"Lotu Quli" öldürülsə, Vaqif Marneulski "Qaqaş"ı məhv edəcək"

Məmbə:lent.az

Hikmətin ölümündən sonra bütün səlahiyyətləri ələ alan Vaqif Marneulski indi Xakasiyanın Abakan şəhərində həbsxanadadır

Bir neçə gün öncə "Avtoritetlərin "Lotu Quli"ni öldürmək planı" adlı yazı gedib. Həmin yazıda Bakıdakı 8 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kriminal avtoritetlərin qəzəbinə tuş gəldiyi, onun qətlinə fərman verildiyi bildirilib.E-mail ünvanına göndərilən məktubda "Lotu Quli" ni öldürmək tapşırığını "Lotu Mamed" adı ilə tanınan avtoritetin verdiyi yazılıb.

Həmin məktubda son günlər "Lotu Quli" haqqında müxtəlif informasiyaların yayıldığı qeyd olunub. Bildirilir ki, "Lotu Quli" hazırda Azərbaycanda həbsxanalarındakı yeganə "qanuni oğru"dur və bunu kriminal aləmin daxilindəki durumu bilən müxtəlif mənbələr təsdiq edir.

Məktubda N. Səlifovun zəmanəsinin ən hörmətli qanuni oğrusu olduğu və ona bu adın kriminal aləmin əfsanəvi insanları olan gürcü lotular tərəfindən verildiyi bildirilir. Məktubda yazılıb ki, "Quli" sözü gürcü dilində "ürək" və ya "ürəkli", "cəsarətli" deməkdir. Əslən Gürcüstanın Marneuli rayonundan olan N.Səlifov Rusiyada fəaliyyət göstərən məşhur "Marneuli OPQ" adlı mütəşəkkil cinayətkar dəstənin üzvüdür.

Məktubda göstərilib ki, "Lotu Quli"yə qarşı təzyiqlər qanuni oğru Otar Bədəlovun (Otar Marneulski) ölümündən sonra başlayıb. Belə ki, 2003-cü il martın 21-də Moskvadakı "Sushi" adlı barda naməlum şəxslər tərəfindən güllələnən Otar Marneuliskinin kim tərəfindən qətlə yetirilməsi xeyli müddət aydınlaşmayıb. Aradan xeyli vaxt keçəndən sonra qətli Hikmətin törətdiyi məlum olub: "Bundan sonra "Marneuli OPQ" Otarın qanını yerdə qoymamaq üçün bir neçə azərbaycanlı avtoriteti qətlə yetirib, bu, hələ davam etməkdədir".

Məktubda hazırda Rusiyada azərbaycanlıların arasında 2 "qanuni oğru"nun olduğu yazılıb: "Onların hər ikisi əslən Gürcüstanın Marneuli rayonundan olan - Vaqif Süleymanov (Vaqif Marneulski) və Baxış Alıyev (Vaxa Marneulski)dir. "Marneuli OPQ"-nin fəal üzvləri olan hər iki qanuni oğru "Lotu Quli"nin yaxın adamlarıdır. Vaqif Marneulski hazırda Azərbaycan kriminal aləminin "Xaç atası" hesab olunur. Hikmətin ölümündən sonra bütün səlahiyyətləri ələ alan Vaqif Marneulski indi Xakasiyanın Abakan şəhərində həbsxanadadır. Bütün azərbaycanlı avtoritetlərə ad verilməsi onun səlahiyyətindədir. "Lotu Quli"nin yaxını hesab olunan Vaqif Marneulski nəinki "Gəncəli Qaqaş", hətta digər məşhur avtoritetləri də məhv etmək imkanına sahibdir. O səbəbdən də Marneuli qrupu hazırda kriminal aləmdə daha güclü hesab olunur və "Lotu Quli"nin öldürülməsi bütün kriminal aləmi bir birinə qata bilər, hətta Rusiyada yaşayan azərbaycanlılar üçün ciddi problem yaradar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 50037   Tarix: 12 noyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 317
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 276
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 368
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 377
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 439
.

"Efirdə qısa geyinməyi yaraşdırmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb. Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:. "Efirdə qısa, açıq geyinmək. Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olara

12:16 161
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 193
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 423
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

19.04.2024 372