Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır? - SİYAHI

Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır? - SİYAHIBir neçə gün öncə sürücülük vəsiqəsi almaq üçün imtahana şortla gedən kişinin binaya buraxılmaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Texnobloqer Fərid Pərdəşünas "facebook"da yaydığı məlumata görə, sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına şort geyindiyinə görə buraxılmayıb. Belə ki, sosial şəbəkədə vətəndaşın dövlət qurumunun binasına şortla gedib-getməməsi ilə bağlı məsələ müzakirələrə yol açıb. Bəziləri vətəndaşların dövlət qurumlarının binalarına şortla getməsini qınasalar da, bəziləri vətəndaşların geyiminə görə binaya buraxmayanları tənqid edib.

Big.az xəbər verir ki, Report-un əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq bir neçə dövlət qurumuna müraciət edərək onlardan şortla binaya daxil olmasına münasibət öyrənib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə "Report"a bildirib ki, quruma gələn vətəndaşların şort geyinib-geyinməməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur:

Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır? - SİYAHIHansı nazirliklər vətəndaşı binaya şortla buraxır?-SİAYHI"Doğrudur, hazırda vətəndaşların qəbulu dayandırılıb. Amma ümumilikdə qəbula gələn vətəndaşların şort geyinib-geyinməməsi ilə bağlı heç qadağa nəzərdə tutulmayıb".

Təhsil Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Report"a bildirib ki, qurumun işçilərinin korporativ geyim formaları mövcuddur:

Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır? - SİYAHIHansı nazirliklər vətəndaşı binaya şortla buraxır?-SİAYHI"Həmin geyim formasına da əməl edilir. Bu, Təhsil Nazirliyinin kommunikasiya planında bütün əməkdaşlar üçün göstərilən qaydadır və onlar da buna əməl edirlər. Xanımların və kişilərin öz geyim formaları var və bundan kənara çıxılmamalıdır. Əgər kənara çıxılarsa, bununla bağlı qaydalar xatırladılır və xahiş olunur ki, qaydalara əməl etsinlər. Vətəndaşların qəbulu zamanı isə biz onların geyim formasına irad tuta bilmərik. Onların qəbula hansı geyimdə gəlməsi öz şəxsi işləridir".

Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır? - SİYAHIHansı nazirliklər vətəndaşı binaya şortla buraxır?-SİAYHITəhsil Nazirliyindən həmçinin bildirilib ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, nazirlikdə Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il sentyabrın 30-dək fəaliyyətini dayandırıb. Pandemiyadan əvvəl isə dövlət qurumuna daxil olarkən vətəndaşlardan hər hansı geyim şərti tələb olunmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov "Report"a deyib ki, onun təmsil etdiyi qurumda vətəndaş qəbulu zamanı elə bir məhdudiyyət nəzərdə tutulmayıb:

Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır? - SİYAHI"Vətəndaş özünü rahat hiss etdiyi geyimdə yaxınlaşıb gələ bilər. Təbii ki, indiyədək bizim qəbullara şortla gələn olmayıb. Amma gəlsə belə, bununla bağlı qadağa yoxdur. Çünki qanunvericilikdə də bununla bağlı hər hansı tələb yoxdur. Təbii ki, tövsiyə xarakterli ola bilər ki, vətəndaş nazirliyə gələrkən müəyyən qədər səliqəli və uyğun geyimdə gəlsin. Amma indiyə qədər vətəndaşların qəbulu zamanı geyimlə bağlı problem yaşanmayıb. Bizim bərpa mərkəzlərimiz var, orada əlilliyi olan şəxslər 18 yaşınadək sağlamlıq imkanları məhdud olan şəxslər və yaxud digər yetkin insanlar o mərkəzlərin xidmətlərindən istifadə edirlər. Onların arasında şortla gələnlər də var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1396   Tarix: 22 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

17:03 736
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

20:15 33
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

14:49 158
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

11:09 496
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

15:59 118
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

20:45 0
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

14:10 102
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

15:20 177
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

16:59 173