Masallıda 17 yaşlı gənc 3 yaşlı uşağı qətlə yetirib (Video)

Masallıda 17 yaşlı gənc 3 yaşlı uşağı qətlə yetirib (Video)

Masallı rayonunun Lürən kəndində dəhşətli qətl hadisəsi törədilib. 2 yaş yarımlıq Nuray Elmar qızı Ağayeva yaxın qohumu və qonşusu 17 yaşlı İsrafilov Ramin Gülməmməd oğlu tərəfindən xususi amansızlıqla qətlə yetirilib.

Hadisə ötən gün saat 15 radələrində baş versə də, yaxınları körpə qızın üzərində zorakılıq əlamətləri olan meyidini 2 saat sonra Viləş kanalının kənddən keçən ərazisindəki çöllükdə aşkarlayıblar. Günahsız uşağın nə səbəbə qətlə yetirilməsi valideynlər üçün qaranlıqdır.

Balasının amansız ölümündən sarsıntı keçirən ana danışa bilməsə də, ata qızının qatilinə ən ağır cəza istəyir.

Qeyd edək ki, artıq faktla bağlı Masallı rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb. Prokuror müavini Rəzzaq Gözəlov cinayət əməlini törətməkdə şübhəli bilinən 17 yaşlı Lürən kənd sakini İsrafilov Ramin Gülməmməd oğlunun saxlanıldığını, iş üzrə ekspertizalar təyin olunduğunu, yaradılmış əməliyyat qrupunun qətlin səbəblərini araşdırdığını bildirib.

Prokurorluq rəsmisi qətlin baş verməsinin dəqiq səbəblərinin meyidin daxili ekspertizasının rəyi məlum olduqdan və istintaq tədbirləri başa çatdırıldıqdan sonra açıqlanacağını deyib.

Qeyd edək ki, Nuray iki qardaşın bir bacısı olub.



mənbə: anspress.com


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 9693 Tarix: 18.07.2012



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər