"Daydayı axtarırlar, indi baxır daydayın zövqünə"

"O insanı heç kim toya aparmaz. Danışa bilməyən, verilişi ləhcəylə aparan insan bir məqsədlə çıxa bilər efirə, oğlandırsa özünə dayday tutmaq üçün, qızdırsa o, da elə.."

ATV kanalının siması, hazırda "Canlı səs" verilişinin teleaparıcısı Cavid Gülün "Qafqazinfo"ya müsahibəsi:

- Yenidən ATV telekanalına qayıtmaq sizi sevindirdimi?
- O barədə düşünməmişəm. Düzü, bir şeyə görə sevindirdi ki, ATV-də çoxlu dəyişiklik oldu. Mən tək rəhbərlik dəyişməsini demirəm. Verilişlərin tam formatlarının dəyişməsi, yaxşılığa doğru getməsi məni çox sevindirdi. Biz işlədiyimiz dönəmdə 2007-ci ilə nəzər salsaq ATV çox qabağa gedən bir kanal idi. 2008-də bir az dəyişiklik oldu və ATV bayağı bir telekanala çevrilirdi. İndi artıq mənim istədiyim kanala çevrilir, əvvəlik ATV-dən də baxımlı telekanal yeni sezondan tamaşaçıların qarşısına gəlir. Mən buna çox sevinirəm.

- Hazırda "Canlı səs" verilişinin aparıcısı sizsiz. Verilişə aparıcı kimi gəldikdən sonra eks-teleaparıcı Mirsalam Mirsalamovun sizə münasibəti necə oldu?
- Bizim ümumiyyətlə sadəcə salam-sağ olumuz olub . Yaxın bir dostluğumuz olmayıb. Mən verilişə gələndən Mirsalamı görməmişəm. Nə o mənə zəng eləyib, nə də mən ona.

- Bəs kənardan deyən olub sizə Mirsalam sənin haqqında xoşagəlməz söz dedi?
- Yox olmayıb. Amma bir dəfə facebookda mənə Mirsalamın müsahibəsini göndərdilər, orda balaca bir atmaca atıb ki, "Canlı səs" verilişinin aparanın gərək musiqi savadı olsun. İndiki teleaparıcının bilmirəm nə dərəcədə musiqi savadı var"- bir bu olub.

- Siz cavab olaraq deyə bilərsiz: musiqi savadınız, var ya yox?
- Yox musiqi savadım yoxdur. Amma mən 2002-ci ildən 2008-ci ilə qədər radio dj-yi olmuşam. Mənə elə gəlir ki, bu musiqi savadından da artıq bir şeydir. Kifayət qədər bütün musiqinin janrlarını bilirəm.

- Bir çox teleaparıcılarımız toylara gedirlər, el dili ilə desək, tamada kimi. Siz necə, gedirsiniz toylara və getmirsinizsə gedənlərə münasibətiniz?
- Toylara gedirəm, niyə getmirəm ki? Toylara hamı gedir, bir çox tanınmış xarici teleaparıclardan belə məsəl üçün deyə bilərəm Beyaz, Qalkin, Urqunt və sair. Biz də niyə getməyək? Amma onu da deyim ki, toydan toya fərq var. Hər adamın işi də deyil toy aparmaq. Mən elə olur ki, dostum Şəhriyarla gedirəm toylara. Biz əslində çox vaxtı bir komanda şəklində toylara gedirik. Arada tək-tək də gedirik .

- Deyə bilərsiniz toylara neçəyə gedirsiz?
- Minumum 1000 manata, amma dostumla gedəndə 1800 qədər olur.

- Elə toylar var elit olur, eləsi də var - belə deyək, bayağıdır. Sizin üçün fərqi var, ya da nə toy oldu gedirsiz?
- Təbii ki, var, ev yiyəsi də gələndə bilir ki, kimin yanına gəlir də. Misal üçün biz gedib toylarda belə danışa bilmərik ki, "qojaldır insanı qojaldır zaman". Məncə şoumenlə tamada arasında fərq var. Olub ki, rayonlara toya getmişəm. Düzdür, 3 qat qonorarla çox elit və səviyyəli məclis keçib. Rusiyaya da gedirik toylara. Bu yaxınlarda yenə dəvət almışıq, gedəcəyik.

Bir vaxtlar teleaparıcıların müsahibə zamanı tez-tez işlətdiyi bir söz vardı: "İkinci dəfə dünyaya gəlsəydiniz bu sənəti seçərdiz" və zaman keçdikcə bu söz gülüş hədəfinə çevrildi. Nəyə görə o dövrün teleaparıcılarının işlətdiyi söz indi lağa çevrilib və ola bilərmi ki, indiki siz işlətdiyiniz suallar da zaman keçdikcə belə hala gəlsin?
- Mən düşünürəm ki, hər dövrdə yeni suallar peyda olunur. Yəni, əvvəl 2000-ci ildə sual verirdilər ki, filan bankda nə qədər pulun batdı, sonra 2010-da artıq başqa suallar çıxıb ortaya. Ümumiyyətlə, tək suallar yox, hər şey dəyişib. Həm mentallıq insanların geyimləri. Məsələn, 1970-ci illərə baxanda yaxası açıq, bakinbortlu, trapes şalvarlı insanlara normal baxılırdısa, 90-cı illərdə bu insanları bıçaqlayırdılar. 2000-ci illərdə belə şey üstündə adam bıçaqlayan insanlar lap sırğa da taxır, saçlarını da uzadır. Hər illərdə fikirlər də dəyişir, suallarda.

- Şou-biznesdə olan müğənnilərlə dostluq edirsiz?
- Yox, şou-biznesdə olan insanla adam dost olmaz .

- Eşitdiyimizə görə yeni televiziya layihəsi hazırlayırsan və eyni zamanda da Azərbaycanda olmayan təzə jurnal çıxartmaq fikrin var. Bu haqda danışardın?
- Düzdür, layihələr həmişə olub. Başıbəlalı bir Şəki layihəmiz də var. Başıbəlalı deyəndə çox vaxt aparan bir proyektdir. Onu avqustun sonunda bitirəcəyik. Sentyabr ayında iki yeni layihə üzərində çalışacağıq. Birinci jurnal layihəmiz olacaq. Jurnalda yalnız və yalnız yeməklərdən ibarət olacaq. Azərbaycanda belə jurnal ilk dəfə işıq üzü görəcək. Çoxları bir iş görəndə deyir ilk dəfədir amma bizdə həqiqətən də elədir. Bizdə belə jurnallar var, amma bu tipdə yoxdur. Sırf mətbəxə aid və yalnız milli və xarici yeməklərdən ibarət bir jurnal olacaq. İkinci layihəmiz TV layihəsidir . Bu haqda hələ çox danışmaq istəmirəm. Bir də deyə bilərəm ki, böyük bir layihədir. Doğurdan da büdcəsi, komandası, povilyonu, texnikası yüksək səviyyədə olan bir proyektdir. 400-500 kvadratlıq povilyonu olacaq. Böyük, professional, adlı-sanlı bir heyətlə işləyəcəyik. Mən sadəcə verilişin aparıcısı olacağam. Bu layihədə heyət üzvlərindən yalnız iki nəfər Azərbaycandan olacaq, qalanı isə xaricdən gələcək. Rusiya və Türkiyədən vaxtaşırı qonaqlarımız olacaq.

- Ətrafımızda sizə pərəstiş eləyən xanımlar yəqin ki, çoxdur. Sosial şəbəkələrə baxanda ən çox qızlar tərəfindən şəkilləri müzakirə olunan tanınmış simalardan bilirsiniz. Bu sizə xoşdurmu?
- Yəni yaxşı tərəfdən baxanda yəqin ki, bu mənə xoşdur. Bir də var ki, facebookda öz şəkillərini paylaşırsan, görürsən ki, altından paxıl fikirlər yazılır . Bir də var real fikirlər olur. Bəzən olur sosial şəbəkədə bir yazı paylaşıram, görürsən o paxıl, boş-bekar insanlar artıq-əskik sözlər yazırlar, onlarda ki bədbəxt insanlardı.

- Geyimlərdə necə brend geyinirsiz, yoxsa nə gəldi?
- Yox fərq etməz, nə oldu geyinirəm. Yaraşan olsun, əsası odur.

- Özünüzə rəqib gördüyün teleaparıcı varmı Azərbaycanda?
- Yox, heç kimi özümə rəqib görmürəm.

- Bəyəndiyiniz və bəyənmədiyiniz aparıcılar kimlərdir?
- Biz də bəyəndiyim Nəsib Nur, bir də türk şoumen Okan Bayürgəni çox xoşlayıram.

- Cavid Gül deyəndə insanları bir çoxu bu sözü deyir "hə, o özündən razı teleaparıcı". Bu belədirmi?
- Nə bilim vallah, mən özümdən razı görsənirəm. Düzdür, belə deyirlər, nə görə deyirlər. 2001-ci ildən aparıcılığa başlayanda özümə bu formatı seçmişəm. Hərə bu işə başlayanda özünə bir format seçir. Kimsə mülayimliyi, kimsə nənələrlə, ay-ay danışmağı. Mən də Okanı bəyəndiyim üçün, sözü üzə deməyi, bir insandan xoşum gəlmirsə üzünə deyirəm ki, səndən xoşum gəlmir. Bizim mühitdə 60 faiz insanlardan xoşum gəlmədiyi üçün və aqressiv yanaşdığıma görə olar da gedib deyirlər ki, Cavid özündən razıdır, qoy desinlər. Elə insanları söylədiyi, heç bir söz mənə maraqlı deyil.

- Bizim telekanallarda xoşladığın və xoşlamadığın verilişlər hansılardı?
- O qədər var ki, elə verilişlər, teleaparıcılar da çox bayağı danışırlar. Mən bilmirəm o insanlar niyə çıxır efirə. Toy tutmaq üçün çıxmır. Çünki o insanı heç kim toya aparmaz. Danışa bilməyən, verilişi ləhcəylə aparan insan bir məqsədlə çıxa bilər efirə, oğlandırsa özünə dayday tutmaq üçün, qızdırsa o, da elə. İndi baxır daydayın zövqünə (gülür).
Bəyəndiyim verilişlər "Atv"də "10-lar" "21-ci saat", "Xəzə" tv-də Səxavət Nurun verilişinə, "Ans"də "Günəbaxan"a hər səhər baxıram.

- Sevgidə şanslı insansız və sevdiyiniz xanım varmı hazırda?
- Bələ şanslıyam sevgidə və sevdiyim xanım da var.

mənbə: qafqazinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6720   Tarix: 18 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960