Şou Biznes

Şou BiznesRəqsanə növbəti dəfə hamilədir?! Müğənni həyatında baş verənləri və gələcək planlarından danışdı.

Yayda əkiz uşaq dünyaya gətirməsi və daha sonra bunun yalan olduğu üzə çıxdığından uzun müddət diqqət mərkəzində olan Rəqsanənin növbəti dəfə hamilə olması haqqında xəbərlər yayılıb.Yayılan xəbərlərə münasibət bildirmək üçün müğənni ilə əlaqə saxlanılıb: - "Birinci dəfə Sizdən eşidirəm. Hazırda işlərim o qədər çoxdur ki, qızlarıma vaxtı güclə tapıram. Yeni albomumun çıxmasına az qalıb. Tünarla dörd mahnı hazırlayırıq, onlardan biri elə onun özü ilə duet olacaq. Klip çəkilişlərim var. Aysun və Yağmurla fotosessiya başa çatıb.Hamilə olmağıma gəlincə isə bunlar hamısı şayiədir. Əslində mən beş uşaq anası olmaq istəyirəm. İlk dəfə elə bunu Sizə deyirəm ki, gələcəkdə mən beş uşaq anası olmağı arzulayıram". Əməkdaşımızın, "səninlə müharibə aparan həmkarlarından barışdığın olubmu", sualına Rəqsanə belə cavab verib: - "Mən heç vaxt heç bir həmkarıma qarşı kinli olmamışam. Nadir Qafarzadə özü səhv edib, kiminsə fitvası ilə mənə qarşı çıxırdı. Sonradan özü mesaj yazaraq, məni çox istədiyini bildirdi. Mənim heç kimlə işim yoxdu və bundan sonra da olmayacaq" !

Şou BiznesAilə həyatı qurandan sonra hansı yeniliklər var?

Populyar müğənni Röya ailə həyatı qurandan sonra efirlərdə az-az görünür. Çoxu bunu normal qəbul etsə də, Röyanın görünməməsinə müxtəlif don geyindirənlər var. Şəhərdə yayılan şayiələrə görə, guya Röyanın səsində ciddi problemlər var. Müğənninin səsinin batdığını iddia edənlər də var. Röyanın yaxın vaxtlarda bir çox tədbirlərdə və məclislərdə iştirak etdiyini bilən əməkdaşımız, şayiələrə inanmayaraq, onun mətbuat katibi Ülviyyə Alovlu ilə əlaqə saxlayıb. Deyilənlərin həqiqətən də şayiə olduğunu deyən mətbuat katibi müğənninin başının yeni mahnılara qarışdığını bildirib: - "Yaxın günlərdə Röyanın "Bax" adlı albomu çıxacaq. Hazırda studiyada yeni mahnılar yazılır. Qarşıdakı günlərdə iki mahnıya klip çəkiləcək. Amma hansı mahnılar olacağını dəqiq bilmirik. Bu günlərdə yepyeni saytın təqdimatı olacaq və orda jurnalistlərin bütün suallarını Röya özü cavablandıracaq!"

Şou BiznesNərgiz Hüseynli "Ayrılıq"la hamını ayağa qaldırdı.

Türkiyənin "Popstar-Alaturka" yarışmasında iştirak edən yeganə azərbaycanlı iştirakçı Nərgiz Hüseynlinin sonuncu çıxışı yaxşı qarşılanıb.Həmyerlimiz ötən bazar müsabiqədə "Ayrılıq" mahnısını ifa edib. Mahnını anası üçün oxuduğunu deyən Nərgizi bütün tamaşaçılar ayaq üstə alqışlayıb. Münsiflərin hər biri gənc müğənniyə on bal verib. Hətta, Arman Çağlayan Türkiyənin "Vətən" qəzetində yazılanlara münasibət də bildirib: - "Mənim Nərgizi tənqid etməyim Azərbaycan xalqına qarşı antipatiya kimi qələmə verilməməlidir"! Qeyd edək ki, "Vətən" qəzeti ötən həftə Arman Çağlayanın Nərgizə ünvanladığı "lal müğənni" ifadəsini şərh edərkən, "Armanın azəri türklərinə qarşı antipatiyası" kimi yazıb.
Nərgiz Hüseynli sonuncu bir neçə həftə ərzində müsabiqənin axırıncısı olmasına münasibət bildirərkən, deyib: - "Müsabiqənin bütün iştirakçılarına bələdiyyə və xeyriyyə dərnəkləri səviyyəsində dəstək göstərilir. Mənə isə Azərbaycandan olduqca az səs gəlir. Bu da mənə pis təsir edir. Əgər mənim ifalarım bəyənilməsə bu günə qədər burda iştirakımı davam etdirə bilməzdim. Türklər mənə səs göndərdikləri halda bizimkilər nədənsə kömək etmirlər. Özümü burda xalqıma layiq aparıram və bacardığım qədər musiqimizi təbliğ edirəm!

Azərbaycandan 112 yazıb, 9065 qısa nömrəsinə mesaj göndərməklə mənim müsabiqədə iştirakımı davam etdirməyə kömək edə bilərsiniz"!

Şou BiznesŞou BiznesŞou BiznesŞou BiznesŞou BiznesŞou BiznesŞou BiznesŞou Biznes


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 18732   Tarix: 27 oktyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352