Köhnə avtomobillərin bazarı «ölür»

Köhnə avtomobillərin bazarı «ölür»Avtomobil bazarında hələ də əvvəlki fəallığın olmaması maşın biznesi ilə məşğul olanları ciddi surətdə narahat etməkdədir. Düzdür, cari ilin mayında və iyununda maşın bazarında cüzi də olsa fəallıq qeydə alınıb. Lakin bu da müvəqqəti ola bilər. Bunun səbəbləri haqda danışmazdan öncə qeyd edək ki, "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi monitorinq qrupunun 2012-ci ilin may ayı ərzində avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda dinamikanın artımı müşahidə olunub.

Birlikdən verilən məlumata görə, bu ilin əvvəlindən təklifin ili köhnə avtomobillər hesabına kəskin artım tendensiyası taksilərə tətbiq olunan yeni qaydalarla bağlı yenidən müşahidə olunmağa başlayıb, xaricdən idxal olunan köhnə avtomobillərin təklif portfelindəki payı isə artımla müşahidə olunub. May ayı ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında nisbi artım qeydə alınıb. Ay ərzində bazarda təklif 2.9 faiz artıb. Təklifin tələbi üstələmə tendensiyası davam edib, ötən aylarla müqayisədə avtomobil bazarında tələbin nisbi artımı müşahidə olunub. Lakin tələbin və dinamikanın artımı qiymətə təsir göstərməyib. May ayı üçün bazarda orta qiymət əvvəlki ayda olduğu kimi qalıb (15 750 ABŞ dolları). Əvvəlki aylardan fərqli olaraq köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası son 4 ayda yenidən artıb. Buna «Avro-2» standartlarına keçidlə əlaqədar idxal olunan avtomobillərin təhlükəsizlik yastıqlarının mövcudluğu və əyləc sisteminin beynəlxalq standartlara uyğunluğu ilə bağlı qəbul edilmiş qərarların may ayından etibarən tətbiqi ilə bağlı qərarların qəbulu səbəb olub.

Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası "Mercedes-Benz"in təklif üzrə payında may ayı ilə müqayisədə 1,1 faiz artım müşahidə edilib, bu markanın ümumi portfeldə payı 35 faiz təşkil edib. Monitorinq qrupunun araşdırmaları 1990-2012-ci illərə aid avtomobilləri əhatə edib.

Xatırladaq ki, Nazirlər Kabinetinin məlum qərarına uyğun olaraq, 1 iyul 2010-cu il tarixdən Azərbaycan Respublikası avtomobil nəqliyyatı vasitələrindən atmosferə buraxılan zərərli maddələrə dair Avropa Birliyi tələblərinə keçib. Bu o deməkdir ki, 1 iyul 2010-cu il tarixdən Azərbaycanda bu sahə üzrə "Avro-2" tələbləri müəyyən olunur. "Avro-2" standartının tətbiq olunmasında da məqsəd insan sağlamlığını və ekologiyanı qorumaq, nəqliyyatın təhlükəsizliyini təmin etməkdir. Qaydalara görə, ölkəyə ilk dəfə gətirilən yeni minik avtomobillərinin "Avro-2" standartlarının tələblərinə uyğunluğu yalnız bir dəfə yoxlanır. Ölkəyə gətirilən istismar olunmuş maşınlar isə texniki baxışdan keçərək, "Avro-2" standartına cavab verməsi haqqında uyğunluq sertifikatı alır. Belə avtomobillərin "Avro-2" standartlarına uyğunlaşdırılması üçün onlara xüsusi qurğuların - katalizatorların quraşdırılması da mümkündür. İndi isə Azərbaycan "Avro-3" standartını tətbiq etməyə hazırlaşır. Bu o deməkdir ki, maşın bazarında aktivliyə səbəb olan köhnə avtomobillər bu tələbə cavab verməlidir. Əks halda onların ölkəyə gəlməsi mümkünsüzləşəcək.

Gözlənir ki, yeni standartların tətbiqi, vaxtından asılı olmayaraq, növbəti mərhələdə avro standarta uyğun olmayan maşınların istifadədən çıxarılması ilə nəticələnəcək. Köhnə maşınlara tələbat artmayacaq. Yeni və istehsalı son illərə aid maşınlara tələbat artacaq. Nəticədə bazarda son illər istehsal edilən və istifadə olunmayan avtomobillər bahalaşacaq. Ekspertlərin sözlərinə görə, "Avro-3" standartına keçid maşın bazarına təsirsiz ötüşməyəcək. İlk növbədə, köhnə maşınların qiymətinin aşağı düşəcəyi gözlənir. Çünki belə maşınlar "Avro-3" standartlarına cavab vermədiyindən, onlara tələbat azalacaq.

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6995   Tarix: 05 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022