Pişik Günel: "Üç dəfə nişanlı olsam da, bircə dəfə sevmişəm"

"Toyda oğlan şəkil çəkdirən zaman çox pis hərəkət edərək əlini çiynimə atıb məni qucaqlamaq istədi"

"Pişik Günel" ləqəbi ilə tanınan müğənni Güneldir. Müsahibə zamanı bütün sualları səmimi cavablandırmağa çalışan Günel öz həyatı ilə bağlı maraqlı məqamlarını açıqladı. Həyatında baş verənlərdən ürəkdolusu danışan Günel sevgilisindən bir ay öncə ayrıldığını da etiraf etdi, üç dəfə nişanlı olduğunu da... "Pişik Günel" həyatının gizlin məqamlar

- Səni adətən, baxımlı, makiyajlı görməyə öyrəşmişik, ancaq indi bunu demək mümkün deyil. Özünə baxmamağının bir səbəbi var?

- Bir insan üçün həmişə hər şey yaxşı ola bilməz. Bu mümkün olan şey deyil. İnsan bəzən özünü çox xoşbəxt hiss edir, bu, məndə çox tez-tez olur. Bir ay əvvələdək düşünürdüm ki, bəlkə də yer üzündə məndən xoşbəxt qız yoxdur.. Amma içimdə, yəni intuisiyam mənə deyirdi ki, bu həmişə belə olmayacaq. Yaxşı gün həmişə olmur, axı. Gec-tez pis gün gəlib çıxır. Buna da min şükür, ağlamaq kimi çıxmasın. Əsas odur ki, insanın can sağlığı yerindədir, ailəsində hər şey qaydasındadır. Pis gün olmasa, insan yaxşı günün dəyərini də bilməz. Mənə elə gəlir ki, hər bir insanın həyatında ağ zolaqlarla yanaşı, qara zolaqlar da olur.

- Belə başa düşülür ki, bir ay əvvəl özünü çox xoşbəxt hesab edən Günel bu gün heç də xoşbəxt deyil...

- Bəli, tamamilə doğrudur. Ümumiyyətlə, əgər hər şey birdən-birə 180 dərəcə yaxşılığa doğru dönürsə, deməli bu 180 dərəcədə tərs də dönə bilər. Ən azından buna hazır olmalıyıq. Mən güclü insanam, əsas odur ki, ölüm-itim olmasın. Amma bu gün bir çoxu həyatımda nələrinsə baş verdiyindən xəbərsizdir. Mən daxilən beləyəm ki, ürəyimdə nələrin baş verdiyi büruzə vermirəm. Həmişə çox səmimi davranıram. Ancaq heç həyatımla bağlı, yəni həyatımda nələrin baş verdiyini təfərrüatı ilə danışmağı sevmirəm. Bir şey var ki, mənim nə qədər böyük problemim olsa da, çox aqressiv olsam da, hər zaman gülürəm. Bilmirəm bu Allahın mənə bəxş etdiyi yaxşı cəhətdir, yoxsa yox. Bəlkə də hamı dünyada məndən xoşbəxt adamın olmadığını düşünür. Amma bu elə deyil. Hər bir insan kimi mənim də problemlərim olur, depressiyaya düşdüyüm vaxtlar olur. Elə olur ki, günlərlə ağladığım vaxtlar olub. Sadəcə, kiminsə qarşısında ağlamaq xasiyyətim yoxdur. Yəni ki, kiminsə yanında ağlayım və ürəyimi boşaldım belə bir şey olmayıb.

- Bəlkə ağlayacaq çiyin tapmamısan?

- Yox olub. Düzdür az olub, bəlkə iki-üç nəfər mənim göz yaşımı görüb. Tamamilə səmimi deyirəm. O cəhətdən çox eqoistəm. Özümü cilovlamağı bacarıram. Əslində kiminsə qarşısında ağlamağı zəiflik hesab edirəm. Hətta məni qəhər boğub, ancaq ağlamamışam. Mən heç anama öz göz yaşlarımı göstərmirəm.

