Hər məhbus bura düşməyi arzu edir (Fotolar)

Norveç hər zaman öz insansevər həbs cəzası ilə məşhur olub, ona görə də istənilən məhbus bura düşməyi arzu edir. Belə həbsxanalardan biri də Bastoy cəzaçəkmə müəssisəsidir. Hal-hazırda bütün mövcud həbsxanalar arasında buranı cənnət qalası adlandırmaq olar. Oslodan 1 saatlıq məsafədə yerləşən bu mənzərəli yerə yalnız su nəqliyyatı vasitəsilə getmək mümkündür. Orada bir neçə çimərlik, tennis meydançaları və hətta sauna da var. Dəmir barmaqlıqlar əvəzinə burada 115 taxta evciklər yerləşmişdir. Burada heç vaxt tikanlı məftillər arasında, əlində avtomat və yanında çoban itləri olan hirsli nəzarətçilər gəzmir. Baxmayaraq ki, burada müxtəlif növ qatı cinayətkarlar yaşayırlar: narkomanlardan, dələduzlardan tutmuş qatillərə qədər. Saxlama rejiminə gəlincə, hər məhbusun əsas vəzifəsi əməkdir. Burada olan bütün məhbusların işləri var. Hər gün dustaqlar 10$ dəyərində məvacib alırlar və onlar bunu yerli mağazada istədikləri müxtəlif məhsulları almaqla xərcləyə bilərlər. Hamı üçün nahar yeməyini yemək məcburidir, düşərgə aşpazı onu hazırlayır. Keşikçilərdən tutmuş məhbuslara qədər isə hamısı bu yeməkdən yeyirlər

Hər məhbus bura düşməyi arzu edir (Fotolar)Hər məhbus bura düşməyi arzu edir (Fotolar)Hər məhbus bura düşməyi arzu edir (Fotolar)Hər məhbus bura düşməyi arzu edir (Fotolar)Hər məhbus bura düşməyi arzu edir (Fotolar)Hər məhbus bura düşməyi arzu edir (Fotolar)Hər məhbus bura düşməyi arzu edir (Fotolar)Hər məhbus bura düşməyi arzu edir (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 5724   Tarix: 06 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş