Bu günün tarixi (18.06.2012)

Bu günün tarixi (18.06.2012)Miladi: 18 iyun 2012
Hicri: 28 rəcəb 1433

İlin 170-cü günü
İlin sonuna 195 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 04.31
Günəş - 06.10
Zöhr - 13.42
Əsr - 18.26
Məğrib – 21.30
İşa – 23.18

1048-ci ildə alim, riyaziyyatçı, filosof, şair Ömər Xəyyam anadan olub

1815-ci ildə Napoleon Bonapart, Vaterlou döyüşündə İngiltərə və Prussiya ordularına məğlub olub

1830-cu ildə Fransa Əl-Cəzairi işğal edib

1900-cü ildə Azərbaycanın Xalq artisti Möhsün Sənani anadan olub

1917 - Xalq artisti, tanınmış bəstəkar Cövdət Hacıyev (1917-1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, xalq musiqisi elementlərinin də yer aldığı altı simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib.

1928-ci ildə Pilot Amelia Eirhart təyyarə ilə Atlantik okeanı üzərindən uçan ilk qadın olub

1942-ci ildə Cənubi Afrika Respublikasının prezidenti Tabo Mbeki anadan olub

1948-ci ildə BMT İnsan Hüquqları Haqqında Universal Bəyannamə qəbul edib

1953-cü ildə Misirdə 74 illik İngiltərə mustəmləkəçiliyi sona çatıb və respublika elan edilib

1964-cü ildə Sədam Hüseynin oğlu Uday Hüseyn dünyaya gəlib

1974-cü ildə türkiyəli aktyor Kənan İmirzalıoğlu (Miroğlu) anadan olub

1979-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının rəhbəri Leonid Brejnev və ABŞ prezidenti Cimmi Karter Vyanada strateji silahların azaldılmasına dair müqavilə imzalayıblar

1988-ci ildə Türkiyə prezidenti Turqut Özal Ankara Atatürk İdman Salonunda Qartal Dəmirağ adlı sui-qəsdçinin silahlı hücumuna məruz qalıb

1998 - Azərbaycan Respublikasında insan hüquqları sahəsində ilk fundamental sənəd - "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" qəbul olunub. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə 18 iyun Azərbaycanda İnsan hüquqları günü kimi qeyd olunur.

2001 - Prezident Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən etibarən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, respublikanın bütün idarələrində rəsmi yazışmalar yalnız latın qrafikasında aparılmağa başlanıb. Azərbaycanda latın qrafikasına keçid barədə qərar hələ 1991-ci ilin dekabrında qəbul edilsə də, bu proses çox ləng gedirdi. Fərman bu prosesi birdəfəlik başa çatdırdı və Azərbaycan əlifbasının 62 illik "kiril dövrü" tarixə qovuşdu.

2006-cı ildə Qazaxıstanın ilk süni peyki olan "KazSat" kosmosa çıxarılıb

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2072   Tarix: 18 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201