30 erməni öldürən qəhrəman

30 erməni öldürən qəhrəmanBakının Nizami rayonunda Bəhruz Nuriyev adına küçə var. Bu küçə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə xeyli düşmən yaraqlısı və onların döyüş texnikasını məhv edən şəhid Bəhruz Nuriyevin adını daşıyır. İyulun 7-də onun 42 yaşı tamam oldu.

Anası Nayidə Nuriyeva redaksiyamıza gələrək qəhrəman oğlu barəsində, Qarabağ döyüşlərində göstərdiyi şücaət haqda danışdı. Bildirdi ki, oğlunun itkisinin yeganə təsəllisi işğal olunmuş torpaqlarımızın qaytarılması olardı.

Qeyd edək ki, Ağdam rayonunun Kəngərli kəndindən olan Bəhruz Allahverdi oğlu Nuriyev 1970-ci il, iyulun 7-də anadan olub. Bakı şəhəri, Nizami rayonu, 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, lakin çəkdiyi rəsmlər peşəkar rəssamların da diqqətini cəlb edib. Yüksək musiqi duyumlu Bəhruz həm də idmanın karate və boks növləri ilə məşğul olub.

1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinin gecə şöbəsinə qəbul olunub. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib. Lakin 1990-cı il, 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib.

Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il, iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib, sonda isə özü şəhid olub.

Nizami Rayon İcra Hakimiyyətinin və rayonda yaşayan şəhid ailələrinin yekdil rəyi əsasında Bəhruzun oxuduğu məktəbin də qarşısında qəhrəmanın büstü qoyulub. Yaşadığı küçə isə 1995-ci ildən Bəhruzun adını daşıyır. Anası Nayidə xalanın dediklərindən: "Bir ilə yaxın idi ki, nişanlı idi. Toyuna hazırlaşırdıq. Amma o, hər dəfə deyirdi ki, tələsməyin, az qalıb. O qədər düşüncəli, hamını nəzərə alan idi ki, buna görə də həmişə ondan nigaran idim. Onun faciəli xəbəri gələndə 3 gün şokda olmuşam. Deyilənə görə, onu sevənlər dəfnini çox yüksək səviyyədə keçiriblər".

B.Nuriyevə "Azərbaycan bayrağı" ordeni verilib. Bəhruza aid sənədlər arasında onun haqqında yazılmış "Vətənə sipər oğul" kitabçası da var. 826 saylı sabiq "Qurtuluş" batalyonunun qərargah rəisi, Azərbaycan Respublikası Bakı Əlil və Veteranlar Birliyinin sədri Fuad Rzayev Bəhruzun qəhrəmanlığından bunları yazıb: "Bəhruzun sərrast atma qabiliyyəti olduğu üçün o, daha çox düşmən öldürdü. 1993-cü ildə 30 düşməni sıradan çıxarmaq böyük hünər tələb edirdi. Bu hünərin səbəbkarı isə Bəhruz idi. Ümumiyyətlə, Bəhruz bütün döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərib. Çox təəssüflər olsun ki, dəfələrlə mən də təqdimat yazıb göndərmişəm, lakin ona Milli Qəhrəman adını vermədilər. Amma Bəhruz əsl Azərbaycan qəhrəmanıdır".

Allah bütün şəhidlərimizə rəhmət eləsin...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9054   Tarix: 22 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

09:54 324
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

13:28 563
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 778
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 553
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 205
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 573
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 718
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 520
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 647