Hisslər Adası

Çox uzaqlarda belə bir ada var idi hansıki, orada insanın bütün hissləri yaşayardı.. Xoş əhval-ruhiyyə, Var-dövlət, Kədər, SEVGİ və.s


Hisslər Adası

Günlərin bir günü ada batmağa başladı.Hamı öz gəmisini minib çıxıb getdilər.Təkcə SEVGİ ən son məqama kimi tək-tənha gözlədi.Adadan cəmi bir parça qaldığını görəndə isə SEVGİ kömək istəmək qərarına gəldi. Var-dövlət öz cah-cəlallı gəmisi ilə adanın yanından keçəndə SEVGİ dedi:
Mənidə özün ilə apar mən tək qalmışam..
Hisslər AdasıVar-dövlət isə dedi:
Mən apara bilmərəm.Mənim gəmimdə o qədər qızıl gümüş varki sənə yer yoxdur..Həmdə mən olan yerdə sən heçvaxt ola bilməzsən..
SEVGİ kədərlənib üzünü çevirdi və gördüki Qürur öz gəmisi ilə gedir.. SEVGİ dedi:
Mənidə özünlə apar..
Qürur isə dedi:
Xeyr mən səni apara bilmərəm özümlə.Çünki məndə burda hərşey gözəldi sən gəlsən hərşey dağılacaq..!!
Kədər gəlib keçəndə SEVGİ ondanda xahiş etdi. Kədər isə cavab verdi:
Sən gedəndən sonra o qədər kədərliyəmki tək qalmaq istəyirəm.Ona görə səni özümlə apara bilmərəm!!
Hisslər AdasıO tərəfdən Xoş əhval-ruhiyyə gedirdi..və o qədər xoşbəxt idiki heç kiminsə ona səsləndiyini belə eşitmədi..


Birdən ümidsiz SEVGİ ucadan bir səs eşitdi..
Gəl gedək səni özümlə apararam.!!!
Bu sözləri söyləyən yaşlı bir ağsaqqal idi.. SEVGİ o qədər xoşbəxt idiki hətta bu ağsaqqalın kim olduğunu bele soruşmağı unutdu..Sahilə çatanda isə ağsaqqal yoxa çıxdı..
Hisslər Adası SEVGİ həmin ağsaqqala nə qədər borclu olduğunu anlayıb AĞILDAN soruşdu:
Sən mənə deyə bilərsən o ağsaqqal kim idi??
AĞIL cavab verdi:
O ZAMAN idi.
SEVGİ təəccübləndi:
ZAMAN?? Sən bilirsən o mənə niyə kömək etdi??Axı heçkəs mənə kömək etmədi.
AĞIL dərindən ahhh çəkərək dedi:
SEVGİnin həyatda nəqədər vacib olduğunu təkcə ZAMAN bilir.Ona görə o səni xilas etdi...


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 14870   Tarix: 28 oktyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş