Bakıda qondarma dondurma (Fotolar)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının verdiyi məlumata görə, qanunsuz sex Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti xidməti tərəfindən aparılan yoxlamalar zamanı tapılıb.

"Ötən gün Bakı şəhərində "Xalq üçün mallar" ASC-nin mülkiyyətində olan uçuq-sökük, istifadəyə yararsız binanın küncündə icarəyə verilmiş dondurma sexi aşkar edilib. Hansı ki, dondurma vaflilərini istehsal edirdi. Natəmiz avadanlıqlar, bir tərəfdə maşın təkərləri, küçə heyvanları, pişiklər və siçovullar ilə doludur", – deyə Fazil Talıblı ANS PRESS-ə bildirib.

Fazil Talıblının sölərinə görə, bir tərəfdə yığılan un kisələləri və natəmiz şəraitdə dondurma vaflisi istehsal olunurmuş. "Təbii ki, həmin müəssisə qapadıldı. Araşdırmalarımız nəticəsində müəyyən olundu ki, həmin plombir dondurması üçün istifadə edilən vaflilər dondurma sexlərinə hazır aparılır. Dondurma sexlərində həmin vaflilərə dondurma doldurulur".

Müəyyən olunub ki, həmin müəssisədə dondurma vaflilərinin istehsalında mənbəyi bilinməyən kimyəvi maddələrdən istifadə olunur. Bu da məhsulu uzunmüddətli və davamlı saxlayır. Lakin həmin kimyəvi maddə insan orqanizmi üçün olduqca təhlükəlidir.

Fazil Talıblı vurğuladı ki, bu il ümumilikdə dondurma bazarında 13 neqativ hal akarlanıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası əməkdaşları tərəfindən isə 3 neqativ hal aşkarlanıb. Qurumun müdiri İmran Abdullayevin isə verdiyi məlumata görə, bu il dondurmaların 56 növü üzrə yoxlamalar aparılıb. "Bunun 3 növü üzrə dondurmalarda bakteroloji çirklənmə müşahidə olunub. Bakteroloji çirklənməyə məruz qalan və tərkibində insan orqanizmi üçün təhlükəli maddələr əsasən açıq satılan dondurmalarda təsadüf olunur".

İmran Abdullayevin sözlərinə görə, ötən il gigiyenik sertifikatları ləğv olunan bir neçə dondurma sexinin artıq fəaliyyəti bərpa edilib: "Ortalama 8 müəssisədə nümunələr götürülüb. Orada texnoloji proseslər aydınlaşdırılıb. Məhsulların hazırlanma texnologiyasında sanitariya qaydaları yoxlanılıb. Onlara yenidən gigiyenik sertifikatlar verilib".

Qurum rəsmisi deyir ki, vətəndaşlar da müəyyən qədər diqqətli olmalıdırlar. Dondurma alarkən, onun etiketinə, istehsal və son istifadə tarixinə diqqət yetirməlidirlər.

Məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən də sərinləşdirici içkilərə və dondurma bazarında monitorinqlərə başlanılıb. Lakin hələlik bu sahədə neqativ hal aşkarlanmayıb. "Yay mövsümünün başlaması ilə əlaqədar əhalinin sərinləşdirici içkilərə və dondurmaya olan tələbinin çoxalması ilə əlaqədar dövlət xidməti artıq xeyli müddətdir bazarda intensiv nəzarət xidmətləri həyata keçirir. Aparılan monitorinq nəticəsində sərinləşdirici içkilər bazarında bir çox nöqsanlar aşkarlanıb. Lakin dondurma bazarında hələlik ciddi bir nöqsan aşkarlanmayıb", – deyə Abbas Əliyev bildirib.

Dövlət Xidməti istehlakçılara dondurma alarkən mütləq etiket üzərində yazılanları diqqətlə oxumağı tövsiyyə edir.

Qeyd edək ki, dondurma satışı ilə əlaqədar hər hansı pozuntu hallarına rast gəldikdə müvafiq dövlət qurumların qaynar xəttlərinə müraciət edə bilərsiniz. İqtisadi İnkişaf Nazirliyinin qaynar xətti: 012 195-2, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qaynar xətti 012 963.

mənbə: mərkəz.az

Bakıda qondarma dondurma (Fotolar)Bakıda qondarma dondurma (Fotolar)Bakıda qondarma dondurma (Fotolar)Bakıda qondarma dondurma (Fotolar)Bakıda qondarma dondurma (Fotolar)Bakıda qondarma dondurma (Fotolar)Bakıda qondarma dondurma (Fotolar)Bakıda qondarma dondurma (Fotolar)Bakıda qondarma dondurma (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6669   Tarix: 13 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 163
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

17:49 18
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

15:35 0
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

16:00 14
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 281
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

17:29 117
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 194
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 523
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

12:40 210