"Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir"

"Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir""Ordumuz çox güclüdür. Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir"

Bunu Sonxeber.z-a Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yollarından danışarkən Bakı Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədri müavini, Qarabağ müharibəsinin veteranı Məhərrəm İsmayılov deyib.

ATƏT-nin Minsk qrupunun fəaliyyətini uğursuz kimi qiymətləndirən müharibə veteranı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması mümkün olmadığı təqdirdə, münaqişə yalnız müharibə yolu ilə həll olunacaq. Onun fikrincə, başqa formada torpaqlarımızı azad edə bilmərik:

"Tarix boyu müharibə yolu ilə alınan torpaqlar diplomatik yolla qaytarılmayıb. Erməni kimi millət haqqında isə ümumiyyətlə sülhdən danışmaq olmaz. 30 ilə yaxındır ki, Amerika, Rusiya və Fransanın həmsədr olduqları ATƏT-nin Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərmir. Əksinə, fəaliyyətsizliyi ilə elə bir qurumun olmadığını göstərirlər. Onlar erməni lobbisinin tərəfini saxlamaqla, ədalətsiz davranır və beynəlxalq hüquq normalarını pozurlar. Bizə yalnız qardaş dövlət olan Türkiyə və Pakistan ən böyük dəstək göstərir.

Bir vacib məsələni də qeyd edim: ehtiyatda olan polkovnik Şair Ramaldanovu yaxşı tanıyıram. Döyüşlərdə bir yerdə olmasaq da əsl döyüşkən komandir olduğunu bilirəm və Vətənə bağlılığından irəli gələrək etdiyi bütün çıxışları izləyirəm. Mən Şair müəllimin fikirlərinə qoşuluram, biz torpaqlarımızı güc yolu ilə azad etməyə tamamilə hazırıq. Bu gün hansısa ehtiyatda olan zabit münaqişənin həllini sülh danışıqlarında görürsə, deməli o, döyüş vaxtı Rəhim Qazıyevin yanında oturubmuş. Döyüş görmüş insanlar Xocalı soyqırımını, bir milyondan artıq qaçqınını və məcburi köçkününü unutmaz. Mən münaqişənin həllini yalnız müharibədə görürəm və bu mövzuda Şair müəllimlə həmfikirəm".

M. İsmayılov vurğulayıb ki, Aprel döyüşləri, torpaq üçün hamımızın - analarımızın da, bacılarımızın da ayağa qalxa biləcəyini göstərdi: "Bu gün dövlət büdcəsində 50 milyard varsa, bir o qədər pul da cəmiyyətin imkanlı üzvlərindədir. Əminəm ki, müharibə başlanarsa, hər bir azərbaycanlı son qəpiyinə kimi verməyə hazırdır ki, ön cəbhədə çətinlik olmasın, nəyəsə ehtiyac qalmasın".

"Prezidentimizin, Ali Baş Komandamızın siyasəti düzgün istiqamətdədir. Prezident xalqın onu dəstəkləməsini istəyir. Onsuz da cəmiyyət həmişə onunladır, ancaq təəssüf ki, bəzi qüvvələr bu münasibəti dəyişmək istəyirlər. Ona görə Prezident islahatlar aparır, onun verdiyi fərmanları icra etməyənləri cəzalandırır. Mən inanıram ki, torpaqlarımız Prezident İlham Əliyevin hakimiyyətin dövründə alınacaq", - deyə veteran bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1099   Tarix: 07 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

23.04.2024 1167
.

Ermənistanın müdafiə naziri Fransa nümayəndə heyəti ilə Ermənistan-Fransa əməkdaşlığını müzakirə edib

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının Fransa-Ermənistan dostluq qrupunun sədri Gilbert-Luc Devinazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüşdə Fransa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfir

23.04.2024 205
.

Aysun qızına bu adı verəcək – VİDEO

Müğənni Aysun İsmayılova dünyaya gələcək qız övladından söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb. Sənətçi bildirib ki, qızına "Sevgi" adını qoyacaq: . "Dünyaya gələcək qızıma qoyacağımız adla bağlı ço

23.04.2024 1079
.

Sürücünü yanan avtomobildən son anda xilas ediblər

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib. xəbər verir ki, sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə qaçıblar. Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, nəqliyya

23.04.2024 422
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

12:21 234
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

15:34 348
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 210
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

16:10 114
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

14:10 67