Çingiz Mustafayevin şəhadətindən 20 il keçir

Çingiz Mustafayevin şəhadətindən 20 il keçirÇingiz hələ ölümündən əvvəl milyonlarla azərbaycanlının ürəyində və beynində Milli Qəhrəman kimi həkk olunmuşdu

Qısa həyatı və hətta öz ölümü ilə Çingiz Mustafayev "vətənpərvərlik - dəbdə deyil" kimi fikirləri alt-üst etdi. Çingiz "vətənpərvər" sözünün həqiqi mənasını özünə qaytardı. Əgər onun kimiləri daha çox olsaydı, kim bilir, bəlkə də biz Qarabağı itirməzdik...

O bizim yaddaşımızda elə belə də qaldı - tikə-tikə edilmiş Xocalı körpələrinin nəfəssiz bədənləri üzərində ağlayan Çingiz Mustafayev. Bu, onun ermənilər tərəfindən törədilən qanlı faciə yerində çəkdiyi ilk kadrlar idi. Bütün dünyanı gəzən və erməni separatçılarının vəhşiliyini nümayiş etdirən ilk kadrlar. Yəqin ki, Çingiz elə onda milyonlarla azərbaycanlının ürəyində və beynində Milli Qəhrəman kimi həkk olundu.

Görəsən, Çingiz ömrünün sonuna necə az qaldığını bilsəydi... Yox, o, müharibənin az hiss edildiyi şəhərdə gizlənməzdi, təhlükəli cəbhə müxbiri peşəsindən əl çəkərək artıq tanınmış jurnalist kimi qalmağı üstün tutmazdı. O, Qarabağın taleyi həll olunan, əsgərlərin həlak olduğu, qadın və uşaqların ermənilər tərəfindən girov götürüldürü cəbhəyə doğru can atırdı.

Əgər o bilsəydi... Qorxmadan demək olar ki, o, heç bir təhlükəyə baxmadan ölkəsinin taleyi həll olunan cəbhəyə yenidən qayıdardı. Çingiz Mustafayev təhlükə riskinin nə qədər böyük olduğunu çox yaxşı başa düşürdü, amma həmin vaxt Bakıda hakimiyyət uğrunda mübarizə aparan yalançı vətənpərvərlərdən fərqli olaraq özünü qırağa çəkmədi.

Çingiz üçün Vətən, Azərbaycan anlayışı yəqin ki, "ana", "həyat", "ailə" sözlərinin daşıdığı məna ilə bir idi. Onları satmaq olarmı? Məhz buna görə də Çingiz əsgərləri geri çəkilməməyə, vicdana çağırmaq üçün son nəfəsinə qədər qışqırırdı: "Kişisiniz yoxsa, yox?". Şərq kişisi üçün onun cəsarətini şübhə altına almaqdan o yana heç bir təhqir yoxdur. Kim bilir, bəlkə də bu, onun artıq tarix qarşısında qoyduğu məsələdir. Geri çəkilən əsgərlərə çağırışı ilə o, doğma torpağı müdafiə etməyə kömək etdi. Çingiz Azərbaycana lazımdır. Gün gələcək ki, itirilmiş torpaqlar uğrunda döyüşmək lazım gələcək. Bax onda qorxusuz və məzəmmətsiz arxası ilə digərlərini aparan onlarla, yüzlərlə Çingiz lazım olacaq.

Bu gün Azərbaycanda Çingiz Mustafayev adına radiostansiya, Çinfiz Mustafayev adına fond fəaliyyət göstərir. Amma Çingizin özü yoxdur- 20 il bundan əvvəl o, bizi əbədi olaraq tərk edib.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5814   Tarix: 15 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888