Röya,Aygün Kazımova,Brilliant Dadaşova

Röya,Aygün Kazımova,Brilliant Dadaşova

Piratlar Brilliantın Diskini Satışa Çıxardılar.Hazırda Türkiyədə olan müğənni hadisədən xəbərsizdir

Məlum olduğu kimi, bu günlərdə Azərbaycanın xalq artisti Brilliant Dadaşova "Masal dünyam" adlı diskinin təqdimatını keçirdi. Sənətçi xanımın pərəstişkarları diskin çıxmasını nə az, nə çox, düz 6 il gözləyiblər. O da məlumdur ki, diskin Bakıda satışa çıxarılmasının səbəbkarı elə sənətçi özüdür. Belə ki, "Seyhan music" şirkəti piratlıqla əlaqədar diskin Azərbaycanda satışının təşkil edilməsinin əleyhinə idi.
Deyəsən, "Seyhan" şirkəti Azərbaycana disk göndərməməkdə haqlı imiş. Xatırladaq ki, diski çıxaran şirkət Almaniyadan tutmuş qonşu İrana qədər satışa disk göndərdi. Azərbaycanda isə piratlığın yüksək səviyyədə olduğunu nəzərə alaraq ölkəmizə disk göndərməmişdi. Ona görə də Brilliant xanım öz arzusu ilə disklərin bir partiyasını təyyarədə özü ilə gətirmişdi. O ümid edirdi ki, şirkət rəhbərliyi yanıldığını tezliklə etiraf edəcək. Amma əksinə oldu.
Belə ki, artıq mağazalarda piratların keyfiyyətsiz şəkildə tirajladığı disklər satılır. Brilliant Dadaşova Türkiyədə olduğundan bundan xəbərsizdir. Amma deyəsən, müğənni başına gələnləri öncədən duyurmuş. Diskin tanıdılması ilə bağlı mətbuat konfransında o, diskin piratlar tərəfindən tirajlanmaması üçün Mədəniyyət və Turizm Nazirliyinin müvafiq bölməsinə və Müəllif Hüquqları Agentliyinə müraciət etdiyini dilə gətirmişdi. Ümid edək ki, uyğun qurumlar bunun qarşısını almaq üçün, nəhayət, hərəkətə gələcəklər.

Röya,Aygün Kazımova,Brilliant DadaşovaRöya Xəstə İmiş..Yeni ailə quranların gözə gəldiyi deyilir

Müğənni Röyanın toyundan sonra baş verən hadisələr onu bir qədər sarsıdıb. Bu, onun aylardan bəri nəzərdə tutduğu planlarının üstündən xətt çəkib. Xatırladaq ki, müğənni toy öncəsi bal ayına gedəcəyini və iki həftə müddətində həyat yoldaşı ilə birlikdə baş-başa istirahət edəcəyini açıqlamışdı. Lakin hadisələr onun düşündüyü kimi cərəyan etmədi. Yaradıcılıq planları üzündən bal ayını bir neçə günə başa vuran müğənni işlərini qaydasına qoymaq üçün Bakıya qayıtdı. Nəzərdə tutulan işlər yoluna düşdü, lakin bundan sonra o, nə bal ayını təzələmək barədə düşündü, nə də tamamlama işləri görülən albomu ilə maraqlana bildi.

Uzun müddət səhnədə və efirdə görünməyən müğənni bunun səbəbi barədə indi açıqlama vermək qərarına gəlib. Onun məlumatına görə, son bir neçə günə kimi həyat yoldaşı Anarla birlikdə xəstə imişlər: "Yaxınlarım bizim gözə gəldiyimizi söyləyirlər. Buna inansam da, bir o qədər əhəmiyyət vermirdim. Amma həmin günləri düşündükcə dəhşətə gəlirəm. Əvvəlcə mən adi soyuqlama ilə evdən bayıra çıxa bilmədim. Müalicə olunmağıma baxmayaraq, vəziyyətim gün-gündən kəskinləşməyə başladı. Bu vaxt Anar da qriplə yatağa düşdü. Ağzımın ətrafında yaralar əmələ gəldi. Kəskin soyuqlama diaqnozu ilə bir həftədən çox yataq xəstəsi olduq. Müalicələr effektini çox gec göstərməyə başladı".

