Ziyafət Yaqubova: "Bətnimdəki altı aylıq uşağı öldürdülər"

- Ziyafət xanım, bir neçə gün öncə telekanallardan birində müğənni İntiqam Kərimovla aranızda insident yaşandı. Bu münaqişənin səbəblərini açıqlayardınız?

- ANS televiziyasının "Bağlama" verilişində sənətçilərin səfərlərdə başlarına gələn hadisələr barədə mövzu müzakirə olunurdu və məni də bu verilişə dəvət etmişdilər. Mən də müğənni İntiqam Kərimovun başıma açdığı oyundan danışdım. Təxminən bir il əvvəl Türkiyədə Azərbaycan Federasiyasının təşkilatçılığı ilə tədbir keçirilirdi. Bizim də İntiqamla uzun illər tanışlığımız olub və o, mənə telefon açıb "belə bir tədbir keçirilir, istəyirəm səni ora aparım", - dedi. Mənə onu da dedi ki, bütün səfər xərclərini federasiya üzərinə götürüb, amma konsertin biletlərindən əldə olunacaq vəsait sənətçilər arasında bölüşdürüləcək. Söhbət əsnasında dedi ki, bir neçə müğənni istəyirlər. "Hətta Yaqut Babayevaya da təklif etmişəm. Amma onun əxlaqına bələd olmadığım üçün aparmaq istəmirəm. Bilmirəm ki, o gedib özünü Türkiyədə necə aparacaq? Sənin əxlaqına bələdəm, odur ki, səni aparacağam", - dedi. İntiqamla restoranda bir yerdə işləmişik. Onda da aramızda inciklik olurdu. Bizə "siz oxuyun, mən indi gəlirəm", -deyib gedirdi, iki-üç saatdan sonra gəlirdi, pulun da çox hissəsini cibinə qoyurdu. Hətta əxlaqsızcasına deyirdi: "Mən bazlığa gedirəm". Sonra da qayıdıb kiminlə nə etdiyini danışırdı.
Nə isə, səfərdən öncə zəng vurub biletlərin pulunun hələ gəlmədiyini dedi və məndən borc istədi. Mən ona pul tapıb verdim, o da gedib biletləri aldı və biz min bir əziyyətlə gedib Türkiyəyə çatdıq. Birinci konsertdə mən canlı mahnılar ifa etdim, İntiqam çıxıb beş mahnı oxudu, onu da fonoqramla. Bu da federasiyanın xoşuna gəlmədi. Hətta konsertdən sonra ona irad bildirildi ki, onların Azərbaycan musiqilərinə ehtiyacı var, italyan mahnılarına yox. Birinci-ikinci konsertdən sonra Federasiyanın başqanı çıxarıb paketdə İntiqama pul verdi və dedi ki, bu, konsertlərin puludur. Sonra İntiqam mənə çıxarıb türk lirələri uzatdı, "bu sənə çatacaq", - dedi. Pulun məbləğini soruşanda 200 dollar olduğunu bildirdi. "Mənim sənətim 200 dollarlıq deyil, lazım deyil, qoy cibinə", - deyə pulu götürmədim. Sonra məlum oldu ki, bu pul heç 200 yox, 160 dollar imiş. Söhbət puldan getmir, mənə təsir edən onun aldatmasıdır. Mənə Bakıda deyir ki, biletlərin satılacaq, bizə pul veriləcək, amma paketləri cibinə qoyur. Qayıdan gün federasiya rəhbəri yenə də cibindən bir paket çıxarıb İntiqama verərək "xahiş edirik, bunu Ziyafət xanıma verin, bu pullar ona çatacaq", - dedi. Amma İntiqam onu da mənə vermədi. Orada yaşayan, əslən azərbaycanlı olan Tükəzban xanım da pulları onların yanında mənə verməsini istədi. İntiqam isə "sən öz işinə bax", - deyərək, pulu mənə vermədi. Hətta bizə qayıtmağa bilet pulu da vermədi, aeroportda qaldıq. Belə bir adama uzun illər "qardaş" demişəm. Mənə "nə qardaş-qardaş deyirsən, mənim bu pullara ehtiyacım var, Bakıda xərcləyəcəyəm, indi kişi var?" – dedi. Türkiyədə ondan evli olub-olmadığımı soruşublar, deyib ki, guya onun həyat yoldaşıyam. Mən subayam və ləyaqətimi də hər vaxt qoruyuram. İndi də verilişin ortasında birdən-birə peyda olub məni təhqir edir. Deyir ki, mənimlə pul danışmayıb. Tərbiyəsizcəsinə əlini uzadaraq mənə "cındır", "butulka" dedi. Heç qadına belə sözlər demək olar? "Səni ona görə öz xanımım kimi ona görə təqdim etdim ki, orada gedib kiminlə yatacağını bilmirdim, ucuz reklama əl atırsan", - deyə məni təhqir elədi. Əgər ucuz reklama əl atsaydım, indi çox məşhur olan, ad almış müğənnilərdən idim. Mənimlə bir qrupda oxuyanlar indi hamısı məşhurdur. Beş il Asəf Zeynallı adına musiqi məktəbində Nəriman Əliyevin, 4 il Konservatoriyada İslam Rzayevin tələbəsi olmuşam. Neçə il Muğam Teatrında çalışmışam.

