"Gizli Aşk" hər kəsi duyğulandırdı (Fotolar)

Ötən gecə Ozan Çolakoğlunun "albom təqdimatı" mərasimində duyğusal anlar yaşandı.
Ozan Çolakoğlu iki ildir üzərində çalışdığı "01" adlı ilk albomunun təqdimatını ötən axşam "Turkcell Kuruçeşme" arenasında etdi.Təqdimat mərasimində albomda mahnıları olan Tarkan, Ajda Pekkan, Gülşen, Sertab Erener, Yalın, Göksel və Ferman Akgül də səhnəyə çıxdı.Məşhur ulduzların performansıyla əyləncənin bol olduğu mərasimdə duyğusal anlar da yaşandı.Sözlərini aprel ayında vəfat edən Meral Okayın yazdığı,Sezen Aksunun səsləndirdiyi "Gizli Eşq" mahnısı bütün tamaşaçıları duyğulandırdı.Tarkan konsertdən bir gün əvvəl ortaya çıxan "Aşk Gitti Bizden" mahnısını minlərlə fanatıyla birlikdə səsləndirdi. Mega Star üçün pərəstişkarları "Senin aşkın gitmez bizden" yazılı plakatları ilə mərasimə qatılmışdı.Gülşen seksual paltarlarıyla tamaşaçı qarşısına çıxmışdı. Müğənninin xeyli arıqladığı müşahidə edildi.Mərasimin finalını Ajda Pekkan etdi. Söz-musiqisi Tarkana aid "Ben Yanmışım" mahnısımı səsləndirən Pekkan, gecəni "Yakar geçerim" mahnısı ilə bitirdi.Həmin mərasimdən görüntüləri sizlərə təqdim edirik:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 7190   Tarix: 05 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az