Namiq Qaraçuxurlu İlə Müsahibə

Namiq Qaraçuxurlu İlə MüsahibəNamiq Qaraçuxurlu: Qarşımdakı insan eqoist olarsa, onda qapını əbədi çırparam…

Etdiyim xeyirxahlıqların cəzasını çəkirəm- Adətən, evin sonbeşiyi ərköyün olar, deyirlər. Mən biləni sən də sonbeşiksən…

- Mən üçüncü uşaq olsam da valideynlərim heç nazımla oynamayıblar. Hərdən mənə elə gəlir ki, məni qardaşlarımdan az istəyiblər. Yəqin höcətliyim də ondan gəlib. Uşaqlıqda çox tərs, inadkar olmuşam.

- O sevginin qədərini nə ilə ölçürdün?

- Nə bilim, vallah, bəlkə uşaq ağlı idi, ona görə elə fikirləşirdim. Məsələn, mənə heç vaxt velosiped almadılar. Böyük qardaşlarım üçün almışdılar. Oturub, həsrətlə gözləyirdim. Onlar sürüb doyandan sonra mənə icazə verirdilər. Mən də içimdə sınırdım. Deyirdim, axı mən niyə sonbeşik olmuşam ki, mənə diqqət bu qədər azdır.

- O diqqətin azlığı Namiqin gələcək həyatında nəyi fərqli etdi?

- əksinə, fikirləşirəm ki, mənə yaxşı ki, elə davranmışdılar. Bəlkə də valideynlərim mənə qarşı elə sərt olmasaydılar, mən bu gün hər addımımı ağılla atmazdım. Baxmayaraq ki, onlar böyük qardaşlarımın nazı ilə çox oynayıblar, amma bu gün hansısa məsələdə mənim məsləhətimlə oturub-dururlar.

- Sən bütün addımlarını ağıllı sayırsan?

- Düzdür, müəyyən addımlarım səhv olub. Amma çalışıram ki, etdiyim hərəkətlərin maksimum müsbət nəticəsini görüm.

- Amma nədənsə, cəmiyyət Aygünlə bağlı atdığın addımı birmənalı qarşılamadı…

- Cəmiyyətdə onsuz da hər bir yenilik rezonans doğurur. Hər şeyin zamana ehtiyacı var. Amma doğmalarım mənim seçimimə hörmətlə yanaşdılar. Hər halda valideynlərim bilirlər ki, mən pis addım atmaram.

- Sənə elə gəlmirmi ki, Aygünə sığınmağın uşaqlıqda möhtac olduğun qayğının, şəfqətin, məhəbbətin azlığından doğdu?

- Bu məsələdə əgər mən 50 faiz Aygün xanıma sığınmaq istəmişəmsə, 50 faiz də o mənə sığınmaq istəyib. Yəni bu istək qarşılıqlı olub. Çünki insan zahirən çox xoşbəxt görünə bilər, əsas daxili rahatlıqdır. Məncə, biz bir-birimizə lazım olmuşuq

- Vicdanın nə vaxt sızıldayıb?

- (fikirləşir) Həyatda siz deyən elə səhv addımlar atmamışam ki, vicdanım sızıldasın. Olub elə bir peşmançılıq ki… Onda mən ən yaxın dostuma əl tutmadım, amma tanımadığım bir insana yazığım gəldi, kömək etdim, dayaq durdum. Və illər keçəndən sonra başa düşdüm ki, sən demə, o, köməyə layiq biri deyilmiş.

- Demək, haqqını halal etmədiyin biri var...

- Var, əlbəttə ki... Öz həyatım bahasına, özüm kirayə yaşaya-yaşaya, dost –tanışdan pul yığıb, kiminsə həyatını xilas edirəmsə, sonda bundan mənim rəqiblərim mənə qarşı silah kimi istifadə edirlərsə… Haqqımı o insanlara halal etmirəm.

- Bəs sənə haqqını kim halal etməyib?

- Mənim üstümdə haqqı olmayanlar. əsas valideynlərimdir ki, onların da xeyir-duasını almışam.

- İçindəki Namiq sənə ən çox nəyi irad tutur?

