TQDK sədrindən tələbə olmaq istəyənlərə şad xəbər

TQDK sədrindən tələbə olmaq istəyənlərə şad xəbərYaxın illərdə Azərbaycanda ali məktəblərə qəbul imtahanları fənlərinin sayı azalacaq.

Bu açıqlamanı APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Azərbaycanda mərkəzləşdirilmiş buraxılış və qəbul imtahanlarının birləşdiriləcəyi ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu məsələ elmi məsələdir: "Bu imtahanların iki müxtəlif məqsədi var. Bizim məqsədimiz ondan ibarətdir ki, orta məktəbin səviyyəsi elə yüksəlsin ki, doğrudan da attestasiya imtahanı əsasında uşaqları ali məktəbə qəbul edə bilək. Hələlik "3" alan uşaqlar ali məktəbdə oxumağa qadir deyillər. Biz əvvəlcə bu imtahanların məzmununu və çətinlik dərəcəsini yavaş-yavaş yaxınlaşdıra bilərik. İlk addım o ola bilər ki, qəbul imtahanlarının fənlərində azalma olsun. Ola bilsin ki, yaxın illərdə bir fənn azalsın. Ana dili və Riyaziyyat fənlərindən biri azala bilər. Ancaq buna vaxt lazımdır".

TQDK sədri qeyd edib ki, Qazaxıstanda bu imtahanların birləşdirilməsi üçün 5 illik proqram hazırlanıb. Rusiyada tamamilə ayrı təcrübədir: "Mən demirəm ki, Rusiyadakı müsbət təcrübədir. Rusiyadakı imtahanın nöqsanları hər yerdə müzakirə olunur. Amma həm müsbət, həm mənfi təcrübə biz atdığımız addımlara müsbət təsir göstərir. TQDK-nın bu sahədə 20 illik təcrübəsi var. Bizim modelimizi artıq dünyada tətbiq edirlər. Bu, doğrudan da çox ciddi bir elmdir. Mən çox şadam ki, bu ildən magistraturada 2 ali məktəbdə "Monitorinq və qiymətləndirmə" ixtisası var. Mən o rektorlara müraciət etmək istəyirəm ki, o ixtisaslarda kimlər dərs deyəcək. Mən çox istərdim ki, o magistrlər bizimlə də işləsinlər. Təəssüflər olsun ki, Təhsil Problemləri İnstitutunda və Təhsil Nazirliyinin müvafiq şöbəsində belə mütəxəssislər yoxdur. Vəzifə tutmaqla mütəxəssis olmaq tamamilə ayrı şeylərdir".

mənbə: mərkəz.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6995   Tarix: 11 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

16:10 129
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

14:10 82
.

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfir

23.04.2024 205
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 350
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

13:10 101
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

13:06 121
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

13:12 206
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23.04.2024 521
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 483