Xatirə İslamın toyundan görüntülər (Video)

Xatirə İslamın toyundan görüntülər (Video)Bəy Xatirə üçün hazırladığı sürprizi rəqs etdiyi zaman nümayiş etdirib

Bir neçə gün əvvəl aparıcı Kamilə Babayevadan sonra şou aləmi bu dəfə müğənni Xatirə İslamın toyuna cəm oldu. Müğənni də aparıcı kimi media nümayəndələrinin toya girişinə qadağa qoymuşdu. Xatirə ilə Fəxrəddinin toyuna jurnalistlər buraxılmamışdı. Bunu müğənninin nişanlısı və özü istəməyib.

Hərçənd "Toy olsun"un aparıcısı Ulvira Qarayeva toyda iştirak edib və təəssüratlarını bizimlə bölüşüb. Bəy Xatirə üçün hazırladığı sürprizi rəqs etdiyi zaman nümayiş etdirib. Ulvira Qarayevanın sözlərinə görə, bəy rəqs etdiyi zaman söz istəyib və ona mikrofon verilib. O, cibindən ürək formasında olan 49 dildə "Mən səni sevirəm" yazılmış kağız parçalarını çıxarıb və havaya atıb. Həmin an da Xatirə təəccübünü gizlədə bilməyivb və bəyin boynuna sarılıb.

Oxumaq üçün növbəyə düzülən müğənnilər şıdırğı rəqsləri ilə diqqət çəkib. O cümlədən, Nazpəri Dostəliyeva, Rəqqasə Fatimə, Azəri qızı Günelin qardaşı Tunarla rəqs etmələri toyun yadda qalan məqamlardan olub. Toyda tanınmış sənətkarlar- xalq artistləri Ağaxan Abdullayev, Arif Babayev, Canəli Əkbərov, Brilyant Dadaşova, Flora Kərimova və digər ifaçı və aktyorlar iştirak edib.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 19675   Tarix: 13 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390