"Neftçi" "Zestafoni"ni darmadağın etdi (Video)

Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azərbaycan çempionu "Neftçi" də mübarizəyə məhz bu mərhələdən qoşulub.
Komandamız ilk cəhdində Gürcüstan çempionu "Zestafoni"ni mübarizədən kənarlaşdırmalı idi. Hansı ki, "Neftçi" kimi, bu komanda da son iki mövsümdə ardıcıl olaraq ölkə çempionu adını qazanıb. Növbəti mərhələyə adlamaq yolunda hər şeyə elə ilk oyunda – Bakıda aydınlıq gətirilməsi daha vacib əhəmiyyət daşıyırdı. Çünki "Zestafoni" doğma divarlar arasında daha yaxşı təsir bağışlayır, nəinki səfərdə. Bu üzdən də "ağ-qaralar" qol buraxmamaq şərtilə rəqibinə mümkün qədər çox qol vurmalı idi.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 25-də Zestafonidə keçiriləcək.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi (ilk oyun)
17 iyul
NEFTÇİ – ZESTAFONİ – 3:0 (2:0)
Qollar: C.İmamverdiyev, 22 (1:0), J.Vobay, 24 (2:0), N.Kanales, 63 (3:0)
Hakimlər: İonut Marius Avram, Miklos İstvan Naqi, Sebastyan George, Draqos İstrate (hamısı Rumıniya).
Hakim-inspektor: Viktor Mintoff (Malta).
NEFTÇİ: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.
ZESTAFONİ: 89. Roin Kvasxvadze, 2. Teymuraz Qonqadze, 4. Edik Sacaya, 5. Mamuka Kobaxidze, 9. Tornike Qorqiaşvili, 11. Caba Dvali, 14. Levan Şarikadze, 18. Zurab Menteşaşvili, 20. Zaal Eliava, 55. Tornike Aptsiauri (k), 80. Abayomi Seun.
Ehtiyat oyunçular: 12. Zurab Mamaladze, 3. Tornike Qriqalaşvili, 6. Tedore Qriqalaşvili, 8. Şota Babunaşvili, 10. David Muciri, 21. Mişiko Sardalaşvili, 27. Luka Ququçiya.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3456   Tarix: 18 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378