Çimərliklərdə bədbəxt hadisələrin qarşısını necə alaq? (Video)

Çimərliklərdə bədbəxt hadisələrin qarşısını necə alaq? (Video)Dövlət Sularda Xilasetmə Xidməti müəyyən edilmiş ərazilərdən kənarda çimənlərə qarşı mübarizəyə başlayıb

Yayın qızmar istisi çoxunun yolunu çimərliklərdən salıb. Nə də olmasa həm sərinlənib, həm günəş vannası almaq çoxunun könlündən keçir. Di gəl "könlü balıq istəyənin quyruğu suda gərək" misalında olduğu kimi çimərliyə üz tutanın da qaydalara riayət etməsi gərəkdir. Yəni qadağan olunmayan yerdə suya baş vurub təhlükəsizlik xəttindən uzağa geçməmək lazımdır. Amma bu qadağalara riayət etmədikdə, bədbəxt hadisələr qaçılmaz olur. Necə ki, Sumqayıt çimərliklərindən birində mövsümə "Bismillah" etməmiş artıq ilk ehtiyatsızlığın qurbanı 16 yaşlı gənc olub.

Çimərlik mövsümünün açılmasından cəmi 3 gün keçsə də, artıq Sumqayıt şəhəri Haci Zeynalabdin Tağıyev qəsəbəsindən dənizdə boğulma ilə bağlı xəbər gəlib. Dünən günorta saatlarında qəsəbənin Dənizçi küçəsi, 117 a ünvanında ailəsi ilə birgə kirayədə yaşayan 16 yaşlı Rəhimov İsa Şəmil oğlu dənizdə çimərkən boğulub. Onun yaşadığı ünvana baş çəksək də, evdə heç kimi tapmayıb hadisə ilə bağlı qonşulardan öyrənməyə çalışdıq. Qonşuların dediyinə görə, İsa valideynlərinin xəbəri olmadan qardaşı və qonşu uşaqları ilə birgə dənizə gedib və çimmək üçün nəzərdə tutulmayan ərazidə boğulub.

Yeniyetmənin dənizdə çimərkən boğulduğu ərazidə də olduq. Xilasedicilərdən aldığımız məlumata görə, uşaqlar dəniz sahilində köhnə fəaliyyət göstərməyən zavodun ərazisində çimərkən bədbəxt hadisə baş verib. Hava küləkli, dənizsə dalğalı olduğundan İsa Rəhimov suyun dayaz hissəsində boğulub. Saat 16:45-də qadağan olunmuş ərazidə çimən şəxsin batması xəbərini alan xilasedicilər dənizin sahil hissəsində axtarışlara başlayıb. Sahildə aparılan axtarışlar nəticəsində yeniyetmənin meyidi saat 18:45-də sahildən 300 metr aralıda tapılıb və polis orqanına təhfil verilib.

Mövsüm açılan kimi bir yeniyetmənin boğularaq dünyasını dəyişməsinin acınacaqlı olmasını nəzərə alaraq qeyd etmək lazımdır ki, qadağan olunan ərazilərdə çimmək sonda belə arzuolunmaz hadisələrlə nəticələnir. Elə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti müəyyən edilmiş ərazilərdən kənarda çimənlərə qarşı mübarizə aparmaq üçün Rayon İcra Hakimiyyətləri və bələdiyyələrlə birgə tədbirlərə başlayıb. Mübarizə tədbirlərinə qadağan olunan yerlərə gedən yolların bağlanması, eyni zamanda həmin ərazilərə qadağanedici lövhələrin qoyulması və əhali arasında maarifləndirmə işinin görülməsi daxildir.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2877   Tarix: 05 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428