Qafqaz Universiteti 15-ci buraxılışını qeyd etdi

Qafqaz Universiteti 15-ci buraxılışını qeyd etdiQafqaz Universiteti 20 illik fəaliyyəti dövründə bu gün 15-ci buraxılışını qeyd edir. Bu gün universitetdə 2012-ci il məzunlarına həsr olunmuş "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi altında təntənəli məzuniyyət gecəsi keçirildi. Məlumat üçün bildirək ki, 1993-cü ildə fəaliyyətə başlayan universitetimiz bu il mühəndislik fakültəsindən 46, iqtisadiyyat və idarəetmə fakültəsindən 135, Pedaqoji fakültəsində 146 və magistratura pilləsində isə 100 tələbə olmaqla cəmi 427 tələbəsini məzun verir.

Qafqaz Universitetinin tələbələri 2011/2012-ci tədris ilində bir çox nailiyyətlərə imza atmışlar. Belə ki, 29 aprel 2012-ci il tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə «Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş» «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası»nda tələbələrimiz komanda şəklində I və III yerləri tutmuşlar. 5-6 may 2012-ci il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində təşkil olunmuş "Vekua Kuboku" Proqramlaşdırma üzrə Beynəlxalq proqramlaşdırma müsabiqəsində isə tələbələrimiz II və III dərəcəli diplomlara layiq görülmüşlər.

11-13 may 2012-ci il tarixlərində Azәrbaycan Respublikası Tәhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi "Ali məktəb tələbələrinin XVII Respublika fənn olimpiadası"nda Qafqaz Universiteti 16 dərəcə alaraq 36 ali təhsil müəssisəsi arasında 2-ci yeri tutmuşdur.

Bu gün Qafqaz Universitetində keçirilən "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi altında təntənəli məzuniyyət gecəsində çıxış edən rektor Ahmet Saniç bildirdi ki, bu ali təhsil ocağı ümummilli lider Heydər Əliyevin əsəridir. O, uca insan Türkiyə universitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına təkan vermişdir" .Ahmet Saniç çıxışında bir dünya universiteti olma yolunda sürətlə inkişaf edən Qafqaz Universitetinin 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləri ilə qürür duyduğunu dilə gətirdi. Sonra valideyinlərə , müəllim heyətinə, məzunlara ürək sözlərini bildirən rektor dedi: " Əziz valideyinlər ! Minbir zəhmətlə böyüdüb yetişdirdiyiniz və beş il əvvəl Qafqaz ailəsinə təslim etdiyiniz övladlarınız yüksək bilik bacarıq vətən sevgisi ilə dolu məzunlar artıq canımız qədər sevdiyimiz, Azərbaycanımızın keşiyindədirlər. Siz övladlarınızla fəxr edə bilərsiniz" . Rektor müəllim heyətinə müraciətində bunları dedi :

"Hörmətli – müəllim heyəti! Bugün çəkdiyiniz zəhmətin bəhrəsi artıq məzun adı alaraq həyat məktəbinə yola salırıq . Hədəfinizi bilirəm bir dünya üniversiteti olma yolunda sürətlə irəlləyirsiniz. Qafqaz Universiteti 45 fərqli ölkədə işləyən və təhsil alan gəncləriylə qürur duymaqdadır."

Sevgili məzunlarımız ! Bu gün burada məzun gecəsi keçirməmizin səbəbi sizlərsiniz. Bizlər sizləri sabahlara hazırlayırıq. Əziz gənçlər! dünya küçüldü, bir kənd halına gəldi. Elm insanın xəyal etdiklərindən də çox sürətlə irəliləyir. Bu gün dünənin dünyasında yaşamırıq. Sabah isə bu günün dünyasında yaşaya bilmərik. Elmi biliklərimizi birləşdirib daha gözəl naliyyətlər əldə edək .O zaman daha savadlı olacağıq. Bu düşüncə ilə sizi həyat məktəbinə yola salırıq. Yolunuz açıq olsun.

Çağ Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən isə çıxışında universitetdən indiyəcən məzun olmuş gənclərin işlədiyi müəssisələrdən hər zaman gözəl xəbərlər eşitdiyini söyləyərək bu ilki məzunlara ölkəmizin gələcəyi üçün əlindən gələni əsirgəməyən, müasir, bilikli, insanlığa faydalı olmalarını arzu etdi.

Ənənəvi olaraq Qafqaz universitetində bölmə birincilərinə xatirə hədiyyəsi və təşəkkürnamə ,fakultə və universitet birincisinə isə xatirə plaketi verildi. Eyni zamanda 2011-2012 tədris ilində beynəlxalq və respublika olimpiyadalarında fərqlənən tələbələrə xatirə hədiyyəsi verildi. Sonra tədbir bədii hissə ilə davam etdirildi.

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8417   Tarix: 21 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302