Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)

Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Dünən Azərbaycanda möhtəşəm moda gecəsi düzənləndi. ANS PRESS-in məlumatına görə, tanınmış modelyer, Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova "Caspian Roze" adlanan yeni kolleksiyasının nümayişini təşkil edib. Heydər Əliyev Sarayında baş tutan moda nümayişi "Beynəlxalq Analar günü"nə təsadüf etdiyindən Fəxriyyə Xələfova ilk olaraq bütün anaları təbrik etdi və yeni kolleksiyanı onlara ithaf etdiyini söylədi. Modelyer gecədə "Caspian Roze" kolleksiyası ilə bərabər eyniadlı ətirinin təqdimatı etdi. "Caspian Roze" ətiri bir aydan sonra satışa çıxarılacaq.

Tanınmış aparıcı Tural Əsədovun üç dildə idarə etdiyi moda nümayişinə Fəxriyyə Xələfovanın Heydər Əliyevin xatirəsinə hazırladığı foto-slayd ilə statr verildi.

Lyubov Kuturovanın Modelyer məktəbinin 20 modelinin təqdimatında sərgilənən kolleksiya 3 hissədən ibarət idi. Birinci hissədə al-əlvan rəngli parçalardan hazırlanmış libaslar, 2-ci hissədə əsrarəngiz qlamur gecə geyimləri, 3-cü hissədə isə gəlinlik libasları olmaqla ümumilikdə 60 geyim nümayiş olundu. Xalq artisti Faiq Ağayev, müğənnilər Zamiq Hüseynov, Rəşad İlyasov, Çingiz Mustafayev və Lətifə Fətəliyeva öz musiqili çıxışları ilə gecəyə rəngarənglik qatdılar.

Yaradıcılığı dövründə Azərbaycanda və xarici ölkələrdə 10-larla moda sərgisi təşkil edilən Fəxriyyə Xələfova ilk dəfə idi ki, gəlinlik libaslarını təqdim edirdi. Modelyer ilk dəfə nümayiş etdirdiyi gəlinliklərindən çox həvəslə danışdı: "Bu gün yaradıcılığımda yeniliyə imza atıram. Yaradıcılığımda ilk dəfədir ki, gəlinliklərə yer vermişəm. Gəlinliklər mənim kolleksiyallarımda demək olar ki, nümayiş olunmamışdı. Mən istəyirəm ki, gəlinlik sektorunda yer tutum. Çünki bu uğurlu biznesdir. Gəlinliklər nadir parçalardan hazırlanıb və mənim zəngin əl işlərimdən ibarətdir."
Fəxriyyə xanım üzünü dolu zala tutub, "Gəlin olmağa hazırlaşanlar gəlinliklərini elə mənim bu kolleksiyamdan seçə bilərlər."-deyə müraciət də etdi.

Tamaşaçılar gəlinliklərin təqdimatında fərqli bir kolleksiyanı izləmiş oldular. Zalda əyləşənlər ağ gəlinlikləri gözlədiyi vaxtda podiuma açıq tonlarda rəngli gəlinliklər nümayiş olundu. Növbə ağ gəlinliklərə də gəlib çatdı. Bu dəfə ağ rəngin bütün çalarlarında hazırlanmış gəlinlik libasları sərgiləndi. Ağ gəlinliklə belində Azərbaycan bayrağının rəngləri olan kəmər bağlamış modelin çıxışı alqışlarla qarşılandı. Nadir parçalardan hazırlanmış gəlinliklər modelyerin yeni və növbəti uğuru idi.

Sonda Fəxriyyə Xələfova tamaşaçıların alqış sədaları altında səhnəyə çıxdı və 20 modeli nümayişə hazırlayan Lyubov Kuturovaya təşəkkürünü bildirdi. Onlarla tamaşaçı tanınmış modelyeri gül dəstələri ilə təbrik etdi. Tamaşaçılar arasında modelyerə gül bağışlayan balaca sarışın qızcığazın Fəxriyyə xanımın ilham pərisi olduğu məlum oldu. Gecənin aparıcısı Tural "Nuray" ətirlərinin məhz bu qızı adı ilə adlandırıldığını dilə gətirdi. Beləliklə də, məşhur "Nuray" ətirlərinin yaradılmasında birbaşa rol oynayan sirli sima üzə çıxmış oldu.

Böyük zövq ilə bəzənmiş Fəxriyyə Xələfova gözəlliyi ilə gecədə hamını, eləcə də 20 modeli kölgədə qoydu. Gecənin başlanğıcında bənövşəyi rəngli uzun libasda tamaşaçılar qarşısına çıxan modelyer sonda qolları krujevalı, beli gümüşü kəmərli incə bir qara libasda səhnədə göründü.

3 aydır hazırlıqları gedən sərgidə modellərin stili, podium, musiqi tərtibatı, hər bir şey Avropa standartları üzərində qurulmuşdu.

mənbə: anspress.com

Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)Fəxriyyə Xələfova öz gəlinlik brendini yaratdı (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 13209   Tarix: 04 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az