Artıq hər ikisinin özünü gümrah hiss etdiyini söyləyən Röya gözdəyməyə qarşı üsullardan istifadə edir. Yəni üzərlik yandırma ənənəsinin onun qorxularını bir qədər azaltdığını deyir.

Röya,Aygün Kazımova,Brilliant DadaşovaAygün Kazımova xüsusi plan hazırlayır..Müğənni bu addımı diskini piratlardan qorumaq üçün atır

Müğənnilərin uzun illərdən bəri mübarizə apardıqları, lakin uğurlu nəticə əldə etmədikləri "pirat" mövzusu bu günlərdə Azərbaycanın xalq artisti adını qazanmış bir neçə sənətkar üçün əsl problemə çevrilib. Qeyd etdiyimiz kimi, artıq Brilliant Dadaşovanın Türkiyədə buraxılan diskinin "pirat" nüsxəsi yayılaraq paytaxt dükanlarında satışa çıxarılıb.
Onun həmkarı Aygün Kazımovanı da eyni mövzu narahat edir. Hazırda albom hazırlıqlarını tamamlayan müğənninin xüsusi plan cızdığını öyrəndik. Müğənninin bildirdiyinə görə, albom uzaq ölkələrin birində tirajlanacaq. Müğənninin nümayəndələri məşhur şirkətlərdən biri ilə danışıqlar aparıblar.

Lakin Aygün Kazımova bu tezlikdə şirkətin adını açıqlamayacağını bildirdi:
"Ümumiyyətlə, bu istiqamətdə aparılan hər bir iş albom hazır olan günədək gizli qalacaq. Şirkətin adı isə son məqamda açıqlanacaq. Həmin şirkətin xətti ilə albomun bir sıra ölkələrdə satışı həyata keçiriləcək. Məni narahat edən "pirat" mövzusu barədə isə şirkət nümayəndələri ilə danışıqlar aparılıb. Onlar albomun saxtalaşdırılmaması ilə bağlı müvafiq addımlar atacaqlarına söz veriblər. Lakin Azərbaycanda bu işin hansı üsulla aparılacağı məlum deyil. Çünki bu mövzu başqa ölkələrdə bizim qədər aktual deyil. İnsanlar halal qazanc mənbəyi seçirlər. Bizdə isə bəzi insanlar hazır məhsuldan oğrun-oğrun qazanmaq istəyirlər. Bunu nəzərə alaraq mübarizə üsullarını daha da sərtləşdirmək istəyirəm. Amma nə düşündüyüm barədə açıqlama olmayacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 22311   Tarix: 06 oktyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İbrahim Tatlısesin qızının 11 yaşı tamam olub- FOTO

Müğənni İbrahim Tatlısesin aktrisa Ayşegül Yıldızdan olan qızı Elif Ada Tatlısesin 11 yaşı tamam olub. xəbər verir ki, Ayşegül Yıldız qızının ad günündən şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, İbrahim Tatlıses Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onlar 2013-cü ildə qarşlıqlı anlaşma il

16.04.2024 777
.

Ədalət Şükürov qızına toy edir

Əməkdar artist Ədalət Şükürov qızı Jaləyə toy edir. OLAY-ın məlumatına görə, sənətçinin övladının şad günü 5 mayda paytaxtın dəbdəbəli restoranlarından birində baş tutacaq. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub. O, Ənvər adlı bəylə ailə qurmağa hazırlaşır

16.04.2024 1837
.

Coni Dip qala alacaq

60 yaşlı aktyor Coni Dip tarixi tikili alacaq. xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. O, İtaliyanın Torino şəhərində 15-ci əsrdə tikilən qalanı almağı düşünür

17.04.2024 373
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1467
.

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:. "Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir

17.04.2024 828
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

19.04.2024 246
.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 146
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1687
.

"Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoyulmasaydı, bu qədər izlənməyəcəkdilər" - Armağan Çağlayan

"RTÜK (Radio və Televiziya Ali Şurası) "Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoymasaydı, bu qədər izlənməyəcəkdilər". xəbər verir ki, bu sözləri türkiyəli aparıcı Armağan Çağlayan deyib. Qeyd edək ki, bir müddət öncə RTÜK bu iki seriala məhdudiyyətlər qoyub

19.04.2024 312