Həyata münasibəti dəyişməyin 7 yolu

Həyata münasibəti dəyişməyin 7 yoluÇox vaxt bizi narahat edən və altında əzildiyimiz həyat şərtlərini dəyişməyi bacarmırıq. Biz yollarda tıxac və ya metroda basabas olmadan gedib işimizə çata bilmirik. Bəyənmədiyimiz insanı dəyişə bilmirik və ya keçmişi silməyi bacarmırıq. Cibimizdəki pulun miqdarı və ya müdürümüzün üzündəki təbəssüm sadəcə bizim istəyimizə görə artmır.

Bu halda önümüzdə sadəcə həyata olan münasibətimizi dəyişmək seçimi qalır: məyusluq və ya narazılıq hisslərinə boğulmaq əvəzinə baş verənlərdə fayda axtarmağı da bacarmaq lazımdır. Əlbəttə ki, bu asan iş deyil. Şəxsi inkişaf mövzuları üzrə bloqqer Marc Chernoffun aşağıdakı tövsiyələri həyatda baş verənləri sakit qəbul edə bilməyin yollarını öyrədir.

İlk olaraq beyninizi sakitləşdirin

Düşüncələrə nəzərət edə bilmək üçün, onları dərk etmək lazımdır. Gəlin yoxlayaq: dərindən nəfəs alaq və beynimizi hər cür söz-söhbətdən boşaltmağa çalışaq. Belə etməklə biz yeni, vərdiş etmədiyimiz nələrsə üçün boş məkan yaradırıq. Biz fasilə veririk.

Deməyin ki, bacarmazsınız və ya zamanınız yoxdur. Bəli, hər gün kiçik savaşlarda qələbə qazanmaq lazım gəlir. Ancaq, fasilələr vacibdir: Əgər biz dincəlməsək, özümüz də bilmədən özümüzü "yandırarıq".

Dincəlməyi mütəmadi şəkildə etmək lazımdır: sakitlikdə oturmaq üçün vaxt seçməli, özümüzü müşahidə edib, beynimizdə nələrin dolaşdığını anlamalıyıq. Ən vacibi odur ki, öz düşüncələrimizin və kənardan təlqin olunanların harada olduqlarını anlayaq. Vaxta heyfiniz gəlməsin – əgər siz birinci dəfədən buna nail olmasanız da, bu qorxulu deyil. Əsas olan başlamaqdır.

Tədrici, ancaq şüurlu şəkildə mənfi düşüncələrdən imtina edin

Düşüncə və duyğularımızı tanımağı öyrənəndən sonra, diqqətimizi bir düşüncədən digərinə keçirməyi öyrənmə zamanıdır: bizə mane olan düşüncəni tapıb, onu faydalı və ilhamverici düşüncə ilə dəyişməliyik.

Çıxış yolu olmayan vəziyyətlər yoxdur – çıxış yolu olmadığına əmin olan insanlar var. Qara düşüncələrin bütün ömrünüzü qaranlığa çevirməsinə imkan verməyin. Tədrici şəkildə pis düşüncələri yaxşılarla əvəz edir və zamanla bütün reaqllıqlarınız da dəyişəcək.

Düşüncələr bizim əhval-ruhiyyəmizi təyin edir. Beyinlərimizdə həyata keçirilməsi mümkün olan ən cəsur arzular doğulur. Buna görə də beynimizdə nələrin baş verdiyini diqqətlə öyrənməli və şüurlu şəkildə faydalı olanlara fokuslanmalıyıq. Böyük ehtimalla bu ilk cəhddən alınmayacaq, ancaq yavaş-yavaş buna vərdiş edəcəksiniz.

Qayğıları bir dəqiqəliyə olsa da tərk edin

Hər birimizin içərisində hər zaman sakitlikdə olan başqa "mən" yaşayır. O, biz qayğılardan uzaq durduğumuz zaman ortaya çıxır. Bizim dünyamız kənar şərtlərdən asılı deyil. Hüzuru (sakitliyi) istənilən vaxtda və istənilən yerdə tapmaq mümkündür – yetər ki, hal-hazırda olduğumuz yerdə fiziki və emosional olaraq bütöv və tam olaq.

Burada da ilk başda çətin olacaq. Təslim olmayın: iş gününün ortasında və ya məişət hərc-mərclikləri içərisində sadəcə var olduğunuzu hiss etmək üçün bir dəqiqə ayırın.

"Təşəkkür edirəm" deyin

Ola bilsin ki, indi sizin fabrikləriniz, qəzetləriniz, gəmiləriniz yoxdur. Ancaq, sahib olduqlarınız normal həyat yaşamaq üçün kifayət edir. İndi sahib olduqlarınız və hələ ki, sahib olmadıqlarınız üçün minnətdar olun. Hər birimiz milyonlarla imkana sahibik, ancaq anlamaq lazımdır ki, bir insan dünyada bütun bunların hamısına sahib olmayacaq və ya hər şeyi bilməyəcək.

