"İçəri Şəhər"ə daxil olan sürücülər nədən şikayətlənir? (Fotolar)

Sürücülərin çoxu "İçəri Şəhər"ə girərkən ödənilməli olan 2 manatın çox olmasından şikayətlənirlər. Şikayətçilərdən biri, Samir Aslanov adlı sürücü ANS PRESS-ə etdiyi müraciətdə bildirdi ki, İçəri şəhərdə yaxın tanışı yaşayır. Bu səbəbdən ora tez-tez gedir. Hətta elə vaxt olur ki, əraziyə 2-3 dəfə girib-çıxır, hər dəfə də 2 manat ödəyir.

"Aeroporta girəndə, 1 manat ödəyirsən, ticarət mərkəzlərinə 50 qəpik ödəyirsən, amma İçəri Şəhərə girəndə 2 manat ödəyirsən", - deyə sürücü S.Aslanov şikayətləndi.

Qeyd edək ki, 2009-cu il sentyabrın 1-dən Nazirlər Kabineti yanında "İçəri Şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ərazisində avtomobillərin girişilə bağlı yeni qaydaların tətbiqindən sonra bu əraziyə avtomobillərin girişi pulludur. Avtomobil əraziyə daxil olub və ərazini tərk etdikdə, sürücü 2 manat pul ödəməlidir.

"İçəri Şəhər"də apardığımız 1 saatlıq müşahidə zamanı deyə bilərik ki, bir saat ərzində ərazidən onlarla avtomobil girib-çıxdı. Hər bir avtomobil də giriş pulunu nağd pulla ödəyirdi.

Ərazidəki nəzarətçidən öyrəndik ki, plastik kart vasitəsilə ödəniş etmək üçün POS-terminal quraşdırılıb. Lakin həmin POS-terminaldan az istifadə edilir. Sürücülərin çoxu nağd ödənişə üstünlük verir. Nəzarətçi bildirdi ki, onlar sürücülərə ödədikləri pulun müqabilində çek təqdim edirlər. Müşahidələrimiz zamanı isə gördük ki, İçəri Şəhərdən çıxan sürücülər ödədikləri pulun əvəzində onlar çek verilirdi. Lakin bunu tələb etməyənlərə çek verilmirdi.

Digər qonşu ölkələrin təcrübələrinə nəzər salsaq, görərik ki, bəzən nağd ödənişləri insanlar ancaq xüsusi quraşdırılan avtomat qurğuları vasitəsi ilə edirlər və onlara qəbz avtomatik verilir. Bəs İçəri Şəhər ərazisində belə bir avadanlıq quraşdırıla bilərmi?

"İçəri Şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, bu məsələyə baxılacaq. "İçəri Şəhər"in bütün giriş və çıxış məntəqələri POS-terminallarla təchiz olunub. Həmin məntəqələrdə əlavə avadanlığın quraşdırılması məsələsi ərazinin sıxlığı və çıxışlarda tıxacların yarana bilmə ehtimallarının yüksək olması səbəbindən araşdırılır. Bu məsələyə baxılacaq", - deyə idarədən bildirdilər.

Sürücülərin şikayətilə bağlı idarəyə digər bir sual ilə müraciət etdik ki, bəs "İçəri Şəhər"ə avtomobillərin girişi üçün 2 manatlıq tarif necə müəyyən edlib? Qurumun mətbuat xidmətindən bildirdilər ki, "İçəri Şəhər"də nəqliyyatın avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiq olunmasında məqsəd Qoruq ərazisində nəqliyyat hərəkətinin intensivliyinin qarşısının alınması, İçərişəhərdə yerləşən abidələrin və tarixi binaların qorunması, turizmin inkişafı, piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsidir. Sistem nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını tanımaq, "İçəri Şəhər"də olan avtomobillərin sayını müəyyənləşdirmək və buna müvafiq olaraq girişi məhdudlaşdırmaq imkanı verir.

Belə ki, "İçəri Şəhər"ə nəqliyyatın girişi iki üsulla- elektron kart və ödənişli biletlər vasitəsi ilə tənzimlənir. "İçəri Şəhər"də yaşayan sakinlərə və təchizatçılara elektron kart pulsuz, ərazidə yerləşən kommersiya qurumlarına ödənişli əsaslarla verilir. Yanğından mühafizə, polis, təcili tibbi yardımı maşınlarına isə heç bir məhdudiyyət tətbiq olunmur.

Digər qeyri-rezidentlərin nəqliyyat vasitələri üçün "İçəri Şəhər"ə giriş və 1 saata qədər qalmaq üçün 2 manat, 1 saatdan sonra əlavə hər saat üçün 1 manat müəyyən edilib.

"Qiymət müəyyən edilərkən əsas məqsəd avtomobil ilə girişin inzibati usullarla deyil, iqtisadi usul ilə məhdudlaşdırmaq olub. İstəyimiz ondan ibarətdir ki, insanlar Qoruq ərazisində avtonəqliyyatdan mümkün qədər az istifadə etsinlər. Eyni zamanda, yaxınlıqda yerləşən parkinqlərdə qiymətlər nəzərə alınıb. Yaxınlıqda ucuz alternativin olması "İçəri Şəhər"ə nəqliyyatla daxil olmaq istəyənlərin sayının azalmasına xidmət edir", - deyə qurumdan bildirdilər.

Onu da əlavə etdilər ki, ödənişlər yerli büdcədə toplanır və "İçəri Şəhər"in qorunmasına, ərazinin təmiz və abad vəziyyətdə saxlanılmasına və inkişafına sərf olunur.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3943   Tarix: 05 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İdarəetməni itirən yük maşını 11 avtomobili vurdu

Türkiyənin İstanbul şəhərində idarəetməni itirən yük maşını qəza edib. xəbər verir ki, qəza zamanı yük maşını 11 avtomobili vurub. Qəzadan sonra isə 4 mərtəbəli binanın girişindəki iş yerinə girib. Hadisənin baş vermə videosunu təqdim edirik:

23.04.2024 202
.

"Məhsul" stadionu təmir olunur? - Video

Yasamal rayonunda "Məhsul" stadionu kimi tanınan ərazi illərdir baxımsız vəziyyətdədir. Burada heç bir təmir-tikinti işi aparılmayıb. Lakin bir neçə gündür ki, stadionun futbol meydançasına giriş lentlərlə məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-d

23.04.2024 246
.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

23.04.2024 614
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 111
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23.04.2024 913
.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

23.04.2024 307
.

Toya gələn bəy və gəlin qəzada öldü - ANBAAN VİDEO

Gəlini toyun keçiriləcəyi şadlıq evinə helikopterlə aparmaq istəyən bəyin bu sürprizi faciə ilə nəticələnib. -a istinadən xəbər verir ki, hadisə Braziliyada meydana gəlib. Helikopterin qəzaya uğraması nəticəsində bəy və gəlin, pilot və gəlinin qardaşı, həmçinin toy fotoqrafı həyatını itirib. Sözügedə

23.04.2024 736
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23.04.2024 578
.

Ukrayna: Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə hücum edib

Rusiya Ukraynanın paytaxtı Kiyevə, eləcə də Mykolayiv, Odessa və Çerkasya vilayətlərinə dron və ballistik raketlərlə hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Məlumata görə, Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə Rusiya bu gecə Ukrayn

23.04.2024 114