Avro-2012-nin ən yaraşıqlı futbolçuları (Fotolar)

Avro-2012-nin ən yaraşıqlı futbolçuları (Fotolar)Ukraynada keçirilən futbol üzrə Avro-2012 hələ uzun müddət yaddaşlardan çıxmayacaq. Belə ki, çempionat oyunlardan başqa həm gözəl azarkeş slavyan qızları, həm də yaraşıqlı futbolçular ilə zəngindir.

ANS PRESS-in məlumatına görə, Rusiyanın "Komsomolskaya pravda" qəzeti çempionatla bağlı maraqlı reytinq siyahısı hazırlayıb. Qəzet Avro-2012-nin ən yaraşıqlı futbolçularını seçib. Siyahıda 5 oyunçunun adı var.

Kriştiano Ronaldo (Portuqaliya)

Dünya futbolunun ən diqqət mərkəzində olan oyunçularından biridir. Futbolçu subaylığın son günlərini yaşayır. Belə ki, iyul ayının 12-də o, özünə toy edəcək.

Avro-2012-nin ən yaraşıqlı futbolçuları (Fotolar)

Aleksandr Kerjakov (Rusiya)

Rusiya yığmasının əsas hücumçusu idmanı təbliğ edən bir çox sosial reklamda rol alıb. Bu da əbəs yerə deyil. Çünki o yaraşıqlılığına görə heç də italiyanlardan və ispanlardan geri qalmır. Ancaq çempionatdakı gənclərlə müqayisədə o "yaşlı" hesab edilir. Çünki Kerjakovun ailəsi, qızı var.

Avro-2012-nin ən yaraşıqlı futbolçuları (Fotolar)

Zlatan İbraqimoviç (İsveç)

İki metrə yaxın boyu olan balkan gənci İsveçdə böyüyüb. Zlatanın bədəni demək olar ki, başdan ayağa kimi döymələrlə örtülüb.

Avro-2012-nin ən yaraşıqlı futbolçuları (Fotolar)

Fernando Tores (İspaniya)

Uşaq simasına malik olan Torres ən yaxşı bombardirlərdəndir. Çempionalar liqasında "Çelsi"yə qələbə qazandıran Torres çoxları üçün kumirdir. Avro-2012-də ondan gözəl saç düzümləri və qollar gözlənilir.

Avro-2012-nin ən yaraşıqlı futbolçuları (Fotolar)

Ueyn Runi (İngiltərə)

Baxmayaraq ki, tökülən saçlarını əkilmə saçlarla əvəz edib, Runi hələdə ən gözəl və cazibədar kişilərdən biri hesab edilir. O, hətta əməliyyat zamanı çəkilən şəkillərini "Tvitterə"də yerləşdirib.

Avro-2012-nin ən yaraşıqlı futbolçuları (Fotolar)mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 8991   Tarix: 22 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş