Kamilə Babayeva «Yaxşı Cazibə»dən niyə imtina edib?

Kamilə Babayeva «Yaxşı Cazibə»dən niyə imtina edib?Türk kinematoqrafçılarının çəkdikləri və son bölümü tərəddüd yaradan «Yaxşı Cazibə» serialından vaxtilə bizim məşhur teleaparıcı, «Aramızda qalsın» serialının baş oyunçularından olan Kamilə Babayevaya dəvət gəlmişdi.

Lakin yaradıcı heyətlə onun fikirləri üst-üstə düşmədiyindən aktrisa təklifi dəyərləndirməyib. Ümumiyyətlə, Kamilə xanımın Türkiyədə çalışmaq şansı çox olub və elə indi də var. Yaradıcılığının bir neçə ili Türkiyə telekanalının payına düşən K.Babayeva qardaş ölkədə yenidən uzun müddətə qayıda bilməməsinin səbəblərindən danışıb:

«Türkiyədə çalışıramsa, oranın mühitinə alışmalıyam. Dostlarla ünsiyyət, tədbirlərə qatılmaq vacibdir. Əgər beyninin bir hissəsində ölkəni düşünüb, tez-tez yola çıxmaq məcburiyyətində qalırsansa, işdən danışmaq mümkünsüzdür. Əgər oturuşsam, yeni bir layihə ilə çıxış edə bilərəm. Burada oturub, Türkiyə üçün plan qurmaq isə absurddur».

Kamilə xanım iş həyatına nə qədər bağlı bir xanım olsa da, Vətəndən uzaqda yaşamağın bir o qədər iztirablı olduğunu etiraf edir:

«Vallah, Türkiyədə olarkən burnumun ucu göynəyirdi Bakım üçün. Vətənimə qayıdanda, təyyarə yerə tam eniş etməmiş az qala özümü bayıra atmaq istəyirəm ki, tez çatım».

Kamilə xanım yayın istirahətini dadmaqla yanaşı, çoxdan hazırladığı və müəyyən səbəblərdən ərsəyə gəlməyən telelayihəsinin bu ilin sonuna kimi mütləq baş tutacağından da danışdı.

«Son aylar toy hazırlıqları efir hazırlığını ləngitdi. İndi bu barədə düşünürəm və efirə tam hazıram. Amma istənilən təklifi dəyərləndirmək üçün yox, daxilən özümü görmək istədiyim bir layihədə olmaq istəyirəm. Aradabir köhnə lent yazılarını izləyirəm. Baxıram ki, filan illərdə canlı efirdə necə gəldi danışıram. Yəni indi buna boş söz yığını kimi baxıram. Artıq təcrübə artıb, daha sanballı, məni tamaşaçı ilə ekrana ürəkdən bağlaya biləcək bir proqramın daşıyıcısı olmaq istəyirəm. Payızda bu baş verməsə, gələn ilin yanvarına artıq buna tam şəkildə nail ola biləcəm», - deyə teleaparıcı bildirdi.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8063   Tarix: 03 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 610
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25.03.2024 446
.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 345
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 505
.

Yeganə həyat yoldaşının qazancından danışdı

Müğənni Yeganə Akbudak (Mürsəlova) həyat yoldaşı Fateh Akbudakın işindən danışıb. Axşam.az xəbər verir ki, sənətçi "7 tamam" proqramında onun dövlət məmuru olduğunu açıqlayıb. Yeganə bildirib ki, qazancı həyat yoldaşınınkından çoxdur:. "Həyat yoldaşım dövlət məmurudur. O da bəlli bir maa

18:00 145
.

Afra Saraçoğlu və Mert Ramazan Demir birlikdə yaşayacaq

Aktrisa Afra Saraçoğlu və aktyor Mert Ramazan Demir birlikdə yaşamağa qərar veriblər. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Onlar artıq yeni evə köçüblər

26.03.2024 790
.

Müğənni vəhşi itinə görə CƏRİMƏLƏNDİ

Türkiyəli tanınmış müğənni Banu Parlakın iti qonşularının itinə hücum edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Hücuma məruz qalan it ölüb. Balaca itin sahibləri müğənnidən şikayətçi olublar. Məhkəmə Banu Parlakı 4800 lirə (təxminən 253 manat) məbləğində cərimələyib

26.03.2024 624
.

Türkiyəli məşhur sevgilisindən ayrıldı - FOTO

Türkiyəli müğənni Buray sevgilisindən ayrılıb. BİG.AZ -a istinadən xəbər verir ki, ifaçının aktrisa Ezgi Şenler ilə münasibəti qısamüddətli olub. Belə ki, yeni filminin mətbuat konfransında səssizliyini pozan aktrisa bunları deyib:. "Bütün münasibətlərdəki kimi, eşq başlayır və bitə də bilir. Aramızd

24.03.2024 307
.

"Seriallarımız cılızdır, çəkilmirəm"

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Danışır radio" proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:. "Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bun

27.03.2024 439