
Üzeyirin "O yana gedir, bu yana gedir" mahnısı telefon zənglərinə əlavə edilmək üçün gecə-gündüz özbək televiziyalarında reklam olunurmuş.

Modern.az saytının Daşkənddəki əməkdaşına məlum olub ki, Üzeyir Mehdizadəni bu tədbirə iki gün ərzində 6 illiyini qeyd edən "Alo FM" radiosu sürpriz olaraq dəvət edib. Radio öz yubileyini əvvəl Səmərqənd şəhərində keçirib.
"Möcüzə" adlı açıq konsert salonunda ölkə estradasının pop ulduzları ilə yanaşı, Üzeyir Mehdizadə də çıxış edib.

Dünən axşam saat 9-da Daşkəndin "Türkistan" sarayının açıq havada olan pavilyonunda baş tutan yubiley konsertində böyük qələbəlik olub. Milislər və mühafizəçilərin müşaiyəti ilə səhnəyə çıxan Üzeyir Mehdizadəni gənclər və konsert iştirakçıları böyük səs-küy və coşqu ilə qarşılayıblar. Fanatları onun mahnılarını özü ilə birlikdə oxuyublar. Tamaşaçıların səs-küyündən hətta müğənninin səsi də eşidilməz olub. Konsertdə 5 mindən çox adam iştirak edib. Biletin qiyməti 30-50 min özbək somu (1dolların qiyməti 1900 somdur) arasında olub.

Biletlər hamısı satıldığından, konsertə gələnlərin bir hissəsi Üzeyirin səsini hasarın arxasından eşitmək məcburiyyətində qalıblar. Üzeyir Mehdizadəni Daşkənddə Azərbaycan diasporunun sədri gəzdirib. Üzeyir repertuarından 6 mahnı ifa etdikdən sonra, böyük alqış sədaları və səs-küy altında səhnəni tərk edib.
Maraqlı hadisə o olub ki, konsertə gələnlərin əksəriyyəti Üzeyir səhnəni tərk edəndən sonra Özbəkistanın pop ulduzlarını dinləməkdən vaz keçərək, konsert verilən stadionu tərk ediblər.

Sonda onu da qeyd edək ki, son zamanlar Özbəkistandakı bütün aparıcı radioların hit paradlarında Üzeyirin mahnıları birinci yerdədir. Hətta sanballı toylar, restoran və diskotekalar da onun mahnılarından faydalanırlar. Bu da özbək qardaşlarımızın bizim mahnılara olan məhəbbəti və zövqü.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 12437   Tarix: 22 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686