Mükafatlandırmaya Azərbaycan bayrağı ilə çıxdı

Mükafatlandırmaya Azərbaycan bayrağı ilə çıxdıQəbələdə "Qalatasaray" kubok qazandı

Türkiyənin "Qalatasaray" futbol klubunun 15 yaşlılardan ibarət komandası "Qəbələ Kuboku-2012" beynəlxalq turnirinin qalibi olub. Lent.az-ın məlumatına görə, "sarı-qırmızılar" finalda Serbiya yığmasını məğlub ediblər.

Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnib. İlk qolu "Qalatasaray" vurub. İkinci yarıda baş hakim Orxan Məmmədov Türkiyə təmsilçisinin futbolçusunu meydandan qovub. Serbiya yığması say üstünlüyündən dərhal yararlanıb. Penaltilər seriyasında "Qalatasaray" 4:2 hesabı ilə qalib gəlib. "Cim-Bom" Qəbələ şəhər stadionunu dolduran azərbaycanlı azarkeşlərin dəstəyinin qarşılığı olaraq, oyundan sonra onlara təşəkkür edib. Türkiyəli futbolçular mükafatlandırma mərasiminə Azərbaycan bayrağı ilə çıxıblar.

Bürünc medala 3-cü yer uğrunda görüşdə Danimarka "Bröndbü"sünü 2:0 hesabı ilə məğlub etmiş İspaniya "Levante"si əldə edib. 5-ci yeri "Qəbələ"ni 4:1 hesabı ilə məğlub etmiş İspaniya "Vilyarreal"ı, 7-ci yeri isə "Qarabağ"ı 5:0 hesabı ilə yenən Hollandiya "Feyenord"u qazanıb.

Təltifetmə mərasimində əvvəlcə müxtəlif nominasiyalar üzrə mükafatlar verilib. Ardından komandalar medallar və xatirə hədiyyələri alıblar. AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov ilk 3 yerin sahiblərinə medallar veriblər. "Qalatasaray"a kuboku isə "Qəbələ"nin prezidenti Tale Heydərov təqdim edib.

mənbə: lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2340   Tarix: 04 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745