Bakıda evlərin qiyməti bahalaşıb

Bakıda evlərin qiyməti bahalaşıbTəkrar mənzil bazarı seqmentində 1,3 faiz artım müşahidə edilib

Bu ilin may ayı ərzində daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında aprel ayı ilə müqayisədə 1,3 faiz artım müşahidə edilib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən ANS PRESS-ə verilən məlumata görə, əqdlərin dinamikasının artımı paytaxtda baş verən söküntü işləri ilə əlaqədar dövlət tərəfindən ödənilən kompensasiya və ödənişlərin yenidən daşınmaz əmlak bazarına qayıtması ilə bağlıdır. Təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində yeni tikililərin payının artımı may ayında da davam edib.
Bazarın bu seqmenti üzrə təklifin artımına baxmayaraq qiymət dinamikasında da uzun sürən fasilədən sonra yenidən artımlar müşahidə olunmağa başlayıb. Son dövrlər bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi müsbət təsirlər nəticəsində yeni tikililərin reablitasiya və dövriyyə imkanları ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə artıb. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin yenidən artmasına gətirib çıxarıb.
May ayında təkrar mənzil bazarında təklif həcmi əvvəlki ayla müqayisədə 1.2 faiz, orta qiymət isə ötən ayla müqayisədə 0.7 faiz artıb. Aparılan araşdırmalardan sonra məlum olub ki, təkrar bazarda mənzillərin qiymət indeksi də qiymətə müvafiq olaraq artıb.

May ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai və Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti şəhərə yaxınlığı və qiymətlərin ipoteka şərtlərinə münasibliyidir. Araşdırmalar göstərir ki, söküntü işlərinin başlanmasından sonra bu rayonlara olan maraq da tədricən dərinləşməkdə davam edir. Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi də bu rayonların üzərinə düşür. Bu, qiymətlərin ipotekanın normativ tələblərinə uyğunluğu ilə də bağlıdır.

May ayında təkrar mənzil bazarında qiymət indeksi aprel ayı ilə müqayisədə 1.2 bənd artaraq 183.3 bəndində qərarlaşıb.

May ayında aparılan araşdırmalara əsasən təklif (1,2 faiz) artıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 7600-ə yaxınlaşıb. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7 faizə bərabər olub.

Təklif portfelinin strukturunun uzun müddətdir ki, bu 4 rayonun hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə də bağlıdır. Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayonun hesabına formalaşır. Layihələr üzrə təklif portfelində yeni tikililərdəki mənzillər əsas çəkiyə sahibdir.

May ayında da otaqlar üzrə vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb və artım 1,6% təşkil edib.

May ayında qiymət indeksində qiymətə müvafiq olaraq artım müşahidə edilib. Orta qiymət ötən ay qeydə alınan nəticədən 0.7 faiz artıb və 990 $/kv.m təşkil edib. Ötən ay əksər rayonlarda qiymət artımı müşahidə olunub. Ən çox qiymət artımı Xətai rayonunda qeydə alınıb (1.3 faiz).

Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (990 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 53,3 faizə malikdir. Mənzillərin orta otaq göstərijisi 2.79, hər otağın orta satış qiyməti 44431 ABŞ dolları, mənzilin orta qiyməti isə 111479ABŞ dolları təşkil edib.

mənbə:anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4831   Tarix: 29 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

20:26 0
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

16:08 310
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 202
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

17:50 260
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

17:52 141
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

14:28 312
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

16:00 128
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

20:54 0
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 812