Yaşar Nuri xəstəxanada sürprizlə qarşılaşıb

Yaşar Nuri xəstəxanada sürprizlə qarşılaşıbLent.az-ın məlumatına görə, mayın 29-da xalq artistinin yanından qayıdan həyat yoldaşı Rəhimə Dadaşova sənətkarın indiki durumundan danışıb.

O, bildirib ki, uzun müddət müalicə olunmasına baxmayaraq xalq artistinin səhhətində hələ çox problemlər var: "Onun reabilitasiyası hələ davam edir. Biz də bilirik ki, bu, hələ davam edəcək. Həkimlər tez-tez analizlərinə baxır, hələlik bir söz demirlər. Hələlik müalicəsi aparılır. Vəziyyəti əvvəl olduğuna baxanda nisbətən yaxşıdır. Yaşar özü də bilir ki, hələ müalicə uzun çəkəcək. O, çox istəyir Azərbaycana gəlsin, darıxır. Mən ona mənəvi dəstək oluram. O, özü də mənsiz qala bilmir. Hələ bir gündür gəlmişəm, tibb bacısına zəng vurub, hal-əhval tuturam. Elə hey deyir, Rəhimə gəlsin".

Rəhimə xanım bildirib ki, xalq artistinin müalicə aldığı xəstəxanaya gələn azərbaycanlılar hamısı Yaşar Nuriyə baş çəkməyə gəlir: "Oradakıların hamısı bilir ki, Yaşar Nuri burada müalicə alır. Həmin xəstəxanada yatan azərbaycanlı xəstələrin yanına gələn bütün həmvətənlərimiz Yaşara baş çəkib, sonra gedirlər. Yaşar özü isə Azərbaycanda darıxdığı bir neçə şəxs var ki, məndən onlara zəng etməyi xahiş edir, mən də danışdırıram".

Rəhimə xanım onu da əlavə edib ki, əməkdar incəsənət xadimi İlham Rəhimlinin Yaşar Nuri haqqında kitab yazıb. O, hələ satışa çıxmayan kitabın siqnal buraxılışını Yaşar Nuriyə göstərib. Rəhimə xanım deyib ki, xalq artisti bunu böyük sevinc hissi ilə qarşılayıb: "Mən o kitabı ona göstərəndə, elə sevindi ki. Onun üçün ən yaxşı sürpriz oldu. Kitabı xəstəxanada pəncərənin yanına qoyub. Otağa girən hamı birinci o kitaba baxır. Onun bu sevincini sözlə ifadə edə bilmirəm".

Qeyd edək ki, xalq artisti Yaşar Nuri iki dəfə İstanbuldakı "Memorial" xəstəxanasında uzun müddətli müalicə kursu keçib. Sonuncu dəfə Dövlət Gömrük Komitəsinin Xəstəxanasında müalicə olunsa da, martın 16-da yenidən Türkiyəyə aparılaraq oradakı Amerika xəstəxanasına yerləşdirilib.

mənbə: lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2945   Tarix: 07 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

14:43 49
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 199
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 193
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 434
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 445
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 470
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 385
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 197