Aygün Kazımova və Röya Ayxanı xəstəxanaya yatırdılar?

Aygün Kazımova və Röya Ayxanı xəstəxanaya yatırdılar?Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı Kamilə Babayevanın toyunda Azərbaycan şou-biznesinin iki tanınmış və sevilən müğənnisi xalq artisti Aygün Kazımova ilə Röya Ayxan arasında dava düşüb.

Amma hadisədən sonra nə müğənnilər, nə də onların prodüserləri bu barədə heç bir məlumat vermirdilər. Hətta, hadisə ilə bağlı verilən sualları cavablandırmırdılar.

Publika.Az məsələni daim diqqətdə saxladığı üçün Aygün Kazımova ilə əlaqə saxladı.

"Oldu, bitdi..."

Xalq artisti bu barədə danışmayacağını dedi:

"Mən bu olayla bağlı heç nə danışmıram. Heç nə danışmaq istəmirəm. Oldu, bitdi. Söhbət açıldı və bağlandı".

A.Kazımovadan fərqli olaraq Röyanın prodüseri Kənan Bayramov hadisəni daha dolğun izah etdi.

"Röya Mərkəzi Klinik Xəstəxanada, Aygün də Neftçilər Xəsətəxanasında..."

"Son məlumat belədir ki, Röya Mərkəzi Klinik Xəstəxanasında, Aygün də Neftçilər Xəsətəxanasında yatırlar. Vəziyyətləri ağırdır... nə olub ki, nə isə də olsun? Bunlar təbii haldır. Harasa məlumat versə, məni tərifləyəsi deyil ki? Özünü pisləyəsi deyil ki? Olan-olub, keçən-keçib. Şou-biznesdə böyük-kiçik olmur. Bir də ki, nə şou-biznes, həyatda da... onlar şou-biznesdə deyil, həyat dava ediblər. Şou-biznesin bura nə aidiyyatı var? Mahnı, içki üstündə dava etməyiblər ki, başqa söz-söhbət olsun. Sadəcə olaraq, olan-oldu, keçən-keçdi. Bir-birini döyən olmadı, öldürən olmadı, başqa şey olmadı. Normal bir işdir. Məsəl üçün, orada adi adam dalaşsaydı, necə olardı? Bir sözlə, bu söhbət mənə lazım deyil. Mənə elə gəlir ki, bu söhbət Aygünə də lazım deyil".

K.Bayramov bəzi şəxslərin hadisə ilə bağlı dezinformasiya yazmasına da toxundu:

"Dəxlisiz-dəxlisiz adamlar bunu şişirtməklə, uzatmaqla heç nəyə nail olan deyillər. Biri yazır "o, ona təpik vurdu, Aygün yıxıldı", "Röya şillə vurdu Aygünün başına". Bunlar hamısı boş söhbətdir. İkisinin arasında olubsa da, min nəfərin gözü qarşısında olub. Nə cür olub, necə olub, hamı görüb. Gülməlidir... adama deyən lazımdır, görmüsən? Kim görüb? Adama qayıdıb deyərlər ki, yalançının... o da, səssiz-səmirsiz qalar. Sadəcə olaraq, adam özü səviyyəsinə sığışdırmır ki... ayıbdır, axı!".

Prodüser şahid kimi hadisənin necə baş verdiyini açıqladı:

"Aygün Röyanı rəqsə dəvət edib. Röya da Aygün ilə rəqs etmək istəməyib. Bundan sonra insident oldu. İkisini də yerlərində otuzdurdular. Sakitliklə söhbət qurtardı. Sonra yerlərindən bir-birinə bir-iki söz də dedilər, vəssalam.. Daha sonra Röya içdi, rəqs elədi, dedi-güldü. Aygün də özü üçün orada deyib-güldü. Mən Röyanı evə apardım. Aygün də toyun sonuna qədər orada qaldı. Düzdür, Aygün hamıdan gec gəlmişdi. Toyda oxudu da, çıxdı da, getdi də. Burada nə Aygün, nə də Röya özündən getdi ki, nə isə baş verib. Röya öz evinə getdi, həmişəki kimi heç nə olmayıbmış kimi... həmçinin də Aygün..."

K.Bayramov A.Kazımova ilə telefon danışıqları olduğunu da söylədi. O, tərəflər arasında heç bir düşmənçilik münasibətlərinin olmadığını dedi:

"Mən ona zəng etməmişdim. Sadəcə o, dedi ki, inciklik yoxdur, məclisdə oldu və keçdi getdi. Yəni ki, biz onunla inciklik, davalı-qırğınlı, düşmən də deyilik. Nə də o bizimlə. Burada heç bir problem yoxdur. Yəni ki, küsülü olmaq oradan başlamayıb. Bunların hamısı vaxtında olub. Sadəcə insident orada baş verib".

Qeyd edək ki, tanınmış teleaparıcı Kamilə Babayevanın toyunda xalq artisti Aygün Kazımova ilə müğənni Röya Ayxan arasında yaranan münaqişə rəqs edən zaman baş verib. Toyda olan qonaqlar tanınmış simaları ayırmağa çalışıblar. Nəticədə isə toyda A.Kazımova mahnı oxuyub, Röya isə çıxış etmədən toyu tərk edib.

Mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 12870   Tarix: 09 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 493
.

Əməkdar artist: "Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi"

"Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlunu qətlə yetirdi. Səbəb isə əmisinin sahib olduqlarını ələ keçirmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitin

25.03.2024 998
.

Röyadan Elnarəyə cavab

Xəbər verdiyimiz kimi, müğənni Elnarə Xəlilova uzun müddətdir qalmaqal yaşadığı Xalq artisti Röya Ayxanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçinin həmkarının konserti ilə bağlı paylaşımı Röya instaqram hesabında yayımlayıb. O, Elnarəyə "Əcəb edib. Şərh yazıb fikrimi bildirdim. Əcə

10:26 0
.

Türkiyəli məşhur sevgilisindən ayrıldı - FOTO

Türkiyəli müğənni Buray sevgilisindən ayrılıb. BİG.AZ -a istinadən xəbər verir ki, ifaçının aktrisa Ezgi Şenler ilə münasibəti qısamüddətli olub. Belə ki, yeni filminin mətbuat konfransında səssizliyini pozan aktrisa bunları deyib:. "Bütün münasibətlərdəki kimi, eşq başlayır və bitə də bilir. Aramızd

24.03.2024 304
.

Aygün Bəylərin məzarından yeni görüntülər - VİDEO

Əməkdar artist Aygün Bəylərin məzarından yeni görüntülər yayılıb. xəbər verir ki, onun məzarı bir gənc tərəfindən təmizlənərək, səliqəyə salınıb. Paylaşıma "Aygün Bəylər, səni də unutmadıq" şərhi yazılıb. Muğam ifaçısı yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. O, uzun müddə

24.03.2024 977
.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 694
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 584
.

"Klon"un aktyoru oğlu ilə - FOTO

"Klon" serialının məşhur qəhrəmanları Giovanna Antonelli və Murilo Benisionun övladının fotosu yayılıb. Axşam.az xəbər verir ki, ekran işi bitdikdən sonra ailə quran aktyorların övladı Pietro 2005-ci ildə dünyaya gəlib. Pietronun fotosunu Murilo sosial şəbəkədə nümayiş etdirib. Aktyor kadr

27.03.2024 2603
.

"Sonradan soyunanda göz öyrəşmir"

Aparıcı Elnarə Təhməzova yeni paylaşımı ilə diqqət çəkib. OLAY yazır ki, o, feysbukda müzakirəli status paylaşıb. "Bir var əvvəldən soyunursan, bir də var sonradan. Göz öyrəşmir. Sonradan olunan heç nə maraqlı gəlmir", - deyə, aparıcı vurğulayıb

28.03.2024 287