"Avro 2012": Çempion xal itirdi, Xorvatiya lider oldu (Videolar)
Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən turnirin üçüncü günündə daha iki qarşılaşma baş tutub.
İlk öncə meydana son dünya çempionları - İspaniya (2010) və İtaliya (2006) yığmaları çıxıb. "Avro-2012"nin əsas favoriti olan İspaniya millisi çempionluq titulunu qorumaq niyyətindədir. Lakin italiyalılarla qarşılaşma heç-heçə başa çatıb.
Günün son qarşılaşmasında isə İrlandiya və Xorvatiya yığmaları üz-üzə gəlib. Tarixi ərzində ilk dəfə Avropa çempionatında iştirak etmək hüququ qazanan İrlandiya millisinin debütü uğursuz alınıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən Xorvatiya qrupun liderinə çevrilib.
10 iyun
"Avro-2012"nin qrup oyunları
C qrupu
21:00. İspaniya - İtaliya - 1:1
Qollar: Di Natale, 60 (0:1), Sesk Fabreqas, 64 (1:1)
İspaniya: Kasilyas, Pike, Serxio Ramos, Arbeloa, Xordi Alba, İnyesta, Xavi Ernandes, Fabreqas (Torres, 73), Xabi Alonso, Buskets, Silva (Xesus Navas, 65).
İtaliya: Buffon, Madjo, Kyellini, Bonuççi, Tyaqo Motta (Moçerino, 89), Markizio, Qyaçerrini, De Rossi, Pirlo, Balotelli (Di Natale, 56), Kassano (Covinko, 65)
23:45. İrlandiya - Xorvatiya - 1:3
Qollar: Mandzukiç, 3 (0:1), Ledger, 19 (1:1), Yelaviç, 43 (1:2), Mandzukiç, 48 (1:3)
İrlandiya: Given, O'Şi, Dann, Ledger, Vard, Makkidi (Valters, 54), Vilan, Andrevs, R.Kin (Lonq, 75), Doyl (Simon, 54), Daff
Xorvatiya: Pletikosa, Srna, Corluka, Şildenfeld, Striniç, Rakitiç, Vukojeviç, Yelaviç (Krancar, 72), Modriç, Perisiç (Eduardo, 89), Mandzukiç
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş