6000 min cücədən 500-ü tələf oldu (Video)

6000 min cücədən 500-ü tələf oldu (Video)Hövsanda yaşayan fermerin neçə aydır ki, əziyyətini çəkdiyi cücələr bir anın içində tələf olub. 10 ildən çoxdur ki, toyuq-cücə, mal-qara saxlayan kiçik sahibkar Nizaməli Süleymanov bəlkə də Süleyman peyğəmbər kimi quşların dilini bilsəydi, tələf olan 500 cücəsini xilas edə bilərdi.

Kiçik sahibkarın Hövsan qəsəbəsi, Zeytunluq sovxozunda şəxsi təsərrüfatı olan quşçuluq fermasında saxladığı 6 000 cücədən 500-ü tələf olub. Səhərə yaxın fermaya verilən elektrik enerjisinin kəsilməsi sahibkarın da yüzlərlə cücəsinin nəfəsini kəsib.

Suraxanı rayonun, Hövsan qəsəbəsi üzrə Elektrik Təchizatı İdarəsindən isə öyrəndik ki, işığın kəsilməsinə yağışlı hava səbəb olub. Daha doğrusu, yağış kabeli zədələyib və xəttdə partlayış baş verdiyindən Hövsan qəsəbəsi Zeytunluq sovxozu yaşayış massivinə işığın verilişi dayandırılıb. Hazırda ərazidə elektrik enerjisi bərpa olunub.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3126   Tarix: 19 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740