- İndi nə işlə məşğulsan?

- Mahnılar yazıdırıram, çəkilişlərdə oluram. Yəni belə də başımı qatıram.

- Deyəsən, sənin görüşdüyün şəxs də olub?

- Əvvəl görüşdüyüm şəxs, o mənim üçün efirlərə çıxmağıma, mahnılar almağıma kömək edirdi. Bunu sponsor adlandırmazdım, çünki sponsor başqa cür anlaşılır. Sponsor pul buraxır, həm maddi gəlir və fiziki nə isə güdür. Mən sponsoru belə qəbul edirəm. Amma insanın sevdiyi, görüşdüyü insan bunu edirsə, o sponsor deyil, sadəcə sevdiyi insandır və sevdiyi üçün yaxşı olmasını istəyir. Yəni gəlir mənbəyi güdmür, sadəcə sevgilisinə bir jest edir ki, ona xoş olsun. Hər halda əgər o məndən nəsə güdsəydi, məni toylara getməyə icazə verərdi. Halbuki toylardan, şou-proqramlardan çox təklif olurdu, ancaq onların heç birisinə getməyə icazə vermirdi. Hazırda da getmirəm, ancaq fikrim var ki, artıq lazımdır.

- Deməli, siz bərabərliyinizə son qoymusunuz?

- Tamamilə ayrıldığımızı desəm, düzgün olmaz. Sadəcə, hər iki tərəfdən soyuqluq var. Demək olar ki, çoxdan münasibətlərimizdə soyuqluq yaranıb. Bu da mənim səhvimin ucbatından olub. İndi düşünürəm ki, həyatımda bir dəfə əsil sevmişəm və o şəxs də hazırda danışdığım insan olub. Onunla birlikdə olanda düşünürdüm ki, məndən xoşbəxt insan yoxdur. Söhbət tək maddiyyatdan getmir, o məni həm də mənəvi cəhətdən təmin edirdi. Həyatımda çox nadir hallarda kiməsə bağlanmışam. Ona bağlandığım zaman da əsil bağlanıram. İnanın ki, hətta o maddiyyat olmasaydı belə mənim ona münasibətim eyni olardı. Bəlkə mən çox istədiyim insana görə, hətta sənətimi belə ataram. O mənim üçün tək sevgili yox, həm dost, həm sirdaş idi. Mənim heç zaman yaxın rəfiqəm, ürəyimi açıb danışa biləcəyim bir dostum olmayıb. Yeganə insan idi ki, bu yaşıma kimi nələri yaşadığımı, həm pisimi, həm yaxşımı bölüşmüşəm. O insan da məni dinləyib və məsləhətlər verib. O mənə nə danışdığımı belə öyrədirdi. Efirdə şıltaqlıq edəndə, aqressiv cavab verəndə mənə məsləhətlər verirdi və necə danışmaq lazım olduğunu öyrədirdi. Çox maraqlı insan idi. Əslində tək sevgilim olsaydı, mənə heç də təsir etməzdi, "əllimi sallasam əllisi" deyib unudardım. Yeganə insandır ki, mənim psixologiyama bütünlüklə bələddir. Mənə gözəl məsləhətlər verirdi və doğru yola yönəldirdi. Efirdə özümü necə aparmalı olduğumu da deyirdi.

- Yenidən barışmağınız mümkündürmü?

- Əslində bunu çox istərdim. Ancaq belə bir məsəl var ki, gözdən uzaq olan könüldən də uzaq olar.

- Belə çıxır ki, aranızdakı sevgi tükənib...