- Yaradıcılığımla bağlı tənbəlliyimi… Amma şəxsi həyatımla bağlı olmur belə irad… Belə bir məşhur deyim var: «Bu dünyada hər bir xeyirxahlığın cəzası var, ənamını isə o dünyada verirlər». Mən fikirləşirəm ki, bu dünyada nə ki, xeyirxahlıq etmişəm, onların cəzasını çəkmişəm. Və içimdəki Namiq məni heç vaxt o barədə qınaya bilməz. Çünki mən heç kimə pislik etməmişəm. Olub ki, həyatımı risqə atıb, hansısa bədbəxt bir insanı xoşbəxt etmişəm. əgər bunu bilməyənlər mənim ayağıma günah kimi yazırlarsa, qoy olsun. Onsuz da o dünyada hər şeyin cavabını soracaqlar.

- Dilinin günahı çoxdur, gözünün?

- Məncə, hər ikisinin. Çünki göz nəyisə görməsə, dil danışmaz. əgər günah varsa, elə hər ikisinindir.

- Aygün hansı günahındır?

- (gülür) Bəlkə də savabımdır.

- Hətta o, sənə atalıq səadətini yaşada bilmirsə belə?

- Onun da öz zamanı var. Allaha qurban olum, bəlkə belə məsləhətdir. Bəlkə ola bilər ki, bir neçə il sonra bizim aramızda elə bir soyuqluq yaransın ki…

- Niyə gələcəyi proqramlaşdırırsan ki?

- Yox, mən «bəlkə» deyirəm. Hələlik, nə Aygün Kazımova, nə də Namiq Qaraçuxurlu buna hazır deyil.

- 60 yaşında hansı rəvayəti söyləyəcəksən?

- Çox gözləyirəm o yaşımı. Bəlkə onda mənim haqqımda bir film çəkdilər, mən də bəzi həqiqətləri onda tamaşaçıya açıqladım. O həqiqətlər ki, bu gün onları deyə bilmirəm. Allah qismət eləsin, 60 yaşınacan yaşasam, çox danışmalı, söyləməli rəvayətlər olacaq.

- Rəvayətdən söz düşmüşkən… Heç ilk «Rəvayət»in də qalmaqalsız ötüşmədi…

- Bəzi sənət dostlarım var ki, qoy onlar məndən inciməsinlər, onların fikirləri mənim üçün ümumiyyətlə, maraqlı deyil. Nəyə görə? Mən efirə çıxan ilk gündən bu söz-söhbətlər var. «Rəvayət» klipinə kimi məni ayaqüstə qarşılayırdılar, yuxarı başa keçirirdilər, istedadımdan ağızdolusu danışırdılar. Elə ki, «Rəvayət» çəkildi, əksəriyyətinin fikri dəyişdi, başladılar nəsə bir «mız» qoymağa. Kliplər bir-birini əvəzlədikcə, tənqid də artdı. Mən anladım ki, tutulan iradlarda yalnız bir məqsəd var: nəsə danışmaq. Bir hadisəni söyləyim: o vaxt mən boğazımdan əməliyyat olunanda Aygün Kazımova – respublikanın bir nömrəli qadın müğənnisi, əməkdar artist… mən dəhşətə gəldim ki, onda o, gecə-gündüz qulluğumda durdu, mənim qanlı sarğılarımı açıb, dəyişdi. O səhnə heç vaxt yaddaşımdan silinməz. Həmin ərəfədə mənim həmkarlarım qəzetlərdə ağlasığmaz müsahibələr verirdilər ki, guya mən başqa xəstəlikdən müalicə olunuram və sair. Və ara-sıra arxamca lazımsız sözlər danışdılar və mən sağalandan sonra üzümə «Aygündən uzaq durmağın yaxşıdır» kimi məsləhətlər verdilər… Elə bilirsiz, onların mənə ürəyi yanırdı? ən çətin anlarımda başımın üstündə duran, əziyyətimi çəkən bir qadının zəhmətini yerə vurmaq… onda mən hansı kişilikdən danışacaqdım?

- Bəs hansı məqamda qapını çırpıb gedərsən?

- Görün insan nə dərəcəyə gəlib çatmalıdır ki, qapını çırpıb gedə bilsin… əgər mən bir qapıdan içəri girmişəmsə, onun arxamca bağlanmasına imkan vermərəm. (fikirləşir) Qarşımdakı insan son dərəcədə özünü düşünərsə və eqoist olarsa… bax, onda qapını əbədi çırparam

Qorxusu: Doğmalarının itkisi
İnanmır: Nahaqqın haqqı üstələyə bilməsinə
İnamı: Allaha
Yuxuları: Yadında qalmır
Küskünlüyü: Mərd insanların cəmiyyətdə özlərinə yer tapmamasına
İdealı: Yoxdur


Aygün ən böyük savabımdır


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 11979   Tarix: 20 noyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qələbə xəbərindən sonra yoldaşım zəng vurub ağlaya-ağlaya..." - Jalə Həsənli - FOTOLAR

Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpasına səbəb olan Vətən müharibəsinin başlamasının 1 ili tamam olur. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hər il 27 sentyabr anım günü kimi qeyd ediləcək. Belə bir günd

27.09.2021 21001
.

BiG.AZ saytı necə quruldu? 19 illik inkişaf yolu Namik Abdullayev

saytının qurucusu, Online Biznes üzrə ekspert Namik Abdullayev "Bizneskar" YouTube kanalında qonaq olub. Müsahibəni Namik Abdullayevdən Fuad Muxtarov götürür

05.08.2023 2445
.

Azərbaycan əsgəri ilə bağlı xatirəsindən danışarkən kövrələn Reza Deqati ilə VİDEOMÜSAHİBƏ

Dünyaşöhrətli fotoqraf, hərbi müxbir Reza Deqati -ın qonağı olub. Cənubi azərbancanlı olan fotoqraf İran inqilabı zamanı göstərdiyi fəaliyyətindən, Azərbaycanın dar günlərində iştirakından, müharibə xatirələrindən danışıb. 2-ci Qarabağ müharibəsi zamanı bir əsgərlə bağlı xatirəsindən söhbət açan Rez

05.05.2022 5460
.

Tərlan Novxanı necə məşhurlaşdı? - Meyxanaçı ilə səmimi VİDEOMÜSAHİBƏ

"Təyyarəyə minəndə özlüyümdə düşündüm: "Tərlan, daha nağıl bitdi. Bu sözləri BİG.AZ-a müsahibəsində məşhur meyxanaçı Tərlan Novxanı deyib. Meyxanaçı izləyicilərimizə sənət yolundan, Özbəkistandakı məşhur konsertindən və şəxsi həyatından danışıb. O bildirib ki, irəli getmək üçün istedad tə

12.02.2022 7034
.

"Danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm" – Elmar Məmmədyarovla MÜSAHİBƏ

"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirmək vacib məsələ idi. Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi". "Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm"

09.03.2023 4113
.

Aqil Acalov:"Bizdə idmana sponsorluq etmək mədəniyyəti inkişaf etməyib" -VİDEOMÜSAHİBƏ

"İdmanın inkişafı sırf dövlətdən asılı deyil. İş adamlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, bizdə idmana sponsorluq etmək mədəniyyəti bir o qədər də güclü inkişaf etməyib. İdman yarışlarının təşkil olunması üçün çox böyük məbləğ tələb olunur". Bu sözləri Azərbaycan Braziliya Ciu-Cits

25.01.2024 967
.

Meyxanaçı yoxsa iş adamı? - Aqşin Fatehdən maraqlı AÇIQLAMALAR - VİDEOMÜSAHİBƏ

İş adamı kimi fəaliyyətini davam etdirən meyxanaçı Aqşin Fateh restoranının ikinci filialının açılışını edib. Tanınmış meyxanaçı BİG.AZ-a özəl açıqlamalar verib. Müxbirimizin suallarını cavablandıran Fateh şəxsi iş fəaliyyətindən danışaraq, meyxana aləmini tərk etmək fikrində olmadığını vurğulayıb. Dah

03.03.2022 6147
.

Məşhur türk serialında çəkilən rejissorumuzla VİDEOMÜSAHİBƏ

"Rejissor, ssenarist, aktyor - mənim üçün bunlar bir vəhdət təşkil edir". Bu sözləri -a müsahibəsində kinorejissor, ssenarist, aktyor Natiq Axund deyib. Rejissor izləyicilərimizə qısametrajlı filmlərindən, İstanbulda yaşamasından, Türkiyənin məşhur "Savaşçı" filminə dəvətindən v

10.03.2022 6513