Prezident and içdi

Prezident and içdiBu gün yenidən Azərbaycan Respublikasının prezidenti seçilmiş İlham Əliyevin inauqurasiya mərasimi keçirilib.
Mərasim fəxri qarovulun düzülməsi ilə başlayıb. Daha sonra zala Azərbaycanın dövlət bayrağı və Azərbaycan prezidentinin ştandartı gətirilib. Bundan sonra Konstitusiya Məhkəməsinin hakimləri dəvət olunub.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu il oktyabrın 15-də keçirilmiş prezident seçkisində İlham Əliyevin növbəti müddətə Azərbaycan prezidenti seçilməsi ilə bağlı nəticələri əks etdirən qərarı elan edib.
Bundan sonra seçkilərdə qalib gəlmiş İlham Əliyev Azərbaycan Konstitusiyasına və müqəddəs Qurani-Kərimə əl basaraq and içib və Azərbaycanın dövlət bayrağını öpüb.
Daha sonra Azərbaycanın dövlət himni səslənib.
Dövlət başçısı İ. Əliyev and içdikdən sonra geniş nitq söyləyib. Prezident nitqinə ona bu etimadı göstərmişAzərbaycan xalqına təşəkkürlə başlayıb. Azərbaycan prezidenti seçkilərdə namizədliyini irəli sürən və təbliğat kampaniyasında fəallıq nümayiş etdirən YAP-a, seçkilərdə onu dəstəkləyən bütün təşkilatlara, o cümlədən müxalifət partiyalarına da təşəkkürünü bildirib. Dövlət başçısı seçkilərinin nəticələrinin elan olunmasından sonra onu təbrik etmiş rəqiblərinə də təşəkkür edib.
Prezident dövlət başçısı olduğu əvvəlki 5 il ərzində görülmüş işlər barədə ətraflı məlumat verib.
Azərbaycan prezidenti ölkənin qarşısındakı əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi olduğunu deyib. Azərbaycanın danışıqları yalnız ölkənin ərazi bütövlüyü çərçivəsində apardığını deyən ölkə başçısı qeyd edib ki, Dağlıq Qarabağa heç bir vaxt müstəqillik verilməyəcək və bu heç zaman danışıqların predmeti olmayacaq. Prezident vurğulayıb ki, bu münaqişədə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.
İ. Əliyev prezident olacağı növbəti 5 ildə də Heydər Əliyev siyasətinin davam etdiriləcəyini, iqtisadi, hərbi, sosial və digər sahələrdə ölkənin daha da inkişafı üçün lazımi addımların atılacağını vurğulayıb. Prezident ordu quruculuğu prosesindən, infrastruktur layihələrindən danışıb, Azərbaycandakı iqtisadi inkişafın beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini deyib.
Ölkədə siyasi və iqtisadi islahatların paralel aparılmasının gələcək uğurları şərtləndirdiyini deyən prezident bu xəttin davam etdiriləcəyini vurğulayıb.
İnauqurasiya mərasimində dövlət və hökumət üzvləri, xarici qonaqlar, Azərbaycandakı diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə Gürcüstan prezidenti Mixail Saakaşvili, Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6115   Tarix: 24 oktyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865