Çimərliklər xəstəlik mənbəyinə çevrilirlər

Çimərliklər xəstəlik mənbəyinə çevrilirlərAdil Qeybulla: «Xəzərdə suyun hərəkəti zəif olduğundan bakteriyalar asanlıqla orada arta bilirlər»

Azərbaycanda hər il çimərlik mösümü başlay andan dəniz suyunun bakterioloji çirklənməyə məruz qalması ciddi müzakirə mövzusuna çevrilir. Paytaxtın bir neçə çimərlik mərkəzində çirklənmənin normadan artıq olduğu bəyan edilsə də, həmin ünvanlara üz tutanlara yenə də rast gəlinir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərdarlıqlarına bir çoxları hələ də əməl etmirlər. Qurumdan verilən məlumatlara görə, bu arada Şıx və Sahil çimərliklərində bakterioloji çirklənmənin səviyyəsi artmaqdadır. Qeyd olunur ki, qızmar havada dəniz suyu daha çox çirklənməyə məruz qalır.

Ekspertlərə görə, isti havada bakteriyalar daha sürətlə yayılır və inkişaf edir. Tibb üzrə ekspert Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, çimərlik mövsümündə dəniz suyunun laboratoji analizləri mütəmadi aparılmalıdır: «Bakteriyalar müəyyən tempraturdan sonra aktiv həyat tərzi keçirirlər. Söhbət həm su, həm də qurudakı bakteriyalardan gedir. 18 dərəcə tempraturdan yuxarı şəraitdə bakteriyalar arta bilirlər. Xəzər dənizi göldür və heç bir okeana çıxışı yoxdur. Xəzərdə suyun hərəkəti zəif olduğundan bakteriyalar asanlıqla orada arta bilirlər. Məsələn, axar çaylarda, kanallarda bakteriya az miqdarda olur. Bu mənada Xəzərdə bakterioloji çirklənmənin yüksək həddə olması təbiidir».

A.Qeybulla həmçinin bildirdi ki, çimərliklərdə bakteriyanın artmasının digər səbəbi ərazidəki antisanitar vəziyyətdir: «Təmizliyə riayət olunmayan yerlərdə bakteriyaların sürətlə artma ehtimalı böyükdür. Yemiş, qarpız, qarğıdalı və s. qida məhsullarını yeyib, qabığını dənizin kənarına və ya dənizə tullayanda, ərazi mütəmadi olaraq zibillərdən təmizlənməyəndə çirklənmə də qaçılmaz olur. Mən hələ çimərliklərdəki insan sıxlığının yaratdığı antisanitar vəziyyəti demirəm. Sahəsi kiçik olan çimərliklərdə yüzlərlə insanın suya birdən baş vurması əlbəttə ki, orada arzuolunmaz sanitar durum yaradacaq. İnsan bədənində olan və daxildən ifraz edilən tullantılar potensial bakteriyalardır. Fikir vermisinizsə, Xəzər dənizi bütün çirkabları məhz sahilə gətirir. Dənizin ortasının ekoloiji vəziyyətilə kənarların ekoloji vəziyyəti heç də eyni deyil. Kənarlara getdikcə bağırsaq çöpləri yaradan bakteriyaların sayı da artır. Bu Xəzərin spesifik xüsusiyyətlərindədir. Fikir vermisinizsə, Bakı buxtasında neftli çirkab sular illərdir tərpənməz olaraq qalır. Hətta güclü küləklər, dalğalar onların yerini dəyişmir. Beləliklə, Xəzərin bir hissəsindəki çirkab uzun illər tərpənməz olur və digər hissəyə axmır. Su uzun müddət bir yerdə qalanda ağırlaşır, tərkibində bakteriyalar artır».

A.Qeybulla Xəzər dənizinin təmizlənməsini vacib sayır: «Xəzərin ekoloji müdafiəsilə bağlı dövlət səviyyəsində proqram hazırlanmalıdır. Bakı buxtası neftdən təmizlənməlidir, çimərliklərdəki suların bakteriyaları məhv edilməlidir. Bunun üçün hər cür imkanlar var. Tibbi nailiyyətlər imkan verir ki, dəniz sularındakı mikrobları, bakteriyaları məhv edəsən. Su təmizləyici avadınlıqlar alınıb ölkəyə gətirilməlidir və çimərliklərə atılmalıdır. Həmçinin çimərlik ərazilərin ətrafı nazik məftil torlarla hasarlanmalıdır ki, heyvan cəsədləri sahilə yaxınlaşıb, orada bakteriyalar üçün münbit şərait yaratmasınlar».

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 6045   Tarix: 01 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101