Biz hər zaman "böyük bütün"ün hissəsi olmuşuq və olmağa davam edəcəyik. Bununla da hər zaman unikal olacağıq. İndiyə qədər sahib olduğunuz bilikləri və hələki anlamadıqlarınızı qiymətləndirin. Sahib olduğunuz böyük imkanları qiymətləndirin.

Həyat hər zaman arzu etdiyimiz kimi olmayacaq, bunu anlamaq və qəbul etmək lazımdır.

Çətinliklərin də faydalı olduğunu qəbul edin

Xoşbəxtlik, ehtiras və ya uğur elə belə, mübarizəsiz nadir hallarda əldə olunur. Əgər yol asandırsa, böyük ehtimalla bizə lazım olan yerə getmirik. Çətinliklər bizim inkişafımıza kömək edir. Çətinliklər bizi istiqamətləndirir, düzəldir və təkmilləşdirir. Ancaq, bunun üçün zaman lazımdır, çox zaman lazımdır.

Bəzən bizə elə gələcək ki, hər şey olduğu kimi getmir və biz öz yerimizdə sayırıq. Ancaq, bu sadəcə həyatın bir parçasıdır: bəzən arzulara gedən yolda cəhənnəmdən keçmək lazım olur.

Deyirlər ki, gün doğmadan əvvəlki gecə qaranlıq olur və bu həqiqəqtdir.

Nəyisə bitirəndə geri dönüb baxın və haradan başladığınızı dərk edin

Hər şey tez və ya gec bitəcək və bunu qəbul etmək çox vacibdir. Biz qapını bağlamağı, səhifələri çevirməyi və yolu davam etməyi öyrənməliyik. Bu mövzunu anlamaq üçün hansısa metafordan istifadə etmək çox vacib deyil – keçmişi keçmişdə qoymaq və indiki zamandan zövq almaq vacibdir.

Son əslində son deyil, o, hər şeyin yenidən başladığı başlanğıcdır. Bu, bir beyində son, digər beyində isə başlanğıc olan sözdür.

Əlinizdə olan hər şeyi itirsəniz, öz vücudunuza kömək üçün müraciət edin

Düşüncə vücuddan asılıdır. O, əzələlərin gərginliyinə, nəfəs alıb-verməyin və ya addımlamağın sürətinə reaksiya verir. Eyni zamanda, bədən də düşüncə və duyğulardan asılıdır, düşüncənin o anki vəziyyətinə, hətta ifadə etdiyimiz sözlərə reaksiya verir.

Bu, o deməkdir ki, biri vasitəsi ilə digərini nəzarətdə saxlaya bilərik. Beləliklə, əlinizdə olan hər şeyi itirsəniz və fikrinizi cəmləşdirməyə nail olmasanız, hiyləgərlik göstərin: bədəninizdən istifadə edin.

Bir anlığıa təsəvvür edin ki, əhval-ruhiyyənizin pis olduğu zamanlarda siz kənardan necə görsənirsiniz: çiyinləriniz düşüb, nəfəs alış-verişiniz zəifləyir, üz-gözünüzü turşudursunuz. İndi bu şəkildə olmağa çalışın. Nə hiss edirsiniz?

Sonra isə tam tərsini edin: düzgün oturun və gülümsəyin, dərindən nəfəs alıb, verin. Yaxşıca özünüzü dartın. Bəs indi nə hiss edirsiniz?

Bədənimiz – hiyləgər alətdir, onun vasitəsi ilə biz həyata olan münasibətimizi qısa müddətdə dəyişə bilərik. Bu addımın təsiri bəlkə uzunmüddətli olmaya bilər, ancaq özünüzü toparlamağa kömək edər. Ondan düzgün istifadə etmək faydalıdır.

P.S.

Bu barədə daha əvvəllər bəhs etmişdim və yenə deyirəm: reallıqla əlaqəsi olmayan və heç vaxt da olmayacaq konfliktlər məhz beyində baş verir. Əgər biz bu tərz düşüncələrə öz beynimizdə məskən salmağa icazə veririksə, onlar sahib olduğumuz ən qiymətli şeyləri – hüzurumuzu, həzzlərimizi, vaxtımızı və ən sonda həyatımızı əlimizdən alacaq. Biz əsəblərimi cilovlaya bilmir və depresiyaya sürüklənirik. Mən bunu bilirəm, çünki orada olmuşam.

Dürüst düşünsək, həyatda çox şey var ki, biz nəzarətini öz əlimizə ala bilərik. Misal üçün, vaxtımızı hara sərf etdiyimizə, kiminlə ünsiyyət qurmağımıza, həyatımızı kiminlə bölüşməyimizə biz qərar veririk. Kimə nəyi deməyi, nahara nə yeməyi, nələri oxuyub öyrənməyi biz seçə bilərik. Uğursuzluqlara hansı şəkildə reaksiya vermək də bizim seçimimizdir.

Ən əsası isə – həyata necə münasibət göstərməli olduğumuzu seçə bilərik. Yerdə qalan bütün hər şey nəticədə bu münasibətdən asılıdır. (coaching.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1442   Tarix: 26 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189