Xuraman Şuşalı

[img=default]uploads/1207235529_butov.jpg[/img]


Xuraman Şuşalıya Qarabağ atı bağışladılar


Xuraman Şuşalının avtomobilinin əlindən alınması haqqında gəzən söz söhbətlərə son qoymaq istəyən müğənni TrendLife a müraciət edərək bu məsələyə aydınlıq gətirdi:
«Mənim Audi Q 7 markalı avtomobilim çox böyük olduğundan, Bakının dar küçələrində çətinlik çəkirəm. Elə bu səbəbdən avtomobilimi satıb, yeni, bir qədər balacasını almaq istəyirəm. Heç kim mənim əlimdən avtomobilimi almayıb. Əksinə, mənə Qarabağ atı bağışlayıblar. Qabaqcadan deyirəm ki, atı Moskvada yaşayan doğma dayım bağışlayıb
Hədiyyə olunan atın adını Xuraman xanımdan soruşanda müğənni bir qədər fikrə getdi, sonra isə gülərək dedi:
Qəhvəyi rəngli atımın Adı Şah Şəhriyardır. Həyət evim olmadığından, hələ ki, onu öz yanımda saxlamıram. Həyətim olanda onu mütləq yanıma gətirəcəyəm. İndi onu sürməyi öyrənirəm. Çünki, yaxınlarda çəkiləcək klipimdə ondan da istifadə edəcəyəm. Bəlkə də avtomobil alana qədər Bakı küçələrini elə Şah Həşriyar ilə gəzdim. İndiki tıxacların öhdəsindən ancaq at gələr.»
Ağ atlı şəhzadə axtarışında olan Xuraman Şuşalının atı tapıldı. Qaldı şəhzadə.


[img=default]uploads/1207236360_djhdfjshfjskfhjskdfhjksfhsj.jpg[/img]



Xuraman Şuşalı toy gününün tarixini açıqlayıb



Xuraman Şuşalı ailə həyatı qurmağa hazırlaşır. Sənətçi APA-ya açıqlamasında deyib ki, avqustun 8-də keçiriləcək toy mərasimi üçün üç yer seçilib, hazırda onlar arasında seçim aparılır: “Toy mərasimi ya dəniz kənarında, ya da meşədə olacaq. Mənim toyum tamamilə başqa formada keçiriləcək. Hələ ki, toyun təşkilatçılığını kimə həvalə edəcəyimizi dəqiqləşdirməmişik”.
Hələlik nişan mərasiminin keçirilmədiyini bildirən X. Şuşalı nişanın toydan bir az əvvəl baş tutacağını vurğulayıb. Sənətçi nişanlısının kimliyini də açıqlamayıb. Bu sirri o, toydan iki ay əvvəl - iyunda açıqlamaq niyyətindədir. X. Şuşalı onu da deyib ki, artıq gələcək həyat yoldaşı ilə toy mərasiminə at belində gəlməyi qərarlaşdırıblar: “Bu yaxınlarda mənə Qarabağ atı hədiyyə edilib. Toyuma at belində gəlmək ən böyük arzum olub. Bu arzumu gerçəkləşdirəcəyəm. Toy mərasiminə nişanlım öz atında, mən isə öz atımda gələcəyəm. Hazırda at çapmağı öyrənirəm”. X. Şuşalı atına “Şah” adı verdiyini də bildirib: “Deyirlər ki, guya atımı “Tolik” adlandırmışam. Sözün düzü, elə bir fikrim vardı. Ancaq düşündüm ki, birdən atımı elə adlandıraram, “Tolik”ə oxşayar, ona görə fikrimdən daşındım. Mənim atım atların şahıdır, ona görə də ona “Şah” adı yaraşır”.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 16570 Tarix: 03.04.2008



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Hazard_7
Hazard_7 14.05.2016
Xəbərə görə Təşəkkür.


 
davinci
davinci 17.03.2014
Xuraman olmasa da olar


 
R788
R788 14.08.2013
tesekkurler
♥ Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin.♥

♥ Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur. ♥ (V.Hüqo)


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər