Şou Biznes

Manana səhnədən birdəfəlik gedir?!

Şou BiznesYaxın günlərdə Manananın qızının dünyaya gəlməsinin 40 günü tamam olacaq. Hazırda bütün vaxtını körpə Elizabetə sərf edən gürcü qızını gördüm deyən yoxdur. Elə buna görə də, şəhərdə Manananın səhnəni birdəfəlik tərk edəcəyi barədə söz-söhbət gəzir. Hətta, deyilənlərə görə, gürcü qızı artıq evdar xanım olmaq, övladını özü tərbiyə etmək arzusundadır. Müğənninin prodüseri Aqşin yayılan xəbərlərə münasibət: - "Uşağın qırxı çıxandan sonra Manana yenidən efirdə də olacaq, digər işlərini də görəcək! Hamısı yalan söhbətlərdir!"


Natavan Həbibi rəqabət aparmağa adam axtarır!

Şou BiznesGənc müğənni Natəvan Həbibi haqqında yeni şayiələr yayılıb.Yayılan şayiələrdə müğənninin ritmik mahnılar oxuya bilməməsi deyilir. Elə buna görə də, müğənni əsasən lirik mahnılar oxuyur. Şayiələrə mövqeyini bildirən Natavan gəzən xəbərlərdən agah olduğunu deyib: - "Artıq bu informasiya mənə də çatıb. Şayiə yayan insanlar başa düşmürlər ki, əslində lirik mahnı ritmik mahnıdan da çətin ifa olunur. Mənim, ümumiyyətlə, oxumaq problemim yoxdur. Bu gün kiminlə desəniz, rəqabətə girə bilərəm."
Qəzəblənən Natəvan Həbibi müsahibəsində ürəyini boşaldıb: - "Mən sənətə təsadüfi gəlməmişəm. Musiqi savadım var, məktəb keçmişəm. Eyni zamanda, Vaqif Gərayzadə kimi sənətkarın məktəbindən bəhrələnmişəm. Mənə elə gəlir ki, bütün bunlar şayiə yayanların ağzını yummağa bəs edəcək."

Şou Biznes


Aygün Kazımova Namiq Qaraçuxurluya xəyanət etmək istəmir!

Müğənni duet oxumaq üçün ona edilən müraciətləri qulaqardına vurur.

Piratların əlindən yeni albomunu üzə çıxarmaq istəməyən xalq artisti Aygün Kazımova "Ayna" qəzetinə verdiyi müsahibəsində gənclərlə duet oxumaq barədə danışarkən deyib: - "Onların belə bir addım atmalarını normal qəbul edirəm. Bu, məşhurlaşmağın ən gerçək yollarından biridir. Amma izlədiyiniz kimi, son illər mənim duet ortağım yalnız Namiq Qaraçuxurludur. Hələlik başqa duet ortağı seçmək niyyətində deyiləm. Çünki bu, Namiqlə daha yaxşı alınır!" Müğənni onu da bildirib ki, gələcəkdə fikrini dəyişib gənclərə bu istiqamətdə yardımçı ola bilər. Lakin indi bu barədə düşünmək istəmir.

Ebru Gündəşlə Rafet El Roman Bakıya toya gəliblər, yoxsa, konsertə?!


Şou BiznesBir-birinin ardınca Bakıya gələrək, Heydər Əliyev Sarayında konsert verən populyar türk müğənniləri Ebru Gündəşlə Rafet El Roman həm də eyni toyda oxuyacaqlar. Etibarlı mənbədən daxil olan məlumata görə, toyda oxumaq üçün türk müğənniləri kifayət qədər böyük məbləğə razılaşıblar. Qeyd edək ki, H.Əliyev Sarayındakı konsert zamanı tamaşaçılara müraciət edən Ebru Gündeş, 11 ildir ki, Bakıda olmadığını desə də, müğənni 2003-cü ildə varlı bir ailənin toy məclisində oxumaq üçün şəhərimizdə olub. Jurnalistlərlə söhbətində müğənni bunu danmasa da, dar çərçivədə olan bir çıxış adlandırıb. Bu gün isə türk müğənniləri metronun M.Əzizbəyov stansiyasının yaxınlığında yerləşən bahalı restoranda çıxış edəcəklər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 11728   Tarix: 03 dekabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sevgiləri 9 ay çəkdi

