Ermənistan Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alıb, yaralanan var

Ermənistan Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alıb, yaralanan varErmənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymaqda davam edir.

Baş Prokurorluqdan BiG.AZ-a verilən məlumata görə, 22 oktyabr 2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib cəbhə zonasından 150 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycan Respublikasının Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına "Skad" ballistik taktiki raketlər atıb.

Raket zərbələri nəticəsində Qəbələ rayon sakini, 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib.

Həmçinin, düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyytə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atmış, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb.
Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2177   Tarix: 22 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoruna hökm oxundu

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəs

22.04.2024 543
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22.04.2024 340
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22.04.2024 524
.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

12:13 170
.

"Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır" - Turizm eksperti

"Bu gün Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır. Təbii ki, bu, Azərbaycanın günü-gündən beynəlxalq səviyyədə artan nüfuzu, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət və Azərbaycanda ictimai asayişin yüksək səviyyədə olması əsas verir ki, Azərbaycan Qafqazda birinci olsun"

22.04.2024 312
.

"Hizbullah" İsrailə raket yağdırdı

"Hizbullah" silahlıları İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrini çox sayda raket sistemləri ilə atəşə tutub. Məlumata görə, İsrail ərazisinə azı 30 raket atılıb. 14 yaşayış məntəqəsində hava hücumu xəbərdarlığı səslənib. Bildirilir ki, Livanla sərhəddən 20 kilometr uzaqlıqda yerləşə

22.04.2024 448
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

15:10 278
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

16:25 109
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

12:14 305