Növbəti erməni sayıqlaması

Növbəti erməni sayıqlamasıErmənilərin tarixi Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmasını təsdiqləyən qədim xəritələr uze cixib.Ermənilərin Qafqaza mərhələlərlə köç etməsini və onların Azərbaycanın tarixi torpaqları hesabına özlərinə yeni dövlət yaratmasını təsdiqləyən qədim xəritələr tapılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva deyib ki, xəritələrdə eramızdan əvvəl IV əsrdən, Makedoniyalı İsgəndərin dövründən başlayaraq, XX əsrin əvvəllərinə qədər azərbaycanlıların yaşadıqları, Azərbaycan dövlətlərinin yerləşdiyi ərazilər göstərilir. Bu xəritələrdə həm də ermənilərin harada yaşadıqları göstərilir.

Tədqiqatçı alimin sözlərinə görə, indiyə qədər aşkarladıqları xəritələr Azərbaycanın tarix elmində aparılan bütün tədqiqatları, Azərbaycanın ərazisinin qədim dövrlərdən 20-ci əsrin əvvəllərinədək böyük bir ərazidə yerləşdiyini təsdiqləyir. Bu xəritələrdən o da məlum olur ki, ermənilər özlərinin iddia etdiyi kimi, Qafqazda yaşamayıblar, onlar əvvəllər Dəclə və Fərat çaylarının arasında məskunlaşıblar. Xəritələr ermənilərin Qafqaza gəlmə etnos olduğunu tam sübuta yetirir.

"Bu xəritələrə baxdıqda görmək olur ki, ermənilər necə mərhələlərlə Qafqaza köç ediblər və tarixi Azərbaycan torpaqları hesabına özlərinə yeni dövlət yaradıblar. Ermənilər qədim dövrlərdə Dəclə və Fərat çaylarının arasında yaşayıblar. Onlar Dəclə-Fərat tərəfdən tədricən şimala doğru getməyə - bugünkü Türkiyənin, İranın ərazisində yerləşməyə başlayıblar. Sonra isə ordan tədricən daha şimala doğru gediblər və Cənubi Qafqaza gəlib çıxıblar. Bu həqiqət xəritələrdə tam öz əksini tapır. Ermənilərin Azərbaycandan hansısa torpaq tələb etməyə heç bir əsasları yoxdur. Əksinə, bizim onlardan torpaq tələb etməyə ixtiyarımız var. Çünki bu gün onlar tarixi Azərbaycan torpaqlarında yerləşirlər", - Baxşəliyeva qeyd edib.

Tədqiqatçı deyib ki, hazırda tədqiq etdikləri bu xəritələr müxtəlif dövrlərdə həm Osmanlı, həm Avropa, həm ərəb, həm də İran xəritəşünasları, alimləri tərəfindən tərtib edilib.

"Bu xəritələrin obyektivliliyinə şübhə olmamalıdır. Çünki bu xəritələri biz tərtib etməmişik. Onları müxtəlif dövrlərdə müxtəlif ölkələrin alimləri tərtib ediblər", - Baxşəliyeva qeyd edib.

O deyib ki, hazırda Azərbaycanın qədim torpaqlarını göstərən tarixi xəritələrlə bağlı tədqiqatlarını davam etdirirlər. Payızda Misirdəki İsgəndəriyyə kitabxanasında da tədqiqatlar davam etdirildikdən sonra "Azərbaycanın tarixi xəritələri" adlı atlas-kitab çap olunacaq.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3342   Tarix: 13 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 207
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 200
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 148
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 391
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 159
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 263
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1143
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 150
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

24.04.2024 300