- Sevginin tükəndiyini deməzdim. Ümumiyyətlə, sevginin olub-olmadığını belə demək çətindir. Uzun müddət onunla münasibətdə olursan və öyrəşirsən. Bu da vərdiş halını alır və insana elə gəlir ki, bu sevgidir. Ancaq əslində o sevgi deyil. Əgər arada əsil sevgi olsaydı, nə o mənsiz, nə də mən onsuz bir gün qala bilməzdik. Leyli və Məcnun kimi olardıq. Məcnun dəli olub çöllərə düşdü və öldü. İndi bizim münasibətlərimizdə də əsil sevgi olsaydı, ya o dəli-divanə olub çöllərə düşərdi, ya da mən. Amma həyat davam edir, ikimizdə yaşayırıq. Demək bu böyük sevgi olmayıb. Bu vaxta qədər mənim həyatımda olan şəxslərə qarşı sevgi hissi duyduğumu sanmışam. Amma bu insandan sonra mən doğrudan da dərk etdim ki, mən həyatımda bir dəfə sevmişəm. Mən onun dediyi hər bir məsləhətə qulaq asırdım və onun sözlərinə əməl edirdim. Bundan sonra həyatımda bir insan olacağına inanmıram. Amma həyat onun üçün də, mənim üçün də həyat davam edir. Hazırda həyatımda kiminsə olmasını istəmirəm. Bu yaxınlarda mənə ailə qurmaq təklifi olunmuşdu, ancaq mən bu təklifi qəbul etmədim.

- Niyə?

- Ümumiyyətlə ailə həyatı qurmağı düşünmürəm. 28 yaşım var. Əslində toyumun olmasını istəyərdim. Axı hər bir qızın ağ gəlinlik paltarı geyinmək arzusudur. Mənim uşaq üçün ürəyim gedir, ana olmaq gözəl hissdir.

- Bəs ailə qurmadan uşaq planlaşdırmırsan ki?

- Heç zaman bu barədə düşünməmişəm və bunu heç zaman etmərəm. Həm mentalitetimiz buna yol vermir, də başqa səbəblər var. Baxmayaraq ki, açıq-saçıq geyinirəm, amma fikirlərim başqa cürdür. Allaha şükür, bəziləri kimi lüt şəkillərim yoxdur - amma nədənsə açıq-saçıq mövzular olanda məni dəvət edirlər, bununla bağlı da həmişə başım qalmaqaldadır. Kəbin və rəsmi nikah olmasa, ana olmağım mümkün deyil. Övlad dünyaya halallıqla gəlməlidir.

- Sevgilin toylarda, şou-proqramlarda iştirakına niyə icazə vermirdi?

- Sadəcə, məni düşündüyü üçün bunu edirdi. İstəyirdi ki, sanballı müğənni olum. Mən toylara, şou-proqramlara gedən müğənnilərə də pis baxmıram. Çünki bu gün müğənni klipinin efirə getməsi üçün nə qədər vəsait xərcləyir. Bu pulu haradansa çıxarmalıdır, ya yox? Pul qazanmaq eyib deyil. Onun istəyi məni daha yuxarıda görmək, daha sanballı müğənni olmağım idi. Səhnədə oxuyursan əlçatan olursan, o istəyirdi ki, mən əlçatmaz olum. Yəni oxuduğun zaman kimsə əlini sənin çiyninə atıb şəkil çəkdirə bilər, belə şeylər də çox olub. Yadımdadır bir dəfə toyda oxuyurdum, bir cavan oğlan mənə yaxınlaşdı və şəkil çəkdirmək istədiyini bildirdi. Şəkil çəkdirən zaman çox pis hərəkət edərək əlini mənim çiynimə atıb qucaqlamaq istədi, mən də oğlanı itələdim. Ona bildirim ki, belə olmaz. O da "müğənnisən də", - dedi. Bu söz mənə çox pis təsir etmişdi. Həyatımda bu bir dəfə olub və çox toxunub. Mən elə bir ailədə dünyaya gəlmişəm ki, hələ balaca uşaq olanda çoxunun gəzmədiyi ölkələri gəzmişəm. Heç zaman nəyinsə yoxluğunu hiss etməmişəm. Ən bahalı məktəblərdə oxumuşam, ən bahalı geyimləri geyinmişəm. Amma mənəvi cəhətdən hər zaman çatışmazlıqlar olub. Onu açıqlamayacağam...

- Bu, valideynlərinlə bağlı deyil ki?

- Yox, bunu deməyim, xahiş edirəm. Ona görə də hər zaman həyata dırnaqarası baxmışam. Amma artıq böyüdükcə başa düşürəm ki, belə olmalıymış. Evdə valideynlər bunu hiss etdirməməyə çalışıblar, hər zaman hər şeyin ən yaxşısının mənim olmasına çalışıblar, amma mən bunun yoxluğunu hər zaman duymuşam. Həmyaşıdlarıma baxıb maddiyyat tərəfdən çatışmazlıqlarının olduğunu görsəm də, məndə olmayanı onlarda görüb köks ötürmüşəm.

- Bir az şou-biznesə gəlişinlə bağlı məlumat ver. Pişik Güneli şou-biznesə gətirən hansı maraqlar olub?

- Şou-biznesə gələndə mən ikinci nişanımı qaytarmışdım. Onu da açıqlayım ki, üç dəfə nişanlı olmuşam. Ərə gedib ayrılmamışam, sadəcə nişanımı qaytarmışam. Mən Bülbül adına məktəbi bitirmişəm, sonra Asəf Zeynallı adına Musiqi kollecinə getdim. Uşaq xorunda oxumuşam, yəni kiçik yaşlarımdan sənətə meylli olmuşam. Amma çox utancaq olduğumdan heç vaxt bunu göstərməmişəm. Nişanımı qaytarandan sonra depressiyaya düşmüşdüm, evdəkilər məni bu vəziyyətdən çıxarmaq üçün nəsə eləmək istəyirdilər. Axırda mən də oxumaq, müğənni olmaq, efirlərə çıxmaq istədiyimi dedim. Onlar da fikirləşdilər ki, bu, müvəqqəti həvəsdir və efirə çıxmağım üçün şərait yaratdılar. Bununla da şou-biznesə ilk addımımı atdım. Bu sənət insanı sözün həqiqi mənasında sırtıqlaşdırır. Mən o zamanlar toyda oynamağa belə utanırdım. Heç zaman təsəvvürümə gətirmirdim ki, nə vaxtsa kimlərinsə qabağında oxuyacağam. Ailəm bu sənətə o qədər də yaxşı yanaşmırdı. İxtisasca neft mühəndisiyəm. Depressiyadan çıxmaq üçün ailəm mənə kömək etdi. Mahnı, klip sonra klipi efirlərin birinə verdik. O vaxt mən özümə televizorda baxıb təəccüblənirdim. Fikirləşirdim ki, dərsə necə gedim, bayıra necə çıxım? Sonra elə bir vəziyyətə düşdük ki, artıq ailəmə baxmaq məcburiyyətində qaldım. Yəni ailəmizdə maddi sıxıntılar yaşanmağa başladı. Ondan sonra toylara, şou-proqramlar getdim. Sonra baxdım ki, səhnəyə çıxdığım vaxt həmin Günel olmuram, komplekssiz oluram. Sonra gördüm ki, məni alqışlayırlar. Deməli insanlar məni qəbul edirdilər. 2003-cü ilin noyabrın 10-da ilk təqdimat mərasimim oldu. Həmin təqdimata bir sıra tanınmışlar – Akif İslamzadə, Ədalət Şükürov da gəlmişdi.

- İlk nişanın necə yaşında olub?

- Məktəbi qurtaranda sinif yoldaşlarımın arasında ilk nişanlanan mən oldum. Ailəmin razılığı olmadan bunu etdim. Sadəcə, mən istədiyim üçün ailəm razılıq verdi. Onda uşaq idim, həyatı tam dərk etmirdim, hamı mənim üstümdə əsirdi. Sonra nişanımı qaytardım. Bəlkə də həmin vaxt ailə qursaydım tamam başqa bir insan olardım, həyatım da başqa olardı. Birinci kursu bitirdikdən sonra ikinci dəfə nişanlandım. İki il nişanlı qaldım və toyumuza bir ay qalmış ayrıldıq. İkinci nişanlım həddindən artıq kasıb idi, ailəm bu oğlanı da istəmirdi. Onda elə bilirdim ki, sevirəm, amma indi düşünürəm ki, bunların hamısı uşaqlıq olub. Sonuncu sevgilimdən sonra sevginin nə olduğunu başa düşdüm. Etiraf edirəm ki, həyatımda bir həqiqi sevgim olub. Bundan sonra da olacağına inanmıram. Bu insandan ayrıldıqdan sonra hər şeydən əlimi üzmüşəm, həyata tamam başqa cürə baxıram. İndidən sonra da fikirləşirəm. Sonuncu ilə isə məşhurlaşandan sonra nişanlandım. O, əvvəllər qısqanc olmadığın desə də, sonradan problemlər yaratmağa başladı və nəticədə ayrıldıq. Düşünürəm ki, üç dəfə nişanlı olsam da, heç birinə valideynlərim xeyir-dua verməyib. Bəlkə də bunların alınmamasının səbəbi budur.

- Üç dəfə nişan qaytarmaq bir qədər qeyri-ciddi səslənir. Bilmək istərdik ki, üç dəfə nişanının qaytarılmasında günah hansı tərəfdə olub?

- Desəm ki, günahların hamısı nişanlılarım tərəfindən olub, düzgün çıxmaz. İlk nişanımda uşaq olmuşam, düşünülməmiş addım atmışam. Ayrılmağımıza səbəb də qısqanclıq olub. İkincisi isə oğlanın səhvi oldu. Onlar nişan gətirəndə ailəmə söz vermişdi ki, nişandan sonra oğlan gedib Moskvada işləyib bir ildən sonra gəlib ev alacaq. Bu oğlan getdi və qayıtmadı. İki il nişan üzüyümü barmağımdan çıxarmadım. Sonra xəbər gəldi ki, oğlan orada rus bir qadınla ailə qurub yaşayır. Həmin o insan indi də mənə zəng vurur, görüşmək istəyir. Ancaq onu heç vaxt qəbul eləmərəm. O insan mənim qürurumla oynayıb.

- Dediyinə görə, sonuncu sevgilin, səni maddi yöndən də təmin edib, amma indi ayrılmısınız. Bəs indi nə ilə dolanırsan?

- Biz həmin insanla çoxdandır, bərabərik. Hələlik indiyədək yığdıqlarımla dolanıram. Qazanmaq üçün şou-proqramlara, toylara gedə bilərəm, ancaq bunu o istəmirdi axı. O istəyirdi ki, mən əlçatmaz müğənni olum. Mən də onu istəyirdim. Beş ildir, şou-biznesdəyəm, efirə çıxanda da sanballı çıxmışam, səhnəyə qalmaqalla gəlməmişəm. Mənim qalmaqalım son bir ildə olub. O da haqqımda dəfələrlə fikir söyləyən adama cavab verməyim idi

- "Pişik Günel" ləqəbi nə qədər uğurlu seçimdir?

- İlk dəfə şou-biznesə qatılanda bir mahnıma çəkilən kliplə əlaqədar bu ad mənə qoyulub. Həmin klipdə mən dönüb pişik oluram. Bu adı mən özüm –özümə qoymamışam. Bu günə kimi də mənə pişik deyəndə əsəbiləşirəm. Necə yəni mən yaşlaşanda da mənə bu adla müraciət edəcəklər. Əvvəllər mən çıxanda hamı mənə Aygünə oxşayan Günel, Aygün kimi oxuyan Günel deyirdi. Bu da mənə xoş gəlmirdi, mən axı o deyiləm. Amma əgər mənim səsim ona oxşayırsa demək gələcəkdə mənim super-star olmaq şansım yüzdə 99 faizdir. Yeni oxuduğum vaxtlarda Günellər çox idi. Mənə pişik adını "106 House"-un aparıcısı Yusif qoyub. Verilişində qonaq idim və məni "Pişik Günel" kimi təqdim etdi. Əvvəllər mənə pişik deyəndə əsəbiləşirdim, amma pişik də Allahın sevdiyi canlıdır. Bəziləri kimi "mən drakonam, mən əjdahayam, mən pələngəm", - demirəm ki. Bununla barışmağa çalışıram. Düşünürəm ki, kiminsə adının altında çıxmaqdansa belə daha yaxşıdır. "N brothers" qrupunun keçmiş üzvü Emin "Saqqız" mahnısını oxuyandan sonra adı qalıb saqqız. Bu klipdən sonra neçə klipim olub, bir klipimdə də skelet olmuşam. Öz-özümə düşündüm ki, görəsən bundan sonra mənə "skelet Günel" deyəcəklər, ancaq demədilər.

- Nə zamansa sanballı müğənni olacağını düşünürsən?

- Nə deyim. Bunun hamısı qismətdən asılıdır. İnsan ürəkdən istədiyi hər şeyi Allah verir. Elə mənim də bu zamana kimi istədiyim hər bir şeyi Allah mənə bəxş edib. Sadəcə bunu ürəkdən istəmək lazımdır. Müğənniliyə əvvəllər hobbi kimi yanaşmışam. İndi isə artıq 5 il tamam olur və hobbilikdən keçib.

- Sən səsinlə, mahnılarınla, ifanla yox, qalmaqallarla, geyimlərinlə yaddaşlarda qalmısan...

- Hər insan nəyinəsə görə yadda qalır. Elə olur ki, bir çıxışımla insanların yadında qalıram. Bu özü də naxışdır, bu məndə var. Yerli şou-biznesdə müğənni bir-iki ay efirə çıxmasa unudulur. Allahıma çox minnətdaram ki, elə olub ki, bir il səhnəyə çıxmamışam, efirlərdə görünməmişəm, ancaq unudulmamışam və məni həmişə tanıyıblar.

- Yəqin ki, sənə sponsorluq edərək bir yerdə yaşamaq təklifi edənlərin də sayı az olmayıb...

- Əlbəttə ki, belə təkliflər olub. Aydın məsələdir, yalandan "olmayıb", - deyə bilmərəm, ancaq bu təklifləri qəbul etməmişəm. Çünki mənim sevdiyim insan yanımda olub və mənə istədiyim qədər pul xərcləyib. Bunu edənlər var, ancaq bu düzgün şey deyil. Düzdür, insan heç bir zaman heç vaxt ola bilməz deməməlidir. Bunu zaman göstərəcək, bəlkə elə pis duruma düşərəm ki, bu yola da əl ataram. Mən ailəm üçün hər bir şeyə gedərəm. Bəlkə ailəm də problemlər yaranar və çıxılmaz vəziyyətdə qalarıq, o zaman ailəmə görə hə edərəm, ancaq sənətimə görə bunu qəbul edə bilmərəm.

- Həmkarların arasında xoşuna gəlməyənlər çoxluq təşkil edir?

- Nə deyim. Mən ad çəkə bilmərəm, ancaq var. Sözün düzü, heç vaxt kiminsə haqqında danışmağı sevməmişəm. Buna haqqım yoxdur.

- Sənə mane olmağa çalışanlar varmı?

- Var. Ümumiyyətlə bu gün yaşlı nəsil gəncləri gözümçıxdıya salır. Bunlar gənclərə söz atır, gənclər də cavablarını verirlər. Sonra da böyüklər gənclərin tərbiyəsindən, hörmətsizliyindən danışırlar. Böyük böyüklüyünü saxlasa, yaşından asılı olmayaraq hər bir kəs ona hörmətlə yanaşar.

- Sənətini daha da professionallaşdırmaq niyyətində deyilsən ki?

- Mən Əfsər Cavanşirov kimi birindən dərs almışam. "Bənövşə" uşaq xorunda oxumuşam, Nailə Mirməmmədlidən dərs almışam. Azərbaycan Milli Konservatoriyasına daxil olmaq istəyirəm. Orada müğənni kimi yox, fortepiano üzrə təhsil almaq arzusundayam. Musiqidə ali təhsilim yoxdur. Amma çoxundan fərqli olaraq, musiqi nəzəriyyəsini, notları bilirəm, heç bir zaman saxta oxumuram.

- Nə zamansa fəxri ad alacağına inanırsan?

- Niyə də yox? Məgər o adı alanlar məndən artıqdırlar. Alaram, İnşallah.

- Bagiranın sənin bacın olduğu da deyilir?

- Qətiyyən. O insanı mən cəmi iki dəfə görmüşəm, ondan sonra heç görməmişəm.

- Yenidən Dubaya getmək istəmirsən ki?

- Yox, bir dəfə bəsdir. Bu dəfə başqa bir ölkəyə gedəcəyəm. Dubaya getmək arzularımdan biri idi və bunu sevdiyim insan reallaşdırdı. Dubaya mənimlə birgə getmişdi və bütün xərci o, çəkdi. Bu səfər həm ziyarət, həm ticarət məqsədi daşıdı. Həmin səfərlərlə bağlı o qədər söz-söhbət gəzdi ki, indi bununla bağlı məhkəmə prosesi də gedir. Mənim şərəf və ləyaqətimi alçaltdığı üçün, olmazın sözlərini yazdığı üçün bir jurnalı məhkəməyə vermişəm və 100 min manat təzminat tələb edirəm. Bu pulu da mən onlardan alacağam.

- Plastik əməliyyat keçirmisən və ya belə bir fikrin varmı?

- Yox heç zaman. Ancaq gələcəkdə ola bilər. Ehtiyac olsa, edəcəyəm. Axı səhnə gözəlliyi sevir.

- Reklam olunmaq üçün efirlərə çox pul xərcləmisən?

- Oooooo çox... Ancaq xərclədiyimdən çox qazanmışam. Yəni reklam mənə qazandırıb. Müğənnilikdə çox şey itirsəm də, qazandıqlarım da az olmayıb

- Konsert vermək fikrin yoxdur ki?

- Əlbəttə, yox. Kimdi mənim konsertimə gələn? Ancaq 5-3 nəfər dostum olar, ya olmaz. Guya bu qədər konsert verənlərin hamısı zalı doldurur? Son anda qapıları açıb camaatı içəri buraxılar. Sonra da deyirlər ki, konsert anşlaqla keçdi. Bu gün anşlaq milyon faiz Zeynəb xanım Xanlarovanın konsertində ola bilər. Bu sənətkar neçə illərdir, heç bir yerdə oxumur. Əgər müğənni hər gün şou-proqramda oxuyursa, istənilən bir insan gedib xoşladığı müğənnin şou-proqramda görür və pul verib istədiyi qədər oxutdurursa onun konsertinə getmək nəyinə lazımdır? Mən Zeynəb xanım Xanlarovanın konsertinə mütləq gedəcəyəm. İnsan gedib o konsertdə mənəvi qida alacaq.

Pişik Günel: Pişik Günel: Pişik Günel: Pişik Günel: Pişik Günel: Pişik Günel: Pişik Günel: Pişik Günel: Pişik Günel:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 30241   Tarix: 20 oktyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063