Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri başladı (Fotolar)

Türkiyə paytaxtındakı "CerModern" incəsənət mərkəzində Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi olub. Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirləri Ərtoğrul Günay və Əbülfəs Qarayev tədbir çərçivəsində təşkil olunmuş xalq sənəti sərgisinin açılışını bildirən qırmızı lenti kəsiblər. Qeyd olunub ki, Ankara və İzmir şəhərlərində keçiriləcək bu tədbir iki ölkənin nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlıq protokoluna əsasən həyata keçirilir.

Ə.Günay aşılış mərasimində deyib ki, bu tədbir, əslində bir xalqın musiqi, mədəniyyət inciləri və mədəni irsinin nümayişdir. Çünki, Azərbaycan və Türkiyə xalqları bir milləti təmsil edirlər. Türkiyədə qardaş Azərbaycanın zəngin mədəniyyəti çox yaxşı tanınır və sevilir.

Ə.Qarayev vurğulayıb ki, bu tədbir iki qardaş ölkənin əlaqələrinin tarixində yeni bir səhifə açır: "Biz, bütün sahələrdə, o cümlədən mədəni əməkdaşlığın gücləndirilməsində göstərdikləri səylərinə görə, ilk növbədə ölkələrimizin rəhbərlərinə təşəkkürümüzü bildirmək istəyirik. Eyni zamanda, Türkiyə tərəfinə də yüksək təşkilatçılıq və qonaqpərvərlik üçün minnətdarlığımızı bildirir, bu gündən etibarən Azərbaycanda da Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsi üçün hazırlıq işlərinə başlanıldığını bəyan edirik".

Türkiyədə ilk dəfə keçirilən və ziyalılar və incəsənət ustalarından ibarət 70 nəfərlik nümayəndə heyətinin iştirak etdiyi Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimindən sonra Ankaranın Ulus rayonundakı teatrda konsert olub. Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri (bədii rəhbər və baş dirijor xalq artisti Teymur Göyçayev), Dövlət rəqs ansamblı (bədii rəhbər xalq artisti Afaq Məlikova), solistlər - vokalçı, xalq artisti Samir Cəfərov, gənc vokalçı Aygün Zeynalova, eləcə də muğam ifaçıları, respublika müsabiqələri laureatları Babək Niftəliyev və Arzu Əliyeva, Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl, balaban ifaçısı Şirzad Fətəliyev, müğənni Azərin və beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev konsertdə çıxış ediblər.

Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov və digər rəsmi şəxslər mərasimdə iştirak ediblər.

Mədəniyyət Günlərinin ikinci günündə TÜRKSOY-un Ankaradakı iqamətgahında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans, habelə rəsm, xalça, milli geyim və xalq tətbiqi sənət nümunələrimizdən ibarət sərgi də təşkil olunacaq.

Mədəniyyət günləri iyunun 21-də İzmir şəhərindəki tədbirlərlə başa çatacaq.

mənbə: anspress.com

Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri başladı (Fotolar)Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri başladı (Fotolar)Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri başladı (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3014   Tarix: 19 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 0
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 0
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 0
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 0