- İntiqam Kərimovu məhkəməyə verəcəksiniz?

- Bəli, vəkillə görüşmüşəm. Bunu belə qoymayacağam. Hara gedirəmsə, mənə deyirlər, "sizin kimi xanımın şərəf və ləyaqətini tapdayan belə bir insanın cavabını verin". İndiyə qədər mənə qarşı olan bütün haqsızlıqlara dözmüşəm. Amma bundan sonra boğazımdakı düyünləri udan deyiləm. Məhkəmədə gəlsin desin görüm, kimdir "cındır"? Əgər çox kişi ilə oturub-dursaydım, parlayan ulduzlardan olardım.

Mən Nəzakət Teymurova, Gülyaz, Gülyanaq Məmmədovalar, Zabit Nəbizadə ilə birgə oxuyub sənətə gələn insanam, ləyaqətimi həmişə qorumuşam. Konservatoriyanın I kursunda oxuyarkən ailə qurmuşam. Gedib İranda iki il yaşamışam, sonra bura qayıtmışam.

- Qayıtmağınıza səbəb nə oldu?

- Təbriz şəhərində iki il yaşadım. Getdiyim ailə sənətimlə məşğul olmağa heç cür imkan vermirdi. Orada toy xanəndələri mənə müraciət edirdilər ki, onlara dərs verim. Hətta ona icazə vermədilər. Kursa gedib ingilis, fars dillərini öyrənməyə də qoymadılar. Çox imkanlı, müasir ailə idi. Amma sənətimin inkişafına mane olurdular. Demirdim ki, xanəndəlik edim, dərs vermək istəyirdim, onu da qadağan etdilər. Qayınatam mənim üçün bir qaval almışdı, evdə özüm çalıb-oxuyurdum. Qonşular şikayət etmişdilər ki, gəlininizin səsi gəlir. Bir gün qavalı axtardım tapmadım. Soruşdum, qaynanam dedi, "baba qavalı aldığı yerə qaytardı, qorxuruq ki, evə komitə gələr". Mən bu şəraitdə yaşadım və geriyə qayıtdım. Çox sınmışdım. Burada da beş il birgə yaşadıq, gördüm heç bir irəliləyiş yoxdur. Ailəni özüm qazanıb, saxlayıram, ev kirayəsinin pulunu özüm verirəm.

- Deməli, ailənizi müğənniliyə qurban verdiniz?

- Buraya qayıdandan sonra Konservatoriyaya yenidən bərpa olunub təhsilimi davam etdirdim, yeni mahnılar üzərində işlədim. Restoranlara, toylara getdim. Yoldaşım əvvəl icazə vermirdi, amma çox çətinliklərimiz olurdu. O da işləmirdi, mən də. Fikirləşdim ki, mənə bu yolu atam qoyub, musiqi məktəbinə gətirib. Allah mənə bu səsi veribsə, bəndə niyə almalıdır? Düzdür, sevib ailə qurmuşdum, sənətimə də etirazı yox idi. Amma sonra çox dəyişdi. Gördüm ki, illərim boşa gedir və ayrıldım.

- Övladınız olmadı?

- İranda olanda altı aylıq hamilə idim. Qayınanamla baldızlarım yoldaşım evdə olmayanda mənə "yoldaşının ayrı evi yoxdur, bizim evimizdə yaşayırsınız, istəmirik ki, uşaq bizim evimizdə doğulsun", - dedilər. Orada adətdir ki, evlənənlərin ayrı evi olmalıdır. Halbuki, villaları var idi və bizə bir otaq qıymadılar, məni döşümdən süd gələn vəziyyətdə süni doğuşa məcbur etdilər. Evə həkim gətirib, bir həftə başıma min bir oyun açıb, iynə dərmanla qarnımda təpik atan altı aylıq uşağı düşürtdülər. Doğuş başlayan zaman məni xəstəxanaya apardılar. Həkim baxan kimi bildi ki, bu uşaq zorla düşüb. Baldızım başımın üstündə durub, "heç nə danışma", - dedi. Başıma çox oyun gətirdilər. İndiyədək heç yerdə açıqlamamışam. Danışanda, o hadisələri yenidən yaşayıram.

- Xanəndəlik sinfini bitirdiyiniz halda şou-biznesə niyə qatıldınız?

- Toylara, şou-proqramlara dəvət alan zaman məndən estrada mahnıları istəyirdilər. Mən də bəstəkarlara müraciət etdim, səsimi dinləyib dedilər ki, estrada da yaxşı alınır və belə-belə estrada janrında oxumağa başladım.

- Amma estrada müğənnisi kimi yaddaqalan mahnınız olmadı?

- Yadda qalmaq üçün müğənni dayanmadan efirdə olmalıdır. Bayağı mahnıların müəllifləri hər gün efirlərdə olduqları üçün mahnıları yadda qalır. Amma mən arxasız-dayaqsız olduğumdan mahnılarım o qədər də tanınmır. Maliyyə dəstəyim yoxdur, bütün xərclərimi özüm çəkirəm. Bir dəfə proqrama çıxanda 1000 manat ödəyirəm. Mənim nə qədər gəlirim var ki, hər proqrama pul ödəyim çıxım. Kanallar pulludur, mənim də imkanım yoxdur. Birinci diskim 2004-cü ildə çıxıb, yeni mahnılarım da növbəti diskdə toplanacaq.

- Sizə sponsorluq etmək üçün təkliflər olunmur?

- Düzünü deyim, bir neçə dəfə olub. Amma gözəl bir xanım olduğum və məndən istifadə etmək arzusunda olduqları üçün qəbul etməmişəm. Yəni, "mən sponsorluq edirəm, sən mənim sevgilim olacaqsan", - deyə təklif ediblər, razılaşmamışam. Mən normal, ləyaqətli bir kişinin xanımı ola bilərəm və o, mənə sponsorluq edə bilər. Yoxsa, bəziləri kimi kiminsə bir-iki ay sevgilisi olmağı qəbul edə bilmərəm. Mənim sponsorum olsaydı, kirayə evdə qalmazdım, maşınımı da kreditə almışam.

- Özünüzü muğam ifaçısı kimi tanıtsaydınız, bəlkə indi daha məşhur idiniz?

- Planımda var, muğam ifaçısı kimi efirlərə çıxmaq. Dəfələrlə telekanallara müraciət etmişəm ki, ansamblla canlı olaraq xalq mahnılarını ifa edim. Amma nədənsə, mənə həmişə "yox" cavabı gəlir, qapılar həmişə üzümə bağlanır. Muğam Teatrının kollektivi ilə Mahur-hindi muğam dəsgahını oxumuşam, Qızıl fondda lent yazılarım var.

- Bir müddət əvvəl jurnalların üz qabığında açıq geyimli şəkilləriniz çıxdı. Bu üsula tanınmaq üçün əl atmışdınız?

- Danılmaz faktdır ki, bu gün hansı müğənninin reklamı çoxdursa, o müğənni səsi oldu-olmadı şou-proqramlara, toylara dəvət alır. O şəkillərə gəlincə, mən heç də açıq-saçıq şəkillər çəkdirməmişəm. Gündəlik həyatımızda geyindiyimiz geyimlər, ziyafət libaslarında olan şəkillərdir.

- Müğənnilərin soyunmağına necə baxırsınız?

- Çox açıq-saçıqlığı sevmirəm. Qadın nağıl kimi görünməlidir, maraqlı olmalıdır. Şou-biznesdə olan müğənnilərdən bəziləri alt paltarında şəkil çəkdirmişdilər. Həmin müğənnini o şəkillərdən əvvəl dinləyirdimsə, sonradan ona qulaq asmadım. Halbuki onun mahnıları ilə dincəldiyimi özünə də söyləmişdim.

- Röyanı nəzərdə tutursunuz?

- Deməyəcəyəm, kimdir. Amma o şəkilləri görəndən sonra fikirləşdim ki, insan tanınmaq üçün, reklam xatirinə belə üsullara əl atmamalıdır. O onsuz da sevilir və güclü müğənnidir.

- Gələcəkdə sənətinizi sevəcəyiniz şəxsə qurban verərsiniz?

- Yox, mən bu sənətə 9 ilimi vermişəm. Səhnədə özümü tapıram. Hər dəfə oxuyanda əlimi Allaha açıb şükür edirəm ki, nə yaxşı bu səsi mənə verib.

məmbə:lent.az

Ziyafət Yaqubova: Ziyafət Yaqubova: Ziyafət Yaqubova: Ziyafət Yaqubova: Ziyafət Yaqubova: Ziyafət Yaqubova: Ziyafət Yaqubova: Ziyafət Yaqubova:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 15217   Tarix: 07 noyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310