İnternetdə necə alış-veriş etməli?

İnternetdə necə alış-veriş etməli?Azərbaycanın, eləcə də dünyada ən populyar online mağaza www.ebay.com saytıdır. Azərbaycanda sonrakı yerləri Nadirkitap.com və OZON.ru tutur.

Səbəbi çox sadədir – burada siz müxtəlif məhsulları öz ölkənizdəkindən daha ucuz qiymətə ala bilərsiniz.

www.ebay.com saytı beynəlxalq aləmdə alış-veriş üçün arena hesab olunur. Burada istənilən məhsulu almaq olar – alt paltarından tutmuş kompyuterədək. Və bunun üçün sizin hansı ölkədə olmağınızın heç bir əhəmiyyəti yoxdur.

Yeganə Məmmədova yeddi ildir ki, bu şəbəkədən istifadə edir. "Mənə deyirdilər ki, Bakıda www.ebay.com saytından mal almaq qeyri-mümkündür. Amma bu yanlış fikirdir. Mallar adi poçt vasitəsilə çatdırıldığından, bəlkə, o sizə ABŞ-dakı alıcıdan bir az gec çatacaq, amma yenə də onu əldə edəcəksiniz".

Y.Məmmədovanın sözlərinə görə, eBay-dan istifadə etmək üçün, ilk növbədə saytda qeydiyyatdan keçmək lazımdır. Azərbaycan sakinləri üçün, ən yaxşısı, www.ebay.com saytından istifadə etməkdir. Çünki www. ebay.co.uk ölkəmizi dəstəkləmir. Qeydiyyatdan keçmək üçün, yalnız adı, soyadı, poçt ünvanını, yaşadığın ölkəni, telefon nömrəni, e-mail və doğum tarixini yazmaq kifayətdir. Bütün sahələr mütləq doldurulmalıdır. İstifadəçi adını özünüz seçməlisiniz. Seçdiyiniz istifadəçi adı artıq mövcuddursa, sistem bu barədə xəbər verəcək – deməli, onu əvəz etmək lazımdır. Şifrəyə gəlincə, o, altı işarədən az, iyirmi işarədən artıq olmamalıdır.

Qeydiyyatdan sonra sistem sizin e-mailə məlumat göndərir. Və yalnız siz bu məlumatı təsdiqləyəndən sonra alış-veriş etmək imkanınız olacaq. Rahat axtarış sayəsində bunu etmək çox asandır. İngilis dilini bilmirsinizsə, eyb etməz – siz elektron tərcümə xidmətlərindən istifadə edə bilərsiniz.

Satıcı haqqında məlumatı siz pəncərənin sağ tərəfində görə bilərsiniz. Qiymətlər haqqında daha bir məqam. EBay-da bütün məhsullar hərraca qoyulmur. Bəzi əşyalar üzərində sabit qiymət var, malı həmin dəqiqə almaq təklif olunur. Birləşdirilmiş variantlar da var. Yəni, hərracda iştirak edə və ya malı dərhal ala bilərsiniz.

eBay-dan istifadə zamanı siz endirim əldə edə bilərsiniz. Bir çox lotlarda məhsulun qiymətilə ("Buy it Now") yanaşı, "Make offer" düyməsi var. Bu düymənin köməyilə satıcıya təklif edə bilərsiniz.

Təcrübə göstərir ki, satıcılar elan dəyərinin 10-20 faizini güzəştə getməyə hazırdırlar, ona görə də, bu imkandan istifadə edin.

Əgər siz lotu qazanmısınızsa və ya məhsulu dərhal almaq qərarına gəlmisinizsə, demək, ödəniş zamanıdır.

Ebayda ödəmə kredit kartı və ya Pay Pal sistemi vasitəsilə gerçəkləşdirilir. Pay Pal-ın üstünlüyü bundadır ki, onlar ödənişləri sığorta edirlər. Əgər siz ödəmə etmisinizsə, amma 45 gün ərzində məhsul sizə çatmayıbsa, ya qüsurlu vəziyyətdə çatıbsa, o zaman Pay Pal saytında şikayət yazıb, problemi ətraflı qeyd edin. Onlar araşdırıb, pulu ödəyirlər.

Pay Pal vasitəsilə ödəmək imkanına malik olmaq üçün sizin Visa Classic və ya MasterCard Standart kartınız olmalıdır. Yalnız bu cür kartlarla internetdə alış-veriş edə bilərsiniz.

Adətən Bakıya məhsullar 14 gün ərzində çatdırılır.

Məmmədovanın sözlərinə görə, lot təşkilatçısı ilə yazışmaqdan çəkinmək lazım deyil. Ondan məhsul, sizə çatacaq paketin ölçüsü, bu paketin göndərilmə müddəti barədə öyrənə bilərsiniz. Eyni zamanda qutunun üzərində sizin mobil telefonunuzun yazılmasını istəyə bilərsiniz. Poçtalyon sizin ünvanı tapa bilməsə, bu halda, onlar telefonla sizə müraciət edə bilərlər.

Həmçinin, unutmayın ki, www.ebay.com saytında təkcə yeni deyil, ikinci əl məhsullar da satılır. Buna görə də, hər şeyi əvvəldən dəqiqləşdirin ki, sonra peşman olmayasınız.

Unutmayın ki, poçt haqqı alıcı tərəfindən ödənilməlidir. Onun dəyəri bağlamanın çəkisindən asılıdır və bir qayda olaraq, bu qiymət 15 ABŞ dollarından çox deyil.

Azərbaycanda internet vasitəsilə daha çox paltar və kitab alırlar.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10750   Tarix: 15 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801