Azərbaycana daha bir "Boeing" gətirilib (Video)

Azərbaycana daha bir Azərbaycana yeni daha yüksək texniki göstəricili "Boeing" təyyarələri gətirilib. Yeni təyyarələr uzaq ölkələrə uçuşları təmin edəcək.

"Azərbaycan Hava Yolları" öz təyyarə parkını zənginləşdirməkdə davam edir. Belə ki, sayca ikinci olan "Boeing 767-300 ER" tipli hava gəmisi ABŞ-ın Atlanta şəhərindən birbaşa Bakıya gətirilib. 12 saat 10 dəqiqəlik bir uçuşdan sonra avialayner "Heydər Əliyev Beynəlxalq Hava Limanı"nda endi. Təyyarənin qarşılama mərasimində "Azərbaycan Hava Yolları"nın rəsmiləri, mülki aviasiya işçiləri və media nümayəndələri iştirak ediblər.

"Boeing 767-300 ER" tipli avialayner rəqiblərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir və öz sinfindəki hava gəmiləri arasında ən məşhurudur.

"Boeing" şirkətinin nümayəndəsinin sözlərinə görə, təyyarə qanad arxasına malik olması ilə fərqlənir ki, bu da onu daha təhlükəsiz edir. Həmçinin, hava gəmisinin göyərtəsində biznes sinif sərnişinlər üçün 22, ekonom sinif sərnişilər üçün isə 176 yer ayrılıb.

Təyyarə birbaşa 14-15 min km məsafəni qət etməyə qadir olduğundan, onun uzaq reysləri həyata keçirməsi planlaşdırılır.

Onu da bildirək ki, bundan əvvəl Azərbaycana "Boeing" markalı 2 yük və 1 sərnişin təyyarəsi gətirilmişdi. 2014-cü ildə isə Azərbaycana yeni "Boeing 787 Dreamliner"in gətirilməsi planlaşdırılır. Azərbaycana yeni daha yüksək texniki göstəricili "Boeing" təyyarələri gətirilib. Yeni təyyarələr uzaq ölkələrə uçuşları təmin edəcək.

"Azərbaycan Hava Yolları" öz təyyarə parkını zənginləşdirməkdə davam edir. Belə ki, sayca ikinci olan "Boeing 767-300 ER" tipli hava gəmisi ABŞ-ın Atlanta şəhərindən birbaşa Bakıya gətirilib. 12 saat 10 dəqiqəlik bir uçuşdan sonra avialayner "Heydər Əliyev Beynəlxalq Hava Limanı"nda endi. Təyyarənin qarşılama mərasimində "Azərbaycan Hava Yolları"nın rəsmiləri, mülki aviasiya işçiləri və media nümayəndələri iştirak ediblər.

"Boeing 767-300 ER" tipli avialayner rəqiblərindən bir sıra xüsusiyyətlərinə görə fərqlənir və öz sinfindəki hava gəmiləri arasında ən məşhurudur.

"Boeing" şirkətinin nümayəndəsinin sözlərinə görə, təyyarə qanad arxasına malik olması ilə fərqlənir ki, bu da onu daha təhlükəsiz edir. Həmçinin, hava gəmisinin göyərtəsində biznes sinif sərnişinlər üçün 22, ekonom sinif sərnişilər üçün isə 176 yer ayrılıb.

Təyyarə birbaşa 14-15 min km məsafəni qət etməyə qadir olduğundan, onun uzaq reysləri həyata keçirməsi planlaşdırılır.

Onu da bildirək ki, bundan əvvəl Azərbaycana "Boeing" markalı 2 yük və 1 sərnişin təyyarəsi gətirilmişdi. 2014-cü ildə isə Azərbaycana yeni "Boeing 787 Dreamliner"in gətirilməsi
complanlaşdırılır.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4839   Tarix: 15 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390