Atatürk ölməyib, öldürülüb! (Fotolar)

Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün öldürüldüyünə dair iddialar ortaya atılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Muhammet Yüksel adlı ankaralı iş adamı və kolleksionerçisi Atatürkün civə tərkibli saligran adlı dərmanla zəhərlənərək tədricən öldürüldüyünü iddia edib.
Muhammet Yüksel Atatürkün qəbrinin gizli ekshumasiya edildiyini və buna sübut olaraq əlində fotoqrafların olduğunu bildirib. Ankaralı iş adamı Atatürkün bu fotolarla xatırlanmaması üçün onun nəşinin ekshumasiyasının şəkilərini heç kimə verməyəcəyini bildirib. Muhammet Yüksel ekshumasiyanı həkimlər Akil Muhtar, Mehmet Kamil, Süreyya Hidayet və Abravaya Marmaraldan ibarət heyətin həyata keçirdiyini bildirir.
"Ekshumasiyanın nəticələrinin dövlət arxivində saxlanığını düşünürəm. Nəyə görə, xalqa bu haqda bir məlumat verilmir? Bu ölkənin qurucusu qara ciyər serrozu diaqnozu ilə ölür və heç kim sorğu-suala çağırılmır. Atatürklə bağlı həqiqətləri bütün Türk vətəndaşlarının bilməsini istəyirəm", - deyə Muhammet Yüksel bildirib.

mənbə: anspress.com

Atatürk ölməyib, öldürülüb! (Fotolar)Atatürk ölməyib, öldürülüb! (Fotolar)Atatürk ölməyib, öldürülüb! (Fotolar)Atatürk ölməyib, öldürülüb! (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 7108   Tarix: 11 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler