Bakıda iş adamının güllələnməsi milyonluq cinayətin üstünü açdı

Bakıda iş adamının güllələnməsi milyonluq cinayətin üstünü açdıBaş Prokurorluq və DİN iş adamının güllələnməsi ilə bağlı birgəməlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 5-də saat 15 radələrində Suraxanı rayonunda fəaliyyət göstərən «Altun» istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən «Badi-Kübə» Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəşlər açaraq MTK-nın sədri Məmmədov Samid Abış oğlunu qəsdən öldürüb, sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi Qəmbərov Ədalət Nəcəf oğlunu isə qəsdən öldürməyə cəhd edərək bədən xəsarəti yetirib. Fakta görə həmin tarixdə Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və iş üzrə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə olunub.

Türkel Əsədullazadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. Aparılmış istintaqla müəyyən edilib ki, 2003-cü ildən təsis edilən «Badü-Kubə» Mənzil-tikinti kooperativi alqı-satqı müqaviləsi əsasında 2007-ci ildən Ədalət Qəmbərov tərəfindən alınıb. Ə.Qəmbərov kooperativ tərəfindən Yeni Günəşli qəsəbəsində 0.40 ha torpaq sahəsində tikilməkdə olan yaşayış binasının inşaasını davam etdirib. Həmin dövrdə qeyd edilən torpaq sahəsinin, eyni zamanda qonşuluqda yerləşən «Altun» istirahət mərkəzinin sahibi A.Əsədullazadə «Badü-Kubə» MTK-nın təsisçisi Ə.Qəmbərova müraciət edərək MTK-nın əvvəlki sahibi ilə aralarında olan şifahi razılaşmanı xatırladaraq bina tikilib istifadəyə verildikdən sonra həmin ərazinin sahibi kimi ona hazır binadan 3500-4000 kvadrat metr yaşayış sahəsi verilməli olduğunu bildirib. Ə.Qəmbərov kooperativin yeni sahibi kimi bu şərtlə razılaşaraq binanın tikintisini davam etdirib. 2008-ci ilin avqust-sentyabr aylarında binanın tikintisi üçün A.Əsədullazadə tərəfindən əlaqədar təşkilatlardan müvafiq sənədlər alınmadığından Ə.Qəmbərovla aralarında mübahisə yaranmıb. Ə.Qəmbərov binanın tikintisi ilə bağlı sənədləri tələb etdikdə A.Əsədullazadə həmin sənədləri toplamağı boynundan atıb. Bundan sonra Ə.Qəmbərov binanın tikintisi üçün müvafiq sənədləri toplamış və binanın sahəsi 2.000 kvadrat metrlik 13 mənzilin sənədlərini A.Əsədullazadəyə təqdim edib. Həmin vaxtdan başlayaraq A.Əsədullazadə ona verilməli olan payın qalan hissəsini həm məhkəmə yolu ilə, həm də qeyri qanuni üsullarla tələb edib.

İstintaqla həmçinin müəyyən olunub ki, A.Əsədullazadə və Ə.Qəmbərov arasında olan mübahisə ilə əlaqədar Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə) və 186.1-ci (əmlakı qəsdən məhv etmə) maddələri ilə ibtidai istintaq aparılaraq icraatı dayandırılıb, həmçinin Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olan 1 iyun 2012-ci il tarixdə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işləri mövcuddur.

Eyni zamanda bildirilir ki, "Badu-Kübə" MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsındən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir. İstintaqla müəyyən edilib ki, "Badu-Kübə" MTK-nın təsisçilərindən olan Əliyev Nəsib Yusif oğlu və Cabbarov Zaur Zeynal oğlu müxtəlif vaxtlarda rəsmi sənədlərdən istifadə etməklə MTK tərəfindən tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətandaşa təkrarən sataraq 3.883.332 manat məbləğındə pulu, o cümlədən "A.R.&Ko" MMC-nin direktoru Əsədullazadə Asif Yusif oğlu "Badu-Kübə" MTK-nın inşa etdiyi yaşayış binasından mənzilləri 21 vətandaşa təkrarən sataraq 632.538 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək külli mıqdarda ziyan vurmaqla dələduzluq ediblər. Nəsib Əliyev, Zaur Cabbarov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı), 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə, Asif Əsədullazadə isə həmin məcəllənin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd edilən cinayət işləri üzrə istintaq davam etdirilməklə, cinayətin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi, həmçinin təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

mənbə: lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4740   Tarix: 07 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. -ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. Bildiriblər ki

11:02 207
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 197
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 447
.

Ağcabədidə avtomobil piyadanı öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağl

15:16 0
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 371
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 660
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103
.

Faktiki hava açıqlandı

Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili

11:42 163