Uşaqlarımızın ağlını başdan çıxaran kompüter oyunları

Uşaqlarımızın ağlını başdan çıxaran kompüter oyunlarıBir neçə gün bundan əvvəl Sankt-Peterburqda 17 yaşlı gənc ona kompüter oyunları oynamağı qadağan edən anasını qətlə yetirmişdi. Gənc xəstə nənəsinin gözləri qarşısında bu amansız qətli törədəndən sonra kompüter stulunda əyləşərək oyununa davam etmişdi. Yalnız hadisə yerinə çağırılmış polis briqadası gəldikdən sonra onu sevimli oyunundan ayırmaq mümkün olub. Bu axır vaxtlar tez-tez qarşılaşdığımız ürəkağrıdıcı faktlardan sadəcə biridir.

Virtual oyunlar ölkəyə əsasən qeyri-leqal formada gətirilir. Fərdi istifadəçilər bu oyunları ya internetdən köçürür, ya da disk şəklində alırlar. Bu oyunların əksəriyyəti isə satışına icazə verilməyən oyunlardır. Lakin bu səhədə vəziyyət çox ağrılı və acınacaqlıdır, həm də ölkəmizdə bu sahə lazımınca araşdırılmır, lazımı qurumlar bununla kifayət qədər maraqlanmırlar. Biz hələlik məsələnin başqa tərəfini araşdırırıq. Qeyri-intellektual, zorakılığı təbliğ edən oyunların uşaq psixologiyasına təsiri necədir?

Psixoloq Dəyanət Rzayev hesab edir ki, kompüter oyunları uşaqlara vaxt baxımından mənfi təsir edərək onlarda asılılıq yaradır. Həmin vaxtı uşaqlar daha səmərəli istifadə edə bilərlər, elmlə, təhsillə məşğul ola bilərlər. Bunun fizioloji baxımdan da orqanizmə; gözlərə, qulaqlara ziyanı var.
"Uşaqlar əsasən aqressiv oyunlara; sürətlə maşın sürmə səhnələri, döyüş, aqressiya, hərbi oyunlara üstünlük verirlər. Kompüter oyunlarında olan qəhrəman modeli uşağın şüur altına daxil olur və müəyyən situasiya yarananda ki, hansısa konfliktə reaksiya verərkən həmin o qəhrəmanın rəftar modelini uşaq tətbiq etməyə başlayır", - deyə psixoloq bildirir.

Sürətlə maşın sürmə, avtoşluq oyunları bugünkü gündə kütləvi hal alıb. Uşaqlarda belə oyunları oynadıqca maşına sevgi, sürətlə maşın sürmək meylləri yaranır. Psixoloqun sözlərinə görə, bunu reallaşdırmaq üçün real şərait tapmayan uşaq toplanmış enerjisini başqa istiqamətdə sərf edir.
Ən qorxulusu odur ki, valideynlər öz övladının suallarına cavab vermək əvəzinə, tərbiyəyə vaxt ayırmaq əvəzinə rahatlıqları üçün uşaqlara saatlarla kompüter qabağında oturmağa icazə verirlər. Psixoloqun sözlərinə görə, bəzi valideynlər elə fikirləşirlər ki, uşaq həyətdə oynamasa evdə onun gözünün qabağında oturub kompüterdə oynasa daha yaxşıdır. Kompüter diskləri alanda onun üzərindəki yaş məhdudiyyətinə baxmırlar, diskin uşaqlara necə bir ziyan vura biləcəyini fikirləşmirlər. Uşaq kompüter arxasında oturursa, yeməyini yeyirsə demək sakit uşaqdır və bu valideyni qane edir. Buna səbəb bəzən valideynlərin savadsızlığından, bəzən tənbəlliklərindən irəli gələn boşluqlardır. Son vaxtlar bu tip oyunlara marağın yaranması da həmin boşluqlarla əlaqədardır.

Psixoloq həmçinin xəbərdarlıq edir ki, kompüter arxasında uşaq gün ərzində maksimum bir saat vaxt keçirə bilər. Əks halda bu uşaqda "kompüter xəstəliyi" deyilən kompüterdən asılılıq yarada bilər. İnsanlar buna ciddi yanaşmırlar, asılılıq deyəndə isə yalnız siqaret, içki, narkomaniyanı başa düşürlər, kompüterdən asılılığı asılılıq hesab etmirlər.
Bu sahəyə nəzarət valideynlə yanaşı həm də məktəblərdə fəaliyyət göstərən uşaq psixoloqlarının da üzərinə düşür. Lakin Dəyanət Rzayev bu psixoloqların elə də yüksək səviyyəli mütəxəssis hesab etmir. "Əslində onların işləri də ağırdır, cəmi 200 manat maaş alırlar və buna görə də işə biganə yanaşırlar".

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov isə kompüter oyunları uşaqların psixologiyasına mənfi təsir etdiyi ilə razılaşsa da, bir reallıqla da barışmalı olduğumuzu bildirir. Onun sözlərinə görə, SSRİ dağılandan sonra düşərgələrini ləğv edilməsi idman meydançalarının bəzilərinin sökülməsi uşaqların vaxtlarını kompüter qarşsında keçirmələrinə gətirib çıxarıb. "Kompüter oyunları ucuzdur, saatı 40-50 qəpik olan belə oyunlara uşaq pul tapa bilir, amma hal-hazırda idman, musiqi, rəqs, rəsm dərnəkləri var ki, bunlar üçün də ən azı 50 manat pul lazımdır. Hamı bu məsələdə günahı biznesmenlərin üzərinə atır, amma biz uşaqların daha sağlam böyüməsi üçün şərait yaratmırıqsa, əvəzində onları kompüter oyununa yönləndirirksə, biz özümüz də onların psixoloji pozulmasında günahkarıq", - deyə Yusif Bəkirov bildirir.

Problemin həlli yoluna gəlincə QHT nümayəndəsi burada nəzarətin dövlət qurumlarının üzərinə düşdüyünü deyir: "Xarici ölkələrdə uşağa pivə, içki satan satıcı məsuliyyətə cəlb olunur. Bizdə də belə bir nəzarət mexanizmi yaradılmalıdır. Əgər belə hallar aşkar olunursa, bunlar məsuliyyətə cəlb olunmalıdır. Uşaqlara kompüter oyunlarının psixoloji təsirləri varsa, buna təqsirkar nəzarət etməli olan dövlət qurumlarıdır".

İstənilən halda, əgər valideyn uşaqlarının sağlam böyüməsini istəyirsə, onların tərbiyəsini heç kimə etibar etməməli, məsuliyyəti öz üzərinə götürməlidir. Uşaqlar isə asudə vaxtlarını təkcə kompüter qarşısında deyil, eyni zamanda idman meydançasında, oxu zalında, düşərgələrdə keçirməlidir. Belə olan halda gələcək nəsillərimiz sağlam və intellektli gənclərdən ibarət olar.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5545   Tarix: 22 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364