Türkiyəli müğənni Burayla aktrisa sevgilisi Ezgi Şenler ayrılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisa müsahibəsi zamanı verib:. "Hər münasibət eşqlə başlayıb, sonlana bilir. Aramızda bəzi anlaşa bilmədiyimiz məsələlər oldu, danışaraq bitirmək qərarı aldıq

24.03.2024 583
.

Röya Ayxan Bakıda: Necə olur ki, o qapıya girdilər, bu qapıya yox...

Xalq artisti Röya Ayxan artıq Bakıya qayıdıb. BİG.AZ -a istinadla bildirir ki, müğənni bu barədə sosial şəbəkədə paylaşım edib. Röya Ayxan Moskvada baş verən terror hadisəsi ilə bağlı gördüklərini media nümayəndələri ilə bölüşüb. Müğənni hadisədən çox qorxduğunu, bir neçə saat, ümumiyyətlə, danışmadığın

24.03.2024 4921
.

Kadir İnanır xəstəxanaya yerləşdirildi

"Yeşilçam"ın ulduzu Kadir İnanır Beykozdakı evində pisləşərək xəstəxanaya yerləşdirilib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında insult keçirən İnanırın huşsuz vəziyyətdə Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Sənətçinin beyin tomoqrafiyas

24.03.2024 589
.

"Taş bebek" xəstəxanalıq oldu

"Taş bebek" ləqəbli türkiyəli müğənni-aktrisa Gönül Yazar xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, buna səbəb 87 yaşlı sənətçinin ayağındakı damarlarda laxtalanma olub. Hazırda onun müalicəsi davam edir

24.03.2024 246
.

Terror zamanı məşhur aktyor da orada olub

Martın 22-si "Crocus City Hall"da baş verən terror aktı zamanı rusiyalı məşhur aktyor Sergey Svetlakov da orada olub. Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə özü məlumat yayıb. O, "Piknik" qrupunun konsertini izləmək üçün sözügedən məkanda olduğunu bildirib. Aktyo

24.03.2024 511
.

Vasif plastik əməliyyatdan sonra İLK DƏFƏ EFİRDƏ - VİDEO

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. xəbər verir ki, o, "Zaurla Günaydın" verilişində qonaq olub. Günay Məhərrəmliyə "Vasif bəy ilk dəfədir efirdə, hə?" deyərək əməliyyata eyham vurub. Müğənni isə "Hə" cavabı ilə mövzunu bağlama

24.03.2024 1201
.

Mətanət İsgəndərli nəvəsi ilə - Foto

Əməkdar artist Mətanət İsgəndərli adını daşıyan nəvəsi ilə görüntüsünü paylaşıb. Axşam.az xəbər verir ki, müğənni Mətanətlə şəklinə "Gözəl balam Mətişim, səni çox sevirəm. Şirin nəvəm, Mətanətim" sözlərini yazıb. Qeyd edək ki, Mətanət sənətçinin oğlu Kərimin övladıdır. Kərim bir neçə il əvvə

28.03.2024 571
.

Əməkdar artist: "Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi"

"Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlunu qətlə yetirdi. Səbəb isə əmisinin sahib olduqlarını ələ keçirmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitin

25.03.2024 998
.

Yıldız Tilbe təqaüdə çıxıb

Türkiyəli müğənni Yıldız Tilbe təqaüdə çıxıb. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Təqaüdçü oldum. Əvvəllər təqaüdçülərə bir ev, bir maşın verilirdi. İndiki təqaüdçülərə Allah kömək olsun. Heç kimə möhtac olmamaq üçün ömür boyu işləməyin qarşılığında verilən təqaüd budurmu

28.03.2024 215