Polad üsyan etdi

Polad üsyan etdiƏrəb dünyasında maraqla izlənən türk serialları bu dəfə cinayət xəbəri ilə gündəmə gəlib

"Posta" qəzetinin verdiyi məlumata görə, İordaniyanın paytaxtı Əmmanın cənubundakı Madaba şəhərində 37 yaşlı taksi sürücüsü Sami Mayayah ötən həftə yoxa çıxıb. Onun taksisi isə kimsəsiz yerdən tapılıb.
Hadisədən dörd gün sonra taksi sürücüsünün meyiti aşkarlanıb. Polis əməkdaşları ilkin araşdırmalardan sonra 17 və 18 yaşlı iki gənci şübhəli kimi saxlayıb. Əmmanda ingilis dilində nəşr olunan "The Jordan Times" qəzetinin internet saytında yerləşdirilmiş məlumata görə, cinayətlərini etiraf edən gənclər "Kurtlar Vadisi" serialından ruhlandıqlarını bildiriblər. Onlar cinayət günü taksi sürücüsündən bölgədə qadınlara sataşan bir neçə nəfər haqqında məlumat almaq istəyiblər. Sami Mayayah onlara lazım olan məlumatları vermədiyindən onu öldürüblər.
Şübhəlilərin saxlanması xəbəri yayılandan dərhal sonra şəhərdə iğtişaşlar başlayıb. Bir qrup gənс küçələrdə təkərlər yandırıb, polis məntəqələrinə, mağazalara və evlərə hücum edib. Şəhərdə asayişi bərpa etmək üçün zirehli texnikadan istifadə olunub.
Qeyd edək ki, "Kurtlar Vadisi" serialı onlarla ərəb ölkəsində dublyajla nümayiş etdirilir. Ərəbcə adı "Vadi El Diap" olan serialın qəhrəmanı Polat Alemdar obrazı isə ərəb dünyasında Murad Alemdar kimi tanınır.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5441   Tarix: 05 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Seriallarımız cılızdır, çəkilmirəm"

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Danışır radio" proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:. "Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bun

27.03.2024 244
.

Zaur Baxşəliyevdən arxasınca danışan şəxsə sərt cavab: "Onun telefonunu mən almışam" - VİDEO

"Ona aldığım telefonla sosial şəbəkələrdə canlı açıb dalımca danışır". Bu sözləri ATV-də yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev bildirib. O qeyd edib ki, yardım etdiyi şəxslər onun arxasınca danışırlar:. "Onun telefonunu mən almışam. Bahalı da bir telefo

11:17 0
.

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. xəbər verir ki, pop star "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb

26.03.2024 339
.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 560
.

İki gün əvvəl boşanan aktyor yeni serialda

Türkiyəli aktyor Mesut Akustanın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktyor "Gassal" serialında rol alacaq. O, layihədə Ahmet Kuralın atası "Haris"ə həyat verəcək. Qeyd edək ki, Mesut son olaraq "Yürek çıkmazı" serialında rol alıb. O, 2 gün əvvəl 2016-cı ild

24.03.2024 304
.

Tanınmış aktyor Salehin babası imiş - FOTO

Aparıcı Saleh Bağırov atası və babaları ilə bağlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında post yayımlayıb. Saleh ailə üzvlərinin teatr və kino xadimləri olmasını vurğulayıb:. "Sadıq Saleh Bağırov teatr və kino aktyoru olub. "O olmasın, bu olsun"

23.03.2024 1872
.

Əməkdar artist: "Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi"

"Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlunu qətlə yetirdi. Səbəb isə əmisinin sahib olduqlarını ələ keçirmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitin

25.03.2024 981
.

Bu da Nadir Qafarzadənin HƏYAT YOLDAŞI - FOTO

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni paylaşım edib. BİG.AZ xəbər verir ki, sənətçi instaqram hesabında yeni fotosunu yayımlayıb. Fotoda ifaçının yanında həyat yoldaşı Sevinc xanım və oğlu da yer alıb. Müğənninin fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib

24.03.2024 2209
.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 454