"Avro 2012" Almaniya yaşadı, Hollandiya öldü

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində növbəti oyunlar keçirilib.
Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən turnirin ikinci günündə artıq hər iki qarşılaşma başa çatıb.
B qrupunda ilk öncə meydana Hollandiya və Danimarka yığmaları çıxıb. "Avro-2012"nin əsas favoritlərindən hesab olunan Hollandiya millisi ilk görüşündə qələbə qazanmağa ümidlənmişdi. Lakin Danimarka bu görüşdə 1:0 hesabı ilə qalib gələrək turnirin ilk sensasiyasına imza atıb.

Günün ən maraq doğuran qarşılaşması isə Bakı vaxtı ilə saat 23:45-də başlayıb.Burada son Avropa çempionatının finalçısı Almaniya millisi Portuqaliyanı sınağa çəkib. Bu matçın da taleyini bir qol həll edib.Mario Qomezin görüşün 73-cü dəqiqəsində qapı önünə edilən asma zamanı baş ilə vurduğu qol Bundestimə qələbə qazandırıb - 1:0.

mənbə: qol.az

9 iyun

"Avro-2012"nin qrup oyunları

B qrupu

21:00. Hollandiya - Danimarka - 0:1
Qol: Krohn-Dehli, 24 (0:1)

Hollandiya: Stekelenburq, Van der Viel (Kuyt, 84), Heytinqa, Vlaar, Villems, De Yonq (Van der Vart, 69), Van Bommel (k), Robben, Sneyder, Afellay (Huntelar, 69), Van Persi

Danimarka: Andersen, Yakobsen, Agger (k), Kyaer, S.Poulsen. Kvist, Zimlinq, Rommedal (Mikelsen, 83), Eriksen (Şone, 74), Krohn-Dehli, Bendtner

23:45. Almaniya - Portuqaliya - 1:0
Qol: Qomez, 73 (1:0)

Almaniya: Noyer, Boatenq, Hummels, Badştuber, Lam (k), Xedira, Şvaynştayger, Müller (Bender, 90 2), Özil (Kroos, 87), Podolski, Qomez (Kloze, 80)

Portuqaliya: Patrisio, Pereyra, Pepe, Alveş, Koentrao, Meyreleş, Veloso, Moutinyo, Ronaldo (k), Poştiqa (Oliveyra, 70), Nani


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2272   Tarix: 10 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390