Hillari Klinton: "Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" (Fotolar)

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və ola bilməz. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə mətbuat konfransında bəyan edib.

Hillari Klinton bildirib ki, son hadisələrdən (Ermənistan tərəfinin cəbhə xəttində əsgərlərin ölümü ilə bağlı yaydığı məlumatlardan - ANS PRESS) məyusluqla xəbər tutub və gənc əsgərlərin mənasız ölümündən narahatdır: "Güc tətbiqi məsələni həll etməyəcək. Ona görə də onun tətbiqi istins edilməlidir".

Hillari Klinton tərəfləri güc tətbiqindən çəkinməyə çağırıb və bildirib ki, eyni çağırışı iyunun 6-da Bakıda da səsləndirəcək.

Dövlət katibinin fikrincə, kədərli hadisələr tərəfləri danışıqlar prosesindən çəkindirməməlidir. "Yekun həll yolu tapılmalıdır və bu məsələdə təkcə prezidentlərin yox, həm də iki ölkə əhalisinin rolu vacibdir", - deyən Hillari Klinton əlavə edib ki, bu, uzun yol olsa da, irəliləmək vacibdir. Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, cəbhə xəttindəki insidentlərin ağır nəticələri ola bilər.

"Münaqişə Helsinki aktının bütün prinsipləri əsasında və onlardan hər hansı birinə üstünlük verilmədən həll olunmalıdır. Prosesin davam etdirilməsi, tərəfləri maraqlarına uyğun həllin tapılması və güc tətbiqindən çəkinmək vacibdir", - Hillari Klinton qeyd edib.

mənbə: anspress.com

Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton: Hillari Klinton:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 2189   Tarix